Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Yaxud, cavan ölkə necə qocalır?
İlham Hüseyn
Avtoritar rejimlər təkcə maddi sərvətləri talan etməklə məşğul olmur, həm də mənəvi sərvətlərə “od” vurur. Nəticədə təfəkkür xəstələnir, normal düşüncə qeybə çəkilir və köləlik damcıları ruha hopmağa başlayır.
Bu mənada ölkəmizdə vəziyyət daha acınacaqlıdır. Uzun illərdi həqiqət gah bəhanələrlə, gah da yalançı arqumentlərlə şərlənib. Xüsusən də haqqı deməyə cəsarəti çatmayanlar, şərin zülmünə “dur” deməyi bacarmayanlar müstəqilliyi şərləyiblər. Bəli, hökumətin verdiyi tezisləri qəbul edib, cəmiyyətə “brak” informasiya paylayıblar.
Cəmiyyətdəki çatışmazlıqlardan, ədalətsizliklərdən, talançılıqlardan danışanda dərhal “ağıllı” adamlar peyda olur və “müstəqilliyimizi yeni əldə etmişik, hökumətdən çox şey tələb etmək olmaz” nəsihəti verirlər.
Guya, bütün problemlərin səbəbi müstəqilliyimizin yaşının az olmasıdır. Əvvəla, yaxın tariximizdə qısa müddət ərzində böyük işlər görülməsinin yüzlərlə nümunəsi var. Təkcə qonşu Gürcüstana nəzər salmaq kifayət edir ki, 23 illik hakimiyyət dövründə böyük dəyişikliklərə nail olmağın mümkünlüyünə inanaq. Amma başqa ölkələrin nümunəələrinə baş vurmaq niyyətində deyiləm. Öz ölkəmizin nümuləri “müstəqilliyimiz gəncdir” arqumentinin əsassızlığını göstərməyə kifayət edir.
Necə olur ki, 23 il ərzində korrupsiyanı çiçəkləndirmək, monopoliyalar yaratmaq, milyarderə çevrilmək, ölkəni ata malı kimi bölüşdürmək olur, amma vətəndaşa əl tutmaq, ədalət yaratmaq, dövlət əmlakını qorumaq olmur?
Biz hökumətdən Yupiterdə stansiya tikməyi, robot yaratmağı, uçan avtomobil istehsalına başlamağı tələb etmirik. Biz hökumətdən o şeyləri tələb edirik, onlar həlli üçün 2-3 ay da kifayət edər. Vətəndaşı sevmək, ədalətli məhkəmə sistemi qurmaq, şərlənərək həbs edilmiş adamları azadlığa buraxmaq, monopoliyları ləğv etmək üçün uzun illər lazımdır? Deməli, bir məmurun milyarderə çevrilməsi üçün 23 il bəs edir, amma bir məmurun şərəflə vəzifəsini icra etməsi üçün müstəqilik qoca olmalıdır?
Göründüyü kimi hökumət bütün yartımazlıqlarını müstəqilliyin yaşının azlığı ilə əlaqələndirməyə çalışır və cəmiyyətdə də bu təbliğatı aparır.
Ən dəhşətlisi isə budur ki, ötən müddət ərzində irəli getmək əvəzinə, geriyə addımlamışıq. Əgər uzun illər ərzində hökumət hansısa yol qət etmiş olsaydı və bu tendensiya hiss olunsaydı, “asta-asta düzələcək” qənatəniə gəlmək olardı. Reallıq isə onu göstərir ki, hər ötən il oğurluq, ədalətsizlik, saxtakarlıq daha da şaxələnib. 23 il ərzində 140 milyard dollar neft pulunu mənimsəməyə bəs edibsə, bu müddət ərzində həmin vəsaiti real işlərə sərf etmək də olardı.
Tam əminliklə demək olar ki, Azərbaycanı cənnətə çevirmək üçün 23 il kifayət edərdi. Amma bu illər ərzində Azərbaycanı cəhənnəmə çevrimək üçün gücləndirilmiş iş rejiminə keçdilər. Müstəqilliyin verdiyi imkanlardan müstəqilliyi qocaltmaq üçün istifadə etdilər. Bəli, gənc müstəqilliyi əldən salmaq, yaralamaq, xəsətləndirmək, qocaltmaq üçün nə lazımdırsa etdilər. İndi də bütün pislikləri müstəqilliyin yaşının üstünə atırlar.
Zaman isə göstərdi ki, başlar şeytanın əlində olanda yaşın heç bir fərqi olmur.