Anons

Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Çox oxuyanla, oxumayan…

Tarix:30-01-2017, 15:43 Baxış Sayı:255

Çox oxuyanla, oxumayan…

Xaliq Bahadır

Təhsil sistemini dağıtmaqla, qanunsuzluğu qanuna çevirməklə reyim ölkəni nadanlığa bürüyür. Böyük çoxluq kitab oxumur. Böyük çoxluğun kitab oxumaması ölkədə böyük anlamazlar-qanmazlar ordusu yaradır: bu, olduqca qorxulu görsənişdir. Kitab oxumaq baxımından müxalifət də düşkün durumdadır. Ölkənin sağlam gələcəyi baxımından bu da olduqca qorxulu görsənişdir. Bu üzdən belə yazmaq gərəkir: Tanri bizi kitab oxumayan türkdən qorusun! Biriləri yazdıqlarımızla bağlı nadancasına yanaşma sərgiləyirlər. Belələrini silmək gərəkir, ancaq bununla iş bitmir – adını Feysbuk səhifəndən silsən də, özü toplumda, hansısa partiyada qalır… Hakimiyətlə bağlı gerçəkləri yazırsan, qorxmayan çoxları “layk” eləyir, hansısa satılmış müxalifət lideri, adı müxalifətə, özü rejimə bağlı hansısa qəzet redaktoru ilə bağlı gerçəkləri yazırsan… nadan-qanmazların təpkilərilə üzləşirsən! Gerçəkləri-doğruları görməmək, görmək istəməmək nadanlıq-qanmazlıqları ilə belələri, toplumun, ölkənin gəlişməsini-irəliləməsini əngəlləmək baxımından hər hansı dış düşməndən, lap elə erməninin özündən qat-qat qorxuludur.

Kitab oxmamaqla gerçəkliyi qavrama bacarığına yiyələnə bilməıyən nadan-qanmazlar özlərinin gerçəkləri görməz olan gerilikçi düşüncələri – nadanlıqları, qanmazlıqları ilə istər – istəməz gerilikçi rejim qulluqçularına çevrilirlər. Onlar olmasa rejim qısırlaşıb ölər. Ancaq nadan-qanmazların durmadan artıb çoxalması, çevrələrinin axınla genişlənməsi rejimin qısırlığını aradan qaldıran başlıca faktorlardan biri olur. Sən belələrinə satılmış desən, onlar səni qanmazcasına: “hamıya böhtan atan”, “hamını şərləyən”, “hamını satqın, satılmış adlandıran” deyə söyüb-yamanlayacaqlar. Onların bir çoxu and-aman eləyib satılmadığını da deyə bilər, ancaq deyilən yalan, ortadakı yalançılıq olacaq. Rejimə satilmaq yalnız rejimdən nəsə almaq deyil; özlərinin sosial-siyasi durumlarına görə çoxlarının rejimdən satılıb nəsə almaq olanaqları yoxdur. Kimsə ideyaca satılmaqdan uzaqdırsa, satılmır, daha doğrusu, birbaşa satılmır. Kimsə özünün sosial-siyasi durumu baxımından birbaşa satıla bilmir. Ancaq hər iki variantda dolayısıyla satılma olur. Satılmış partiya liderinin illərlə ortaya çıxan satılma faktlarını görmək istəməmək, bu yöndə doğruları yazanların yazılarını, süngüylə qarşılama, onlara yağıcasına yanaşma görsənişləri də satılma faktlarıdır – dolayısıyla satılma! Dönə-dönə vurğulamaq gərəkir: dolayısı ilə satılma görsənişlərini daha çox nadanlıq-anlamazlıq-qanmazlıq faktorları doğurur. Özünün baxıb görməklə gerçəkləri anlaması-qanması bir yana, adam gerçəkləri görüb-anlayanların, anlayıb-görənlərin yazdıqlarını görüb-anlaya, anlayıb-görə bilmir: bu üzdən də istər-istəməz satqına, satılmışa çevrilir. Min illərin sınağından çıxma bir deyim var: çox oxuyan çox bilər. Çox oxuyan qaçılmaz olaraq analitik düşüncə bacarığı əldə edir. Çox oxuyan! Bir, iki, üç diplomunun olması ilə öyünən, diplomu, diplomlarıyla gözə girən, gözə girməyə çalışan, çalışanlar yox! Birincilərin yolu başqa, ikincilərin yolu başqadır. Düzdür, çox oxuyanların da satılanları olur, ancaq bu, daha çox genlə bağlı görsəniş olaraq ortaya çıxır. Burada gen faktoru ideya-düşüncə faktoruna üstün gəlir…

Analizlərdən göründüyü kimi, satılmaq iki tür olur: bilərəkdən, bilməyərəkdən. Bilərəkdən olan birbaşa xarakterli, bilməyərəkdən olan dolayı xarakterlidir. Birbaşalığından, dolayılığından asılı olmayaraq sonuc birdir. Adamın təkliyində suç biradamlıq olursa, partiyada, partiya içində bu, istər-istəməz kollektiv xarakter daşımağa başlayır. Daha doğrusu, ortaya kollektiv sorumluluq çıxır: birinin bilməzlik suçuna başqaları da ortaq olur. Nə etməli? Hamılıqla biliklənməli, hamılıqla biliklərə yiyələnməli!

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL