Anons

Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Müşavirin yox olmaq planları

Tarix:31-01-2017, 14:56 Baxış Sayı:250

Müşavirin yox olmaq planları

Amerika prezidenti Tramp bir çox müsəlman dövlətlərindən gələn qonaqlara qadağa qoyubdur. Sevindirici haldır ki, o siyahıda Azərbaycanın adı yoxdur. Bir yandan da düşünürsən bəlkə Tramp bizi, inteligent Həsən bəyin sözü olmasın, “istinni müsülmanin” saymır? Bir az da “əsl islam o deyil, əsl islam bu deyil” söhbəti fason bir şey... 
 
O zaman biz müsəlman qardaşlarımızın üzünə necə baxaq? Üstəlik, bu il - 2017-ci il dövlət səviyyəsində “İslam həmrəyliyi ili” elan olunubdur, bu haqda qərar Nazirlər Kabinetinin prezidentin başçılığı altında keçirilən iclasında qəbul edilibdir. 
İndi belə çıxır ki, biz başqa müsəlman qardaşlarımızla həmrəy deyilik? Ən azından, gərək Elmar müəllim ABŞ səfiri 4-cü Eskudero yoldaşı çağırıb danlayaydı. (Mən ABŞ səfirlərini indən belə bu cür sıralamaq tərəfdarıyam, onsuz hamısı Bakıda bir az yaşayandan sonra YAP üzvü Eskuderoya oxşamağa başlayırlar; dəli şeytandan indicə aldığım məxfi xəbərə görə, bu oxşamağın əsas səbəblərindən biri səfirliyin Nəsimi polis idarəsi ilə üzbəüz olmasıdır - səfirin də balası var, neyləsin fağır?). Hətta nota-zad vermək də olardı, sonra uzağı deyərdik çaşıb vermişik, notamızı geri qaytarın, ayrı ölkəyə verəcəyik, axırıncı nota idi. 
ABŞ-ın gəlişinə qadağan qoyduğu camaatlar arasında İran və İraq da var, bu ölkələr isə əks addım atıblar, ABŞ vətəndaşlarının ölkələrinə eyni müddətə - 90 günlüyə girməsini yasaqlayıblar. İran heç, İraq niyə belə eləyir, bir az adamın gülməyi tutur. Amerikalılar guya haçansa İraqa viza ilə giriblər... Ən son 2003-cü ildə Səddam müəllim geniş viza paketi elan etmişdi, intəhası o viza ilə gələn yankilər müəllimi tutub asdılar. Ümumiyyətlə, Ayı az qala Fəvvarələr meydanına döndərən, Marsı da 3-cü mikrorayon “kruquna” çevirən heyvərə dövlətlərə burda - Yer kürəsində giriş qadağası qoymaq bir az çətin işdir. Bunun üçün ya güclü “dövlət təminatı” (o teletamaşada deyiləndən) olmalıdır, ya da gərək bütün millətlə tamlaşıb, manyaklaşıb ərazidə Şimali Koreya qayırasan. 
Hərçənd, indi bu saat Trampın apardığı çəpərləmə siyasəti Amerikanın özünü elə Şimali Koreyaya döndərmək üzrədir. Əbədi bir paradoks yenidən ortaya çıxıbdır: nə ilə çox mübarizə aparsan, özünün də ona çevrilmək təhlükən var. Biz bunun cupbulu formasını Azərbaycanda yaşamışıq. Müxalifət partiyaları var idi, YAP-la uzun müddət savaşdılar, bir gün ayılıb gördük ki, bunlar özləri balaca-balaca “yapcıqlara” dönüblər, hərəsinin başında isə bir əvəzedilməz, oddayanmaz, sudabatmaz lider oturubdur. 
Sözümün canı odur ki, islam həmrəyliyi, dövlətin hasarlanması, xoşun gəlməyən qonağı qapıdan qovmaq tipli geopolitik işlərdə bacarıqlı olmalıyıq, daim dövlət mənafeyimizi, uca millətin gələcəyini düşünməliyik. Bu mənada, dünən bir kitab haqda resenziyadan oxuduğum cümlə məni heç açmadı. 
Kamal Abdullanın “Edam vaxtını dəyişmək olmaz” adlı hekayələr kitabına tənqidçi Aydın Talıbzadə belənçik ön sözlər yazmışdır: “ Yazıçının əsl hədəfi hekayələr uydura-uydura, uydurduğunu sözlər harmonasiyasında təsvirləyə-təsvirləyə, təsvir etdiyini bədii bütövcəyə çevirə-çevirə ”yox olmaq" və göylərə uçmaqdır: “Nirvana.. Hekayələrində Kamal vaxtı dayandırmağı xoşlayır” və sairə. 
Birincisi, kitabın adı məncə humanist prinsiplərə söykənən dövlətçiliyimizə uymur. İkincisi, vaxtı niyə dayandırırsınız? Ölkəmiz sürətlə inkişaf edir. Bunu mən xüsusən ona görə vurğuladım ki, Kamal müəllim dövlət məmurudur, prezidentin multikulturalizm, millətlərarası və dini məsələlər üzrə müşaviridir. Belə məsul vəzifə daşıyan adamın kitabına “hekayələr uydurur”, “yox olmaq”, “göylərə uçmaq” fikrindədir yazmaq nə dərəcə düzgündür? Sən yox ol, mən yox olum, o biri yox olsun - bəs dövlət müşavirinin işini kim görəcək? Şəxsən öz adımdan xahiş edirəm, əgər Kamal müəllimin yox olmaq fikri varsa indiki vaxtda bu fikirdən qəti vaz keçsin. İslam həmrəyliyi ilini yola verməliyik. Yayda müsəlman oyunları var. Hələ bəlkə Amerikaya nota verdik. Yerdə iş xirtdəyə qədərdir, uçmaq da lazım deyildir. 
İndi söz əlaqədar təşkilatlarındır - sizi görüm uçasınız.  

 

Zamin Hacı

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL