Anons

Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Meyitdən “ifadə” alan düşmən

Tarix:6-02-2017, 15:18 Baxış Sayı:235

Meyitdən “ifadə” alan düşmən

Şəhidimizin mübarək nəşini düşmən 39 gündən sonra qaytardı. Amma elə həmin gün bəlli oldu ki, ermənilər bir həftə öncə girov götürdükləri mülki vətəndaşımız Elnur Hüseynzadə üzərində məhkəmə şousu hazırlayırlar. Bundan ötrü “cinayətkar” barəsində “iki aylıq həbs” qərarı da çıxarılıb. Özü də Dilqəm Əsgərov və Şahbaz Quliyevin “mühakimə” olunduğu Xankəndində! Elnura hətta “vəkil” tutulub. Bəh-bəh.
Meyitdən 39 gün qisas olan bir düşməndən əlbəttə ki, hər cür hoqqabazlıq, allahsızlıq və alçaqlıq gözləmək olar. Biz ermənilərin Azərbaycana qarşı hər cür xəbisliyə hazır olduğuna öyrəncəliyik – o ayrı məsələ ki, ona həmişə adekvat cavab verə bilirikmi, bilmişikmi? 
Bu, o düşməndi ki, əlacı olsaydı, şəhid əsgərimiz üzərində də saxta məhkəmə qurar, ondan “ifadə” alardı. Zatən, şəhidimizin sosial şəbəkələrdə yayılan son fotosundakı kəsik, qançır yerləri göstərir ki, buna cəhd də ediblər. Əsgərimizin meyitini “müvafiq ekspertizalar aparılır” absurd iddiası ilə 39 gün İrəvanda boşuna saxlamırdılar ki... 
İndi də Elnurla bağlı məhkəmə tamaşası göstərəcəklər. Hədəf və ssenari təxminən belədir: Dilqəm və Şahbaz kimi, Elnuru da “DQR”-in “sərhədlərini” qanunsuz şəkildə keçdiyi üçün Xankəndi “məhkəməsi” mühakimə edəcək. Lakin Elnurun üzərində qətl ittihamı olmadığı üçün ona Diqləm və Şahbaz kimi ömürlük və ya 22 illik həbs yox, hardasa 5-6 illik “cəza” kəsəcəklər. 
Sonra da kəsilən cəzanın legitimliyini nümayiş etdirmək üçün Elnuru qondarma qurumun “prezidenti” Bako Saakyanın adına əfv yazmağa məcbur edəcəklər. Bunun ardınca Saakyan “humanizm” göstərib girovu azad eləməklə və ya Azərbaycan qaytarmaqla növbəti bir şou düzənləyəcək. Dünyaya göstərməyə çalışacaqlar ki, baxın, Dağlıq Qarabağda necə bir “ədalətli hökumət”, “qanunları işləyən oturuşmuş hüquqi dövlət” var.
Yada salaq ki, Dilqəm və Şahbaza vaxtilə analoji təklif olunub. Fəqət, onlar əfv diləməkdən imtina ediblər. Düz də ediblər. Çünki Azərbaycan həbsxanasının darıxdığı bir cinayətkardan əfv diləmək – qondarma respublikanın legitimliyinin tanımaq, işğala haqq qazandırmaq demək olardı. 
Yəni, separatçılar növbəti hüquqi bespredellə Azərbaycanı fakt qarşısında qoymaq və şantaj eləmək niyyətindədirlər. Guya ki, beynəlxalq hüququn “DQR” adında subyekti varmış. Ən önəmlisi, bununla çalışırlar ki, girovlarla bağlı Azərbaycan İrəvana deyil, Xankəndinə müraciət etmək zorunda qalsın.
Zaur üzərində məhkəmə tamaşası ermənilərə indi yəhudi blogger Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası fonunda təbliğati kompensasiya kimi xüsusilə lazımdır. Bir növ, dünyaya mesaj vermək istəyəcəklər ki, “siz Azərbaycan sərhədini qanunsuz keçdiyi üçün Lapşini həbs etdiniz, biz də “DQR”in “sərhədini” pozduğu üçün Elnur Hüseynovu mühakimə edirik. Başqa sözlə, Lapşinin qisasını Elnurdan (Azərbaycandan) alacaqlar.
Azərbaycan ermənilərin bu təbliğati hay-küyünə və məhkəmə şoularına qarşı nə etməlidir? Əlbəttə ki, ilk növbədə bu şoulara hər hansı şəkildə haqq qazandıracaq addımlardan çəkinməliyik. Girovlarla bağlı Xankəndi rejimi ilə hansısa birbaşa təmasdan, xahiş-minnətdən söhbət belə gedə bilməz. Əks halda, ermənilər bunu dərhal separatçı qurumun münaqişədə müstəqil tərəf qismində tanınması kimi qələmə verəcəklər. Onların illərdir çalışdıqları da elə budur ki, Bakı Dağlıq Qarabağdakı qanunsuz rejimi tərəf kimi tanısın.
İkincisi, bütün mötəbər beynəlxalq qurumların tribunalarından, o sırada nüfuzlu insan haqları təşkilatların, dost-müttəfiq dövlətlərin imkan-potensialından, lobbi fəaliyyətindən istifadə edib girovlarımız üzərindəki saxta məhkəmələri ifşa etməliyik. Dağlıq Qarabağda faktiki surətdə kriminal, beynəlxalq qanunlardan kənar, terrorçu bir rejimin mövcud olması haqda yorulmadan təbliğat aparmalıyıq. Məsələni, ələlxüsus da Ermənistanın şəriksiz sahibi Rusiyanın müvafiq orqanları qarşısında qaldırmalıyıq.
Şübhə yox ki, anti-təbliğatımızın dişli və effektli olması üçün daha bir şərt var. Bu da odur ki, öz daxilimizdə - Azərbaycanın yerdə qalan 4/5-də təməl insan haqlarına əməl olunduğuna, siyasi məhbusların yoxluğuna sivil dünyanı inandırmağı bacarmalıyıq. Başqa sözlə, özümüzə də bir az tənqidi yanaşmalıyıq. “Azərbaycanda hüquqi-demokratik dövlət qurulub” deməklə iş bitmir. Gərək ki, dünya da bunu etiraf eləsin. O zaman erməni it uşağına soydaşlarımızı girov saxlamaq çətin olacaq. Çox çətin olacaq...
Zahid Səfəroglu
скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL