Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Viza embarqosu oyunları

Tarix:7-02-2017, 14:23 Baxış Sayı:239

Viza embarqosu oyunları

Bakıda keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunlarına uca millətimiz böyük həvəslə hazırlaşır. Məscidlərdə, pir və ocaqlarda, mədrəsə və hücrələrdə hər gün oyunlara dua edilir. Şeyximiz Allahşükür müəllimin, o cümlədən idarənin gənc və perspektivli əməkdaşlarından Hacı Şahin yoldaşın bu temada müvafiq xütbələri dindarlar tərəfindən səbirlə dinlənilmiş, dəfələrlə sürəkli alqışlanmışdır. Onlar bildirmişdir ki, bu oyunların Azərbaycanda keçirilməsi Allah-təalanın bizə bir lütfüdür, çünki planetin başqa yerlərinə asteroid düşməsi təhlükəsi vardır. 
 
Bu il həccə getməyin qiyməti milli valyutamızın dollar cəhənnəminə vasil olması səbəbindən 8 min manata qalxdığı üçün cəmi 600 müsəlmanımız Məkkəyə yollana biləcəkdir, əvəzində isə minlərlə müsəlman idmançı Bakımıza təşrif buyuracaqdır, əvəzi çıxacaqdır. Məşhur ərəb şeyxlərindən Əl Qulqul bin Pulpul əbu Dəvədabani keçən cümə Dübaydakı məşhur Bürc-əl-Ərəb məscidindən bütün dünya müsəlmanlarına Azərbaycana ördək ovuna getməyi məsləhət görmüşdür. 
Təbii ki, bütün bunlar bizi sevindirməyə bilməz. Hərçənd, dilxoredici məqamlar da var. Misal üçün, adından göründüyü kimi, bu, 4-cü müsəlman oyunlarıdır. Bəs bunun qabaqkı 3 dənəsi harada  olubdur? Niyə biz bundan xəbər tutmamışıq, nə üçün qabaqkı islam oyunları da Bakıda keçirilməyibdir? Əsas oynağan biz ola-ola, oyunları niyə başqaları keçiribdir? Pensiyaçılar təqaüdündən, həkimlər maaşından, tələbələr yol pulundan, jurnalistlər qonorarından, icra hakimləri yeyintidən, əsgər və zabitlərimiz başından keçməyə hazırdır, təki respublikamızda həmişə hansısa oyunlar olsun, idmançılar tatami üzərində dombalaq aşsın. 
Fikrimcə, qabaqkı 3 islamiadadan xəbərsiz olmağımız, estafeti əldən verməyimiz Xarici İşlər Nazirliyinin yarıtmaz fəaliyyəti ilə sıxı surətdə bağlıdır. Biz xaricdə səfirlikləri elə buna görə saxlayırıq ki, onlar gözdə-qulaqda olsunlar, harda bir idman turniri, yiyəsiz qalmış yarışdan-zaddan tapsalar, dərhal götürüb vətənimizə gətirsinlər, respublikamızın şöhrəti aləmə yayılsın. Bunlar isə 3 turnir yatıblar! Dəhşətdir. Birinci bizdə olmayıb, ikinci başqa yerdə olub, barı üçüncüdə oyanaydınız! Dörd nə deməkdir?! Məncə Elmar müəllim istefa versin, yerinə Polad Bülbüloğlu qoyulsun. Polad müəllimin heç olmazsa babat səsi var, mahnı oxuyub turnirləri vaxtında aşkar edəcəkdir. 
 
Gənclər və idman naziri Azad Rəhimov təzəlikcə bir açıqlama verdi, dedi ki, dünyada olan 57 müsəlman dövlətindən 50-i Bakıya gəlməyə razılıq verib. Qalan 7 dövlət tamam lüt-ətcəbala imiş, yarışa gəlməyə pul tapmayıblar, Azad müəllim onların iştirak pulunu Azərbaycanın ödəyəcəyini muştuluq vermişdir. 
Halal olsun. Ancaq niyə qalan 50 dövlət bəzi xərclər çəksin? Onların da hər bir xərcini biz verə bilmərikmi? Avropa Oyunlarında hamısını biz vermişdik. İndi elə çıxacaq ki, Azərbaycanın avropalılara münasibəti müsəlmanlara münasibətindən daha istidir. Məcburi köçkünlərin bəziləri işıq pulu kompensasiyasından imtina edib o pulları dövlətə bağışlamışdı, indi biz oyunlar yaxşı keçsin deyə qazın, benzinin qiymətini qaldıra bilmərikmi? İndicə Zəngilan müəllimləri və Füzuli həkimləri ilə əlaqə saxladım, onlar bildirdilər ki, oyunların xərcini tam ödəmək üçün il boyu pulsuz işləməyə can-başla hazırdırlar. İnsan belə zəhmətkeşləri görəndə gözləri dolur. 
Yeddi demişkən, Amerikada Trampın viza embarqosu qoyduğu yeddi müsəlman dövlətin siyahısını görəndə mənim ağlıma fantastik dövlətçi bir ideya gəldi: olmazmı biz həmin 7 müsəlman dövlətini Bakıya çağırıb onlar üçün ayrıca idman turniri keçirdək? 
Türkdilli xalqlar arasında Turan Oyunları, İranla sərhədi olan dövlətlər arasında İran Oyunları, bənnalar arasında Qaldırıcı Kran Oyunları və sairə turnirlər də bizim təşəbbüs qaldırmağımızı gözləyir.  
ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlərlə birgə Qarabağ Oyunlarının da vaxtı çoxdan keçir. Bir də görəcəyik kimsə artıq üçünü keçirib, dördüncü bizə qalıb...

 

Zamin Hacı

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL