Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Atma şıllaq, yemə şallaq

Tarix:10-02-2017, 15:51 Baxış Sayı:258

Atma şıllaq, yemə şallaq

Bir neçə ölkənin vətəndaşı olan bloqçu Aleksandr Lapşinin Belarusda həbs və yüngülcə mühakimə olunaraq Azərbaycana ekstradisiya olunması xəbərinə ilkin reaksiya verən bir həmkarımızın rəyi çox mənfi idi: “Nə ehtiyac var? Adam jurnalistdir, gördüyünü, düşüncələrini yazır. Söz azadlığını boğmaq olmaz”.
 
Ona Lapşinin Azərbaycana və Ermənistana, eləcə də Dağlıq Qarabağa səfərinin ardından öz bloqunda yazdığı materialın kopyasını göstədilər, oxudu və yekun reaksiyası belə oldu: “Vay, yaramaz. Buna bax ey. Beləsi tutub...”
Həmkarımızın Lapşin barədə hipotetik hökmü elə oldu ki, bloqçu özü könüllü şəkildə həbsi və ekstradisiya olunmağı üstün tutardı. Çünki yarım saat əvvəl Lapşini müdafiə edən söz adamının son fikri çox amansız idi. O, elə bilirmiş ki, bloqçu Dağlıq Qarabağa sıradan bir səfər edib və ölkəmizdəki siyasi rejimin əleyhinə nələrsə yazıb. 
Ancaq Lapşinin yazdıqları başqa cür idi, o, ölkəni ələ salır, aşağılayır, alayçı bir tövrdə 150 avro qarşılığında Azərbaycanın qanunlarını bir daha tapdalaya biləcəyini vurğulayır, ölkəmizin “DQR”-ə səfər edənlərlə bağlı tərtib etdiyi qara siyahıya rişxənd edir, o siyahıda 16-cı yerdə yox, 1-ci yerdə olmağa “çalışdığı”nı yazır.
Budur, Lapşin öz arzusuna çatıb, artıq həmin “qara siyahı”nın başındadır və başqa bir dövlətin sərhədini pozduğu üçün yaxalanıb ekstradisiya edilən ilk adam kimi qeydə alınıb, üstəlik, həbsi ilə bağlı ən azı 5 dövlətin (Rusiya, Belorus, Ermənistan, İsrail və Azərbaycan), eləcə də xeyli beynəlxalq təşkilatın qarışdığı qalmaqal yaranıb. 
Xalid Kazımlı
İndi bloqçu Lapşin şöhrətinin zirvəsindədir. Hamı ondan danışır, yazır. 
Bir müddət əvvəl o, Azərbaycana, onun sərhədinə, qanunlarına lağ edir, ələ salırdısa və bu ironiyası ilə əsasən ermənilərdə gülüş dalğası yaradırdısa, indi arvadı, anası gözyaşlarına boğulub, gümanları gələn hər kəsə yalvarırlar. 
Lapşinin gülüş doğuran yazılarının yerini yalvarış dolu xahiş məktubları alıb. 
Söz yox, bu adamı uzun müddət həbsdə saxlamayacaqlar, bir müddətdən sonra, loru dildə desək, zıl yemişə xətm edib azad buraxacaqlar. Amma bu hadisə ibrətamiz olacaq, başqaları, Lapşin kimi hərəkətlər etməyə şirniklənənlər öz dərslərini alacaqlar. 
Həmişə olduğu kimi, yenə də “demokratiya prinsiplərini prioritet sayan”, hər şeyə müxaliflik edən “daimi dissidentlər” var və onlar ölkəmizə həqarət edən bu şəxsin tutulub gətirilməsinə, yumşaq desək, dodaq büzürlər. 
Yaxşı, nə olsun? Gələn, gedən bu ölkəyə döşəsin? Hər zaman bizi aşağılasınlar, ələ salsınlar? Çoxmu xoş durumdur bu? 
Lapşin həm də İsrail vətəndaşıdır, baxaq görək, onun vətənlərindən biri olan İsrail bu sayaq durumlarda nə edərdi, beynəlxalq səviyyədə ələ salınmasına, təhqir olunmasına dözərdimi, qanunlarının pozulması faktı ilə barışardımı, bununla fəxr edən adamı cəzasız buraxardımı? 
Nəinki İsrail, özünə hörmət qoyan və qoyulmasını istəyən heç bir dövlət bununla razılaşmaz. Hətta Ermənistan kimi ultra-millətçi dövlətlər belə adamı düşmən elan edər, qətlinə fərman verər. 
Xatırlayırsınızsa, 2012-ci ilin mayında da bənzər bir hadisə olmuşdu. O zaman İran dövləti avropalıların Bakıya axışmasında narahat olmuş, Azərbaycana düşmən kəsilmişdi və siyasətçilərdən tutmuş məscid axundlarına qədər xeyli nüfuzlu şəxs hər çıxışlarında ölkəmizə lənət yağdırırdı. Bu arada Norveçdən gələn və əslən iranlı olan bir jurnalist yarışmanın keçiriləcəyi “Kristal holl”un fonunda milli bayrağımıza şıllaq atmış, bizi ələ salmağa cəhd göstərmişdi. Ancaq bu şıltaqlığı ona bağışlamadılar. Şıllaqatan jurnalist ölkəni tərk edərkən aeroportda onunla elə davrandılar, onun özünü elə ələ salıb təhqir etdilər ki, nəinki bayrağa şıllaq atmağına, hətta ölkəyə gəlməyinə də peşman oldu. 
Ola bilər, o hadisədə bəzi qayda-qanunlar pozulmuşdu, insan haqları ilə ziddiyyət təşkil edən hərəkətlərə yol verilmişdi. Bu, əlbəttə, düzgün deyil. Amma hamı bilməlidir ki, bir ölkənin paytaxtının mərkəzində dünyaya göstərə-göstərə dövlətin müqəddəs atributuna qarşı təhqiramiz hərəkət etdikdən sonra öz şərəf və ləyaqətini toxunulmaz saxlayaraq aradan çıxmaq mümkün deyil. 
Lapşinin başına gələnlər öz məsuliyyətsizliyinin, qanacaqsızlığının və yeniyetmələr kimi “hər sözə bir söz qoşmaq”, lağlağı etmək xobbisinin məhsuludur.
скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL