Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Xaliq Bahadır
(Poçtumuz da yerli-yerində, Novruzəlimiz də)
Poçta getmişdim. Orta yaşlarda birisi əlindək məktubu yellədə-yellədə hakimiyəti, hakimiyət başında duranları söyüb-yağlaşdırırdı. Toxdayandan sonra məktubu o üz, bu üzə çevirdi, kimisə axtarırmış kimi çevrəsinə göz gəzdiridi, məktubu mənə uzadıb dedi:
– Mən latınca oxuya bilmirəm, siz bunu mənə oxuya bilərsiz?
– Hə, oxuyaram, ancaq latınca yox, latın qrafikasıyla.
Beş-altı cümləlik məktub məhkəmədən idi. İki yerdə “əmr” sözü işlənmişdi: məhkəmənin filan-filam nömrəli “əmrləri”.
Məktubdan bir şey anlamadığım üçün acığa bürünmüş, ayaq üstə alışıb-yanan yurddaşımızdan nə baş vediyini soruşdum. Demək, belə. Adam neçə il qabaqsa ailə sorunlarını çözmək üçün bankdan 800 dollar (özünün dediyinə görə, 800 dollar) kredit götürüb. Krediti bitirməyə lap az qalmış işini itirib. Bundan sonra, başqaları kimi, bank onu da durmadan yükləyib: faiz faiz üstə gəlib. Sonra da iş məhkəməlik olb. Dediyin görə, aylardır məhkəmə yolundadır; onu bank bir yandan sıxır, məhkəmə bir yandan. Məhkəmə də bank deyəni deyir: verməlisən, ödəməlisən. “Bilirəm, – deyir, – verməliyəm, ödəməliyəm, ancaq nəylə, necə? Dövlətim mənə iş yeri açmalıdı, mən də işləyib kredit borcumu ödəməliyəm”.
Məktub oxunub qurtarandan sonra adam üzümə üzgün-üzgün baxıb soruşdu: “İndi mən neynəyim: gedim belimə bomba bağlayıb bankı partladım, yoxsa başqaları kimi özümü asım öldürüm? – bir az duruxub doluxsunaraq dedi: – Evdə arvadım, oğlum, gəlinim, hamımız da işsiz. İşləyən bircə mən idim, məni də işsiz qoydular. Borc da durmadan artır…” Adama ürək-dirək verib ayrıldım.
Adam gözümün qabağındaca infarkt olmasın deyə, ona demədim: Azərbaycan yurddaşı olaraq sənin başqa dövlətlərə 9 milyard 7 milyon dollar borcun var. Adama bunu da demədim: İlham Əliyevin iki prezidentlik dönəmində (2004-2013-cü illər) Azərbaycandan 95 milyard dollar (doxsan beş milyard dollar!) pul çıxarılıb.
Hə, sayğılı xanımlar, sayğılı bəylər, zəhmətkeş prezidentiniz İlham Əliyevin başı gecə-gündüz ANALOQSUZ Aərbaycan yaratmağa qarışdığından ölkədən 95 milyard dollar pulun necə oğurlanıb çıxarıldığını bilməyib. Onun (prezidentin!) bilmədiyi, sizin bildiyiniz kimi, 1993-2010-cu illərdə olkədən tək ofşor zonaya 48 milyard dollar oğurluq pul çıxarılıb. 75 milyon dollarlıq Dubay mülkləri, bunlardan savayı, Rusiya, Çexiya, Paris, London mülkləri…
Ey mənim işsiz-gücsüz, yazıq-yuzuq, yetim-yesir yurddaşlarım, nəyi də bilməsəniz bunu bilin: bunlar, – burada göstərilən milyardlarla oğurluq faktları, – sizin çəkəcəyiniz dərd deyil, siz gedin altında batıb qaldığınız komunal borcların, gündən – günə bahalaşma üzündən ala bilmədiyiniz ərzağın dərdini çəkin. Əli Əhmədov kimi satılmış rejim əlaltılarının yalanlarına uyub ölkədə bahalaşma “olmadığına” da inanmayın: dövlət yönətim sisteminin korrupsiya yönətim sisteminə dönüşdüyü ölkədə dönməz olaraq mallar bahalaşar, adamlar ucuzlaşar!
Məndən sizə ismarış: belədə bahalaşmanı durdurmanın bir yolu var: yumruqları qaldırıb “Mən varam!” deməklə ucuzlaşmanı durdurmaq! Biz bu gün adamların, adamlığın ucuzlaşdığı (ucuzlaşdırıldığı!) bir ortamda yaşayırıq – elliklə qalxıb kəsinliklə bu ortama YOX deməsək, bizə yalnız çox uzaqda olmayan yoxluğmuzu gözləmək qalacaq. Biliksiz Novruzəli yüz il bundan qabaq gətirdiyi məktubu poçt qutusuna salandan sonra oturub onun keşiyini çəkdiyi kimi, biz də hamılıqla durub sonumuzun necə olacağını gözləyirik. İstənilən toplumun sonu da, başlanğıcı da başqalarından qat-qat artıq onun öz əlindədir. Gerçəkləri görürkən, başına gətirilənləri bilirkən əllərini yanına sallayıb duran bir toplum özü özünün sonunu gətirən tolpum deməkdir.