Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Səadət Cahangir
Bütün maddələr müəyyən nöqtədə halını dəyişə bilir. Bu dəyişmə daha çox mühitə bağlıdır. Soyuqdan, istidən, gərginlikdən, sıxılmadan, dartılmadan bir maddənin fərqli şəkilləri yarana bilər. Bu dəyişmə şəkilləri də çox halda onların əyilməsinə, çatlamasına, qırılmasına, sınmasına, əriməsinə, dağılmasına yol açar. Simvolik baxanda, insanlar da belədir. Hələ fərqli mühitlərə və vəziyyətlərə görə onlar daha tez haldan-hala düşürlər. Onların dəyişmə şəkilləri bəzən daha böyük dağılmalar yaradır. Həm də təkcə özünə deyil, böyük bir çevrəyə zərər vuracaq şəkildə…
Qış aylarında evimizin qarşısından axan kiçik çay kanalı donardı. Biz də məhlə uşaqları ilə səhərdən axşama kimi o donmuş çayın üstündə günün dadını çıxarardıq. Bəzən buzlar çatlayardı, sındığı zamanlar da olurdu. Amma qorxumuz yox idi. Bilirdik ki, kanala düşsək belə, səviyyə dizimizdən yuxarı qalxmayacaq. Bu gözəl uşaqlıq xatirəsini illər sonra da tez-tez xatırlamışam. Həm də adi bir xatirə kimi yox, illərin öyrətdiyi maraqlı bir dərs kimi. Müəyyən bir məqamda siz də öz dözüm dərəcənizi çevrənizdəki maddələrlə müqayisə etsəniz, qəribə fikirlər burulğanına düşmüş olarsınız. Amma bu burulğanda insan öz dirəniş dərəcəsini özü müəyyən edə bilər. Şüşə kimi kövrəksinizmi, polad kimi dayanıqlısınızmı, buna niyə özünüz qərar verməyəsiniz ki? Axı ağırlığımıza dözə bilməyən və altından xəbərsiz olduğumuz buzun üstündə nə oynayırıq var ki, çat verəndə kəllə-mayallaq suyun dibinə düşək? Yaxud çiynimizi ağırlığını çəkə bilmədiyimiz yüklərin altına niyə veririk ki, yarıyolda səndələyib üzü üstə yerə çırpılaq?
Yaşadığımız mühit real dağıntı mənbəyidir. Bütün bəlalardan qurtulmaq üçün onu dəyişmək lazımdır. Bəzən insan başını qaldırıb ətrafa baxmağa belə qorxur. Hər yerdə qırılıb-tökülən, uçulub-dağılan, yanıb tanınmaz hala düşən insanlar var. Burda mühit şərtləri bütünlükdə insanın ziyanınadır, bilirsiniz. Burda çox şey sizin normal bir insan olaraq sıradan çıxmanıza və məhvinizə hesablanıb. Belə bir mühitdə istəməyərəkdən quyunun dibinə yuvarlananlar da çox olacaq. Öz gücünü hesablamadan, enerji ehtiyatını sayğaca vurmadan girdaba yuvarlananlar… Onları lənətləməklə, “linç” etməklə, əzməklə iş düzəlirmi? Düzəlmir, şübhəsiz. Hər kəsin müqavimət gücü, düşüncə dərəcəsi, analiz qabiliyyəti eynidir məgər? Məgər hər kəs bir yola çıxanda onu gözləyə biləcək riskləri hesablamağı bacarır? O zaman hər şeyi öz gücünüzə uyğun tənzimləmək zorundasınız. O zaman özünüzdən daha çox başqalarına zərbə vura biləcək addımlarınızı yüz ölçüb, bir biçməyə məcbursunuz. O zaman baş çıxara bilməyəcəyiniz işlərə girişməyəcək, iradənizi sınma nöqtəsinə gətirib çıxarmayacaqsınız. Əks halda, heç nə… ağırlıqqaldırma gücünü hesablamadan səhnəyə çıxıb milyonların gözü önündə rüsvay olan atletə bənzəyəcəksiniz…