29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
İllər öncə idi. Dövlət televiziyasında çalışırdım. “Həftə” proqramının redaktorlarından biri olaraq həmin ildə MM-də hökumətin hesabatının dinlənilməsi haqda material hazırlayırdım veriliş üçün. Televiziya qaydalarına görə hokumətin üzvlərinin hər birinin toplantıda olduğunun görüntüdə göstərməli idik. Bunu eləmişdik də. İşimizi gördük, efirimiz hazır oldu, verilişimiz baş tutdu. Səhəri gördüm, məni ciddi-ciddi axtarırlar. Düzü, qorxdum, kim işini itirmək, ya da durduğu yerdə söz götürmək istəyər ki?!.. Nə başınızı ağrıdım, gördüm ,bizim çox nüfuzlu nazirliklərdən birinin mətbuat xidmətinin rəhbəri gəlib şirkətimizə. Bir-birimizi də gözəl tanıyırıq deyə bilərəm. Hə, bax bu müəllim deyir ki, bəs bizim kişini, yəni naziri efirdə biabır eləmisiniz. Gecə səhərə qədər “ qiyamətdə” olmuşuq. Kişiyə söz deyilib görüntülərə görə. Ay balam, niyə axı, nə baş verib, nə olub?.. Qayıdasan ki, bəs cənab nazir əlində telefon oynadıb siz də efirə o kadrı vurmusunuz.
Bir haşiyə çıxıb “axı MM-ə telefon buraxmırlar” deyəcək dostlara xatırladım ki, illər öncədən danışıram. Onda indiki qaydalar yox idi.
Nə isə qərara gəldik ki, adını çəkməyəcəyim cənab nazirin “sıroy” materiallardakı bütün görüntülərini tökək ortaya. Baxaq, görək ki, niyə belə “qərəzli” yanaşılıb məsələyə. Hər halda nazir özü və göndərdiyi nümayəndə, hətta baş redaktoru belə hesab edir ki, redaktor, yəni mən naziri sevməyən kiminsə adamıdır. Burda qəribi ağlamaq tutdu. Yəni bəndənizi. Ömrü boyu özündən bir də peşəsindən başqa kimsənin adamı olmayasan, indi duralar üzünə ki, sən naziri “vurmaq” istəyən komandaya işləyirsən, kiminsə adamısan. Matım-qutun qurumuş vəziyyətdə getdim arxivə. Nazirin şəxsi nümayəndəsi ilə bütün görüntüləri tökdük ortaya. Məlum oldu ki, adamın əlindəki telefonu bir kənara qoyduğu bircə kadr, panorama, televiziya dili ilə desək “nayezd”, “otyezd”, “krupnu planı” yoxdur. O da məlum oldu ki, hökumətin hesabatı dinlənilən toplantıda adam sürətli maşınsürmə oyunu oynayır. Daha dıqiqi, əlindəki telefonu qeyri-iradi hərdən yavaşca sağa, sonra da sola çevirməsini, arabir hiss olunacaq qədər ayağımı da hərəkət etdirməsini başqa cür anlaya bilmədik. Onu da bilmədim ki, vəziyyət mənə nəyə başa gələcək? Ölmək ölməkdir, xırıldamaq nə deməkdir dedim. Çönüb nazirin başımın üstündə dayanmadan “yooo, yo ee, yoo, belə olmaz, əşi, kişini biabır eləmisiniz, olmaz ee, qətiyyən olmaz, nç, nç, nç...” eləyən nümayəndəsinə baxdım. Çünki artıq susmuşdu. Dedim, əzizim, sənin nazirinin üzvü olduğu hökumətin hesabatını dinləməyə səbri çatmır, Artur müəllimi dinləməkdən yorulursa, telefonla oyun oynayırsa və bunu ona yuxarıdan irad tuturlarsa, mən neynəyim? Axı bütün hökumət üzvlərini kadrlarda göstərməliyəm. Olmazdımı ki, cənab nazir oyun oynamayaydı?!..
Görünür, nə qarşımdakı adam, nə də səhərdən məni bilərəkdən onunla hansı nazir arasındasa münasibəti korlamaqda suçlayan sevimli redaktorum bu sualı verəcəyimi gözləmirdi. Hər kəs susdu. Mən də sakitçə çıxıb getdib çalışdığım redaksiyada işimi davam etməyə başladım. Düzü, mənə nə irad tutuldu, nə töhmət verildi. Hələ desəniz şirkətin rəhbər adamları müdafimdə də durdular bu məsələ ilə bağlı. O nazirin görüntülərini isə ümumiyyətlə materialdan montaj eləyib çıxardıq...
İndi də Hadı müəllimin təqaüd yaşları haqdakı dediyini, Arif müəllim bədbəxtliyimizin səbəbinin türk olmağımıza inanmağımızla bağlı olduğunu söylədiyinin düzəltməyə çalışır.
Müəllimlər, cənablar, ya da ay ağalar və ya bəylər. Nə qədər söz fırlatmaq, əkilmək, aradan çıxmaq olar? Özü də sözü o adamların qarşısında fırladırsınız ki, onlar özləri sözü belədən-belə, elədən də elə fırladırlar, yəni peşələri sözlə oynamaqdır. Belə olmaz. Siz ya susun ya da təklifimi dinləyin: Çoxlu sayda işsiz amma istedadlı jurnalistlər, redaktorlar var.
Çağırın onları, sizin deyilməsi vacib olduğu sözlərinizi formaya salıb, yazıb versin əlinizə. Siz də onu danışın. Bunu eləməyə bir balaca vəsaitiniz xərclənəcək. O da həmin o yazıq redaktora, sizin piar menecerinizə verəcəyiniz simvolik maaşdır, vəssalam. Vallahi-billahi, son vaxtlar lap təcrübəli deputatlardan tutmuş yenilərinizə qədər kim danışırsa, biabırçı mənzərə yaranır. Adama elə gəlir yüzdən çox üzvü olan parlamentin özümüzü öldürsək, iyirimicə deputatı var ki, danışıb söz deyə bilir. Qalanlar danışanda, özləri o yana dursun, ölkəni də, dövləti də biabır eləyir, hətta sosial çağırışlara səbəb olacaq qədər hay-küy yaradır. İndiliksə görünən bu ki, Azərbaycan söz fırladan deputatların, oyun oynayan nazirlər ölkəsidir. Hələ belə olmadığına inanıb ümid edənlər də yox deyil. Siz o ümidləri cücərdin...
Jalə Mütəllimova