29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Mehman həbs olunanda susdum.
Şəxsən tanımadığım, heç vaxt üz-üzə gəlmədiyim bu oğlanın tutulacağını bilirdim.
Hadisəni təhlil edirdim. Dərhal hücuma keçməyin yanlış olduğunu düşünürdüm.
Nə etməli olduğumuzu düşünürdüm. Qara qışqırığımız kömək edirmi, həbslər bitmirsə, azalmırsa, qarşı-qarşıya durub dalaşmağın anlamı varmı, yanaşmanı dəyişmək gərəkmirmi...
Mənə görə, radikal müxaliflik cəmiyyətlə hökumət arasında körpüləri dağıdır.
Bu illər ərzində dialoq müstəvisində danışığa nail olmaq gərək idi. Xalqın, vətənin xətrinə, hətta haqlı hikkədən keçmək şərt idi. Xalqına xidmət etmək Topçubaşov kimi ABŞ prezidentinin qapısında günlərlə gözləməkdi. Adı dünyanı lərzəyə gətirən Hitlerin qəbuluna düşməyə çalışmaqdı. Ölkəni qorumağa cəhd etməkdi.
Bu yaxınlarda bir qadınla söhbət etdim. Babası alman əsirliyində olub. Bir gün düşərgəyə gəlib deyiblər: azərbaycanlılar buraxılır. Çıxanda izah edirlər: sizin Rəsulzadə adında lideriniz var, tanıyırsız? O, Hitlerlə görüşüb, azərbaycanlıların həbsdən çıxmasına nail olub. Beləliklə, savaş bitənəcən onları burjuy evlərində işləməyə göndəriblər. Babası ev sahiblərinin onlarla yaxşı rəftar etdiyini deyibmiş...
Tarixi deşə-deşə gəlib bizə çatan məlumatlar vətəni necə sevməyin yollarını öyrədir. İbrət dərsi dediyin bu olsa gərək. Dövlət adamlarından, siyasilərdən, ziyalılardan bu cür addımlar gözləmişik həmişə.
İndi Azərbaycana həbslər yox, yalnız islahatlar hava-su kimi lazımdı.
Davaları bitirmək gərək. Onun, sənin, mənim... kimin ucbatından olması artıq önəmli deyil. Sonucda hər kəs yaxasını kənara çəkəcək. Fakt odu ki, bizim ciddi problemlərimiz var. Hər sahə təmir olunmalıdı ölkədə.
Gələk Mehmana. Bundan öncə yaşadığı hadisə zamanı qardaşı ona ictimai formada, açıq şəkildə mesaj göndərdi: Mehman, ehtiyatlı ol, cızığı keçmə, hər kəs gücünün haracan çatacağını dəqiq ölçüb-biçməlidi. Həbsinin kimsəyə faydası yoxdu. İmkanlarını dəqiq təhlil et, bir jurnalist, blogger haracan azad ola bilər, bil. Bunu bilmək peşəkarlıqdı, qorxaqlıq yox. Onunla razıydım. Elə adamlar var ki, onlar burda lazımdılar. “Burda” olmaq da asan məsələ deyil. O qədər obyektiv olmaq gərəkdi ki, nəticədə özün də tərbiyə olunasan. Ən doğru sözlərlə danışmağı öyrənəsən.
İnsanın etiraz forması da onun tərbiyəsini ifadə edir.
Mehmanın tərbiyəsiz tənqidini görməmişəm. Təhqirlə, söyüşlə, bağıraraq kimisə tənqid etdiyini izləməmişəm. Bəlkə var, rastıma çıxmayıb. Onun şərhsiz reportajlar kralı ola biləcəyini düşünmüşəm. Nə yazırsan yaz, danışmasaydı belə, asfaltı əliylə qoparıb kameraya göstərməsi hər şeyi deyirdi.
Jalə xanımın Mehman haqda nazir, deputat, icra başçısı vəkili kimi çıxış etdiyi yazısını oxuyanda bu mövzunu dilləndirməyə bilmədim.
Əziz oxucu, Mehmanı tanıyırsız. İzaha gərək yoxdu. Jalə xanım haqda bildiyim odu ki, aydan-çaydan yazıb. Son vaxtlar daha dərin mövzulara girişmək istəyir. Amma yazdıqlarını xalq özü daha istedadla ifadə edir deyə alınmır. Bildiyimə görə, arada şeir də səsləndirib. Qəfildən Mehman haqda aşağılayıcı, fürsətcil yazısı üzə çıxıb. Başqa heç nə bilmirəm. Bundan sonra da imici şəxsən mənim üçün - korrupsiya haqda reportajlar hazırlayan bloggerin haqlı olaraq tutulduğunu yazan qadın heykəli kimi tərpənməz olaraq qalacaq.
Yazır ki, Mehmanın alt paltarda şəkli var, saçlarını iki yandan ayırıb keçi kimi yığıb, qaşı çapıqdı və biz Azərbaycan jurnalistikasının belə tanınmasını istəmirik. Deyir cümlədə hərf səhvi buraxır, təhqir dolu süjetlər çəkir.
Hər şeyi qoyaq kənara. Bu bilirsiz nəyə oxşayır?
Elə bil birinə gedib deyirsən ki, “evmi yarıblar”, qayıdır ki, “evmi yox, evi-mi!”. Oğurluq qalır bir tərəfdə, başlayır səni borclu çıxarmağa.
Onun kiminsə çilçırağını göstərib milyonluqdu deməsini təhqir sayırsızsa o ayrı. Lüstr milyonluq olmasa da, sarkazm milyonluq idi. Bəlkə də bunu bilmədən etmişdi.
Necə olur ki, büdcədən pul yeyib geydirmə asfalt çəkmək dövlətə, topluma təhqir olmur, necə olur ki, deputatı olduğun ərazidə hər daşın yanında özünə, qohum - əqrəbana obyekt açmaq vəkili olduğun millətə təhqir sayılmır, səhiyyədəki vecsizlikdən ölkədə salamat adam qalmır, amma Mehmanın alt paltarında şəkli, süjetləri daha böyük ayıb və təhqir sayılır.
Dünya jurnalistlərinin nə işlərlə məşğul olduğundan xəbəriniz var? Dünyada jurnalistika daha çox Mehmanın elədiyi sayılır, sizin elədiyiniz yox.
Jurnalist tərəf saxlamaz, neytrallığını qoruyar. Bu, xəbər jurnalstikasında belədi. Heç bir halda müəllif işilə, publisistika, reportyorluqla məşğul olan jurnalisti zərərsizləşdirməyə hesablanmış mövqesizlik anlamına gəlməz. Jurnalist robot deyil. Mövqeyini sırımaz, ancaq münasibətsiz də qalmaz.
Jurnalist obyektiv olar, mövqesiz yox.
Mehmanı jurnalistikamız adına ayıb sayanda hansı jurnalistikanı nəzərdə tutursuz? Hansı məktəbi?
Şirməmməd Hüseynov məktəbini?
Zeynal Məmmədlini, Qulu Məhərrəmlini?
Sizcə, bu adamların ruhu sizinlədi, ya Mehmanla?
Bazar iqtisadiyyatıdı. Kapitalizmdi. Biznesmen, oliqarx, kapitalist var, varlı - kasıb təbəqə var. Burda marksizmdən də bolluca söz açmaq olar.
Ancaq qanuni ölkədə heç bir halda məmur oliqarx ola bilməz. İzah edə bilirəm? Məmur və kapitalist bir-birini vuran anlayışlardı. Ölkənin ən varlı adamları dövlət məmurları olmalı deyil. Bu, absurddu, ay xanım.
Hə, Mehman özünü tutdurdu. Buna görə ona qəzəbliydim. Gözləyirdim hirsim keçsin. İmkan vermədiz. Bizə Mehman kimi adamlardan küsməyə, onlara qəzəblənməyə sizin kimi jurnalistlər imkan vermir.
Aysel Əlizadə