Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Səadət Cahangir
Ölkədə əlinə fürsət düşən milləti yolur. Sözün əsl mənasında yolur elə. Dərdimizi deyəcək adam, üzümüzü tutacaq ünvan yox. Bu məsələ ilə bağlı narazılığımı sosial şəbəkədə yazanda da, eyni “qəzavü-qədər”in çoxlarının başına gəldiyini bilmirdim. Demə, 4,6 milyondan artıq müştərisi olan bu şirkət, təkcə mənim deyil, başqalarının da cibinə girir. Söhbət ölkənin ən böyük mobil operatoru olan “Azercell”dən gedir, təbii. Əvvəla, onu deyim ki, çevrədə hər kəs mobil operatorların hamısının müştəriləri aldatdığı qənaətindədir. Bu şikayəti dönə-dönə fərqli məclislərdə də eşitmişəm. İnsanlar yüklədikləri konturların qoyulan vaxtdan tez yoxa çıxdığını düşünür və mənim özümün də buna dair şübhələrim var. Amma indi ortaya qoyduğum real faktdır və yazını da bunun üzərində qurmağa qərar vermişəm.
Hamınız bilirsiniz, mobil operatordan telefonlarımıza vaxtaşırı avtomatik mesajlar gəlir. Bu mesajlar o qədər olur ki, çox zaman onları oxumadan silirəm gedir. Son bir həftədə yaxın 3 adam “Azercell” tərəfindən xəbərsiz pullu kampaniyaya qoşulduğunu deyincə, içimə qurd düşdü. Çünki bənzər hadisə əvvəllər “Zəngimcell”lə bağlı başıma gəlib. Xülasə, telefonu açıb dörd-beş gün əvvəl gələn mesajları gözdən keçirməyə qərar verdim və donub qaldım. Demə bu fürsətçilər eyni mesajı mənə də göndəriblər. “”Xəbər ver” xidməti 13 mart tarixində başa çatır. Abunəliyi (aylıq 10 qəpik) yeniləmək istəmirsinizsə, STOP yazaraq 6080-ə göndərin.” Araşdırma nəticəsində məlum oldu ki, evdəki bütün nömrələrə eyni mesaj gəlib. Tutaq ki, bu nömrələrdən biri səhvən sizin xidmətə qoşulub, bəs qalanlarına nə deyəcəksiniz? Xülasə, işin içində hiylə olduğuna şübhəm qalmadığına görə, götürüb məsələni sosial şəbəkədə yazdım. İndi baxın, ordakı insanlar paylaşımın altında nələr yazıblar.
-“Mən də eyni məsələyə görə zəng etdim o gün, adam üzümə dirəndi ki, özün qoşulmusan. Qaldım belə, özümdən şübhəli. Hələ utanmadan qayıdıb deyir ki, ayda cəmi 10 qəpik çıxacaq də…”
-“Mənə də təklif kimi gəldi, geri çevirdim. Bir də gördüm SMS gəldi ki , istəyiniz uğurla həyata keçdi və bayaq 10 qəpik getdi. Tez STOP yazıb göndərdim, hələ ki, geri dönməyiblər, şükür.”
-“Eynisi mənə də olub. Bir həftəyə bir manat gedib. Halbuki, dedikləri kimi də olsa, aya 10 qəpik çıxılmalı idi…”
-“Bu problem operatorluq deyil. Xüsusi, qısa nömrələr yaradılmış şirkətlər var. Onlar müştəridən izin almadan, insanları qoşurlar ora. Reklam adı ilə cibimizə girirlər. Ayda bir dəfə müştəri xidmətinə zəng vurub, hansısa reklama qoşulub-qoşulmadığınızı öyrənin. Operatorlar özləri də girinc qalıblar. Təbii ki, xalqın cibinə hərtərəfli girirlər.”
Bax, durum belədir və bunlar hələ paylaşıma rəy yazıb, şikayət edənlərin tam siyahısı deyil. Aralarında bir araya gəlib şirkəti məhkəməyə vermək təklifini irəli sürənlər də var. İndi özünüz baxın, düşünün və qərar verin. Müştəri sizi ən etibarlı operator hesab edərək, illərdir xidmətinizdən yararlanırsa, bu o demək deyil ki, o etibardan su-istifadə edib onların cibinə girəsiniz. Mən özüm də dünyanın ən nəhəng şirkətlərindən birində çalışmışam və bilirəm ki, nüfuz məsələsi belə şirkətlər üçün necə böyük anlam kəsb edir. Əslində, sizin “xəbər ver” xidməti heç də pis ideya deyil. Amma bu xidmətdən istifadə müştərinin istəyi əsasında olmalıdır, deyilmi? Yenə də bu xidmətlə bizi baş verənlərdən xəbərdar etdiyiniz üçün sağ olun. Mən də öz xəbər vermək hüququmdan istifadə edib, sizi xəbərdar etmək istədim. Sadəcə, bu qədər…