Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Nəhayət ki, Böyük Britaniyanın Avropa Birliyindən çıxmaqla bağlı prosedurlara başlayacağı gün təxmini də olsa bilindi - bu gün, martın 14-ü belə bir tarix kimi təqvimə düşməyə iddialıdır.
Təbii ki, artıq məşhur “brekzit” - Böyük Britaniyanın AB-dən çıxmaq prosesi ucqarlarda elə bir maraq doğurmur, insanlar artıq buna adi bir məsələ kimi baxır və düşünürlər ki, avropalıların öz işidir - qoy, kiminlə istəyirlərsə birləşsinlər, ya da ayrılsınlar.
Təkcə Avropanın özündə bu hələ də qorxulu yuxu kimi təsir etməkdədir. Hələ də insanlar ümid edirlər ki, hansısa qeyri-adi bir hadisə bu prosesin qarşısını alacaqdır.
Amma qərar qərardır və Britaniya AB-dən çıxmaqda israrlıdır. Sadəcə, elə ola bilər ki, bu təkcə onun AB-dən çıxması prosesi olmasın, həm də dənizlər dövlətinin özünün də parçalanmasına start verilsin. Qeyd edək ki, heç də qeyri-real məsələ deyildir bu...
Xatırlayırsınızsa, Britaniyanın məşhur qərarından bir qədər əvvəl Şotlandiyanın ondan ayrılması haqda referendum keçirilmişdi. Sonra da İngiltərə ilə Şotlandiya arasında AB-dən çıxmaq məsələsinə çox fərqli münasibət oldu - şotlandlar AB-də qalmağa səs verdilər...
İndi bunlar hamıya bəlli bir məsələlərdir. Bəlli olmayansa digər detallardır. O da budur ki, hamı bir sual üstündə baş sındırır: bu, başlanğıcdır, yoxsa... Sizi əmin edib deyə bilmirəm ki, heç kim həmin sualın cavabını bilmir...
Hamı Avropadakı siyasi partiyaların platformalarını izləməkdədir ki, bəlkə bu yolla indicə səsləndirdiyimiz suala cavab tapa bildilər. Amma hələki cavab yoxdur...
Bir tərəfdən hamı məyusdur ki, on illərlə addım-addım inteqrasiya yolunda irəliləmişdilər. İndi necə olsun? Bütün bunların üstündən bircə qərarla xətt çəkilsinmi?
Fəqət, güman etmirəm ki, hər şeyin üstündən xətt çəkiləcək. Böyük ehtimalla çox məqamlar toxunulmamış qalacaq. Amma yenə də ayrılıq ayrılıqdır və bununla barışmaq lazımdır. Bizim də bundan əndişələnmək və avropalıların əvəzinə onların problemlərinin acısını yaşamaq fikrimiz yoxdur...
Sadəcə, orientirlər dəyişir. Uzun illər Avropa ilə inteqrasiya, Avropa institutları ilə qovuşmaq neçə - neçə ölkənin əsas orientirləri olmuşdu və bu gün məlum olur ki, daha buna can atmağa elə bir ehtiyac yoxdur - necə deyərlər, film başa çatıb...
Daha konkret olsaq, Azərbaycan məmurları neçə illər idi ki, Avropaya qarğış etməklə məşğul idi. Könülsüz - könülsüz avropalı siyasi və ictimai xadimləri qəbul edir, onlara yalançı vədlər verirdik.
Ona görə də zərrə qədər şübhə etmirəm ki, ingilislərin qərarına hamıdan çox sevinən bizim məmurlarımız və hökumətimiz oldu. Bir daha deyirəm ki, neçə illər idi avropalılar gah siyasi məhbus problemini qaldırır, gah da bu və yaxud digər sahədə islahatların aparılmamasından şikayətlənirdilər.
Düzdür, şanlı hökumətimiz bütün bunlara qəhrəmancasına sinə gərir və öz bildiyini edirdi. Sadəcə, bəzən gözdən pərdə asmaq üçün bəzi kiçik və əhəmiyyətsiz güzəştlər edirdilər ki, bizlər də bunu təntənə ilə Avropanın hökumətimizə təzyiqi kimi dəyərləndirirdik...
İndi bunlar olmaya da bilər. Ona görə ki, Böyük Britaniya presedent yaratdı, özü də böyük presedent. Düzdür, britaniyalıların digər Avropa institutları ilə vidalaşmaq fikri yoxdur, onlar yalnız Avropa Birliyindən çıxırlar.
Amma presedent presedentdir - kiminin xoşuna AB gəlmir, başqa birisi isə Avropa Şurasını sevmir...
Məsələ də elə bundadır. Britaniya özü də bilmədən böyük prosesin istiqamətini dəyişdi. İndiyədək hamıya elə gəlirdi ki, bütün yollar Avropaya aparır. Ucqarlardakı bəzi sərt rejimlər müxtəlif bəhanələrlə bu prosesdən yayınmağa cəhd edirdilər.
İndi isə bütün bunlara ehtiyac qalmayacaq. Böyük ehtimalla daha avropalı siyasət və ictimaiyyət adamlarının da intonasiyası da əvvəlki kimi inamlı olmayacaqdır. Daha onlar əvvəlki kimi tələb edə bilməyəcək, çünki artıq kimin adından tələb etmək məsələsi bir az qəlizləşib...
Bizim hökumət, bizim məmurlarsa böyük ehtimalla sevinirlər. Bəlkə də sevinirlər ki, bir gün onlar da lap ingilislər kimi tutaq ki, Avropa Şurasını tərk etmək haqqında qərar verə bilərlər.
Belə baxanda, niyə də yox? Məgər bizim məmurlar və ya bizim hökumətimiz ingilislərdən əskikdirmi? Qərəz, adama elə gəlir ki, əvvəl kompas vardı və biz hara üzdüyümüzü bilirdik. İndi isə...