29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
“Arxasız arxitektora qurd düşər”
(Modern ata sözü)
Dünənki yazımda YAP rejiminin Rusiya hakimiyyətini yamsıladığını göstərmişdim, bir təzə fakt yadımdan çıxmışdı, indi onu əlavə edim. (Çox qəribədir ki, əslində o temanı mənə elə həmin fakt vermişdi, niyə yazarkən yadımdan çıxıb, heç anlaya bilmirəm). Moskvada 8 minə yaxın “xruşşovka” binalar var, bu ilin martında şəhər rəhbərliyi Putinin və Dumanın qərarları ilə həmin binaları sökmək, yerində təzə binalar tikmək planına start verib. Doğrusu, proje o qədər nəhəngdir ki, ruslar özləri bunun haçansa başa çatacağına şübhə edirlər.
Bax, rusların bu qərarından heç bir həftə ötməmiş bizdə də Bakının “xruşşovka”larını sökmək üzrə dövlət planı ortaya çıxdı. Deyirlər ilk olaraq 1-ci mikrorayondan başlayıb sökəcəklər. İşlər isə çox qəribədir ki, Fövqəladə Hallar Nazirliyinə tapşırılıb. Doğrusu, biz bu quruma dəxli olan-olmayan hər bir dövlət sifarişinin verildiyini indiyə qədər dəfələrlə müşahidə eləmişik. FHN az qala musiqi yarışları və məktəblilər arasında inşa müsabiqələri də keçirdir. (“Az qala” ifadəsini ironiya üçün yazmışam, çünki nazirlik bunları doğrudan edibdir). İndi mikrorayonun sökülməsi də fövqəladə hal olmayıb, bəs nədir? Əslində bizdə evdə qaz yandırmaqdan Sumqayıta avtobusda getməyə qədər hər şey fövqəladə haldır, bundan insanlar ölürlər. Sadəcə, indiki kasıb vaxtımızda bəzi dövlət qurumlarını yemləyib saxlamağımız mənasız görünür. Əgər Bakı şəhərinin böyük bir ərazisinin yenidən qurulması, tikinti planlaşdırması FHN-ə tapşırılıbsa, Hacıbala əkənin rəhbərlik etdiyi, heyvərə bir aparatdan ibarət Bakı Şəhər İcra Hakimiyyəti nəyə lazımdır? Bunlara niyə maaş verilir?
Eynilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin artıq qurum olduğu göz deşir. Sizi əmin edirəm ki, zəhmətkeşlərimizin çoxu ölkədə belə dövlət idarəsi, komitə olduğunu ümumiyyətlə bilmir. Şəxsən mən özüm jurnalist sayılsam da, bu komitənin nə işlə məşğul olduğundan tamam bixəbərəm və elə bu yazını yazanda maraqlandım ki, görüm sağdırlarmı, bəlkə ləğv olunub, heç xəbərimiz yoxdur? Yaşayırmışlar. Hətta komitənin arxkom.gov.az adlı gülməli internet səhifəsi də var imiş, məsləhət görürəm, kefiniz pozulanda baxın. Misal üçün, səhifəni açan kimi lap başdan komitənin sədri Abbas Ələsgərovun intervüsü gözə girir, onun birinci cümlələri isə elə bu cürdür:
“- Müsahibəyə belə başlamaq istərdim ki, Abbas Ələsgərov Bakı şəhərində nəyi dəyişmək istərdi?
Nə etmək olarsa, hər şey edilib..."
Hər şey edilibsə, bəs sən niyə maaş alırsan? Bir məmur özünün heç bir işə yaramadığını daha necə ifadə etməlidir? Özü də Abbas müəllimin sonrakı cümləsi onun vəzifəsinə ümumiyyətlə yer qoymur: “Bu gün Bakıda gördüyümüz bütün dəyişikliklərin əksəriyyəti məhz prezident İlham Əliyevin adı ilə bağlıdır”.
Böhran bizi hər tərəfdən bürüyübdür, “artıq ətləri” kəsmək vaxtıdır. Mən təklif edərdim Arxitektura Komitəsi, Bakı ŞİH və Kənd Təsərrüfatı Nazirliyi vahid idarədə birləşdirilsin, adını da çox fikirləşib baş ağrıtmaq lazım deyildir - ASAN-xidmət-2 qoyaq.
Təsəvvür edin, Statkom bu günlərdə Ümumi Daxili Məhsulun 2017-ci ilin 2 ayı ərzində artım tempini açıqlayıbdır, bu, cəmi 0,8 faiz olubdur! Ey gidi dünya... Vaxt var idi neftin bareli 110 dollar ətrafında cövlan edirdi, bizim ÜDM-in artımı isə bəzi illərdə 30 faizə çatmışdı. Yanılmıramsa, 2006-cı ildə hətta 35 faiz olmuşdu! Sıfır onda səkkiz nədir, a kişi? Bunu xalqa açıqlamaqdansa elə o sıfırdan bir ilgək düzəlt, özünü as.
Görün gəmi nə təhər batırsa onu siçovullar da artıq tərk etməyə başlayıbdır. Hökumətyönlü “İrəli” gənclər təşkilatının sədri olmuş Rauf Mərdiyev adlı cavan namərdlik edib ABŞ-a qaçıbdır. Pul çox olanda bu yaltağın səsi Bakıdakı kabinetlərdən gəlirdi, indi pul yoxdur, aradan cırıb. Əsl yapist-patriotun simasıdır. “İrəli” deyəndə Amerikaya doğru irəliləyib qaçmağımı nəzərdə tuturmuş? Əlbəttə. Avamlar bunu başa düşmürdülər. Şirə harda, milçək orda. Vətən-mətən kasıbların uşaqları üçün hazırlanmış “xruşşovka” layihəsi fason bir şeydir. Müddəti keçdi, sök getsin. Hər yüz ildən bir Azərbaycanın bir hissəsini sökürlər. İndi “xruşşovka” olmaq Qarabağın bəxtinə düşüb...
Zamin Hacı