Anons

Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Səs salma, yatanlar oyanar!

Tarix:24-03-2017, 13:16 Baxış Sayı:262

Səs salma, yatanlar oyanar!

Natiq Güləhmədoğlu

“Riyaziyyat”dan da, “Ali Riyaziyyat”dan da qiymətlərim “əla” olub. İnanmasanız, “vatsap” nömrənizi yazın, diplom və attestatımın fotosun ataram.

Bunu özümü sığorta üçün yazıram, çünki, növbəti oxuyacağınız cümlədən sonra qorxum var ki, müəllif haqqında “iki eşşəyin arpasın bölə bilməyən” hökmü çıxardasınız. Riyazıyyatı sevirəm, buna şübhə etməyin, ancaq redaktordan güclə elə keçirdiyim bu köşəni “cəbr və analiz” dərsi üçün yazı taxtasına çevirməyi nə özümə rəva bilirəm, nə oxucuya.

Çünki, müşahidələrimə görə rəqəmləri insanlar ancaq pul formasında sevir, özü də gəlir formasında. Qalan məsələlərdə rəqəmlərdi, kimyəvi formullardı, geopolotik goplamalardı bu oxucuları qıcıq edən şeylərdir.

Bunları bilərək, hətta nəzəri əsaslanmasın edə-edə, bağışlayın bir iki rəqəmi yazımısa qısa müddətliyə qonaq dəvət etmədən qala bilməyəcəm. Məni bu işə vadar edənlər utansın.

Bu günlərdə facebookun milli sektorunda xəbər “partlayış”doğurdu. İsveçdə musiqi yarışına qatılan azərbaycanlı İbrahim Nəsrullayevin ordakı ifasını “Azadlıq” qəzetinin facebook səhifəsi ilk olaraq yaymışdı. Həm bu məqaləni yazanda həmin xəbəri 136 min istifadəçi görmüş, 4.877 paylaşımış, 8 minə yaxını like (bəyənmə) etmişdi. Bir nəfərin sözü olmasın, bu analoqsuz rəqəmlər, göstəricilərdir. O müğənni qardaşın ifası barədə nəsə deməyəcəm, ona görə ki bu haqda xüsusi bir fikrim yoxdur.

Baş verən məlum “partlayış”, ordakı yüksək rəqəmlər məni tamam başqa mətləbləri düşünməyə sövq etdi. Diqqət eləmisinizsə, bu birinci hal deyir. Tez-tez internet aləmində hansısa azərbaycanlının hansısa qərib bir diyarda musiqi yarışında parlaq bir ifası səs-küy doğurur Həmin hadisə virtual dünyada xalqımızın sevinc hisslərini şaxə qaldırır. Qaramatlıq eləmirəm, bu pis bir şey deyil. Lakin, hər belə halı görəndə daxilən sarsılıram, paxıllığımdan deyil, əlbəttə. Tam əksinə, insanlarımızın sevinc hissinin necə kiçik şeylərə sərf olunmasına, əsl qələbəyə, fərəhlənməyə necə tamarzı qalmasını duymağın əzabıdır bu. Bizim insanlar gör neçə illərdir əsl sevincə, qələbəyə, şadyanalığa həsrət qalıb. Orqanizm buna dözə bilmir, ona görə o avtomatik, qeyri-ixtiyarı özünü ovutmaq üçün süni, yalançı hadisələrlə özünü ovutmağa meyillidir. Belə olanda bu İsveçdəki qardaşın ifası, yaxud hardasa bir hozunun kəlləsində 3 “kubik”i birdən qırması kimi hadisələr dada çatır, bizi sevindirir, heyrətləndirir, bəzən kədərləndirir. Xülasə, qoymur ki, insanlığımız ölsün, robota dönək. Fəqət dərk edən də ki, bunlar “kov” deyil, başaldatdıdı, ömürü, həyatı yola verməkdi, bax onda vəziyyət çox çəkilməz olur.

Fəryad qoparmayın ki, müəllif hər şeyi siyasiləşdirir, ya da qoparın fərq eləmir. Azadlıqa verilən çoxlu təriflər var, biri belədir: azadlıq seçim azadlığıdır. Səs vermənin, səsin, seçim azadlığımım rədd edildiyi, heçə sayıldığı bir diyarın insanı hansısa musiqi yarışındakı qələbə ilə, səs, seçim çox özündən çıxarmamalıdır. Biz özümüzə gəlməli, öz dərdimizi düşünməliyik.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL