Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Gündəm bu qədər qarışmasa, araya 9 günlük bayram tətili girməsə, mən bu yazını çoxdan yazacaqdım. Amerika müsahibələrim və reportajlarım bitən kimi, təbii. Çünki jurnalistikanın qayda-qanunlarına görə, reportaj və müsahibələrində jurnalist mövqeyini bildirə bilmirsən. Təsvir, suallar, uzaqbaşı təəssüratlar. Amma o cür fərqliliklər diyarının 4 şəhərini dolaşandan sonra turist, jurnalist... kimi baxışlarını yazmadan olmaz...
Bir ölkə düşünün... Hansı şəhərinə getsən, təcrübə üçün mərkəzində dayansan, bir dəqiqə ərzində yanından 50-yə yaxın millətin nümayəndəsi keçir. Səni təyyarədən gözübağlı şəkildə şəhərin mərkəzinə qoysalar, ətrafındakı insanların danışıqlarından harada olduğunu müəyyənləşdirə bilməzsən. Nyu Yorkun Tayms meydanında daha çox bu hissə qapılırsan - mən eyni vaxtda yanımda ingilis, rus, türk, çin... dilində danışan nə qədər adam gördüm. Turistik şəhərdir, doğru. Amma ətrafımdakıların heç də hamısı turist deyildi. Fürsətlər ölkəsi, macəralar diyarı hamıya eyni şərtləri təqdim edir. Avropadan fərqli olaraq, burda sənə yabançı olduğunu hiss etdirmirlər, sən özünü “başqasının boşqabındakı” kimi görmürsən. Əlində heç bir peşən, sənətin olmasa belə, bir neçə saatın içində burada özünə iş tapa bilərsən. Ölüsü qabyuyan. Saatı 10-15 dollardan başlayan sıradan işlər. Hansından ki, Amerikada yaşamağa başlayan hər kəs keçib. Hətta varlı ailələr belə zaman-zaman övladlarını pul qazanmaq, əməyə öyrətmək üçün bu cür işlərə yönləndirirlər.
Kim deyir ki, amerikanlar və ya Amerikada yaşayanlar soyuq xarakterli, insana yardım etməyi sevməyənlərdir? 10 günlük səfərim boyu dəfələrlə ciddi yardıma ehtiyacım oldu. Bir neçə dəfə gəzintiyə çıxıb, yolu itirdim, məsələn. Kimə yaxınlaşdımsa, yardım etdi, yol göstərdi. Hətta birində Tayms meydanından hotelə gedən yolu itirmişdim, bir qadın əlimdəki hotel kartını alıb, yoldakı hər kəsdən soruşaraq, məni hotelə qədər ötürdü.
Xeyli də məsafə idi, yolunun üstü deyildi, məni mənzil başına çatdırandan sonra o qədər məsafəni geri qayıdacaqdı. Daha birində isə təyyarədə yemək almalı olsam da, üstümdə ancaq nağd pulum vardı. Təyyarədə ödəmə isə kartla idi. Ac idim, yemək almalı idim, nağd pulumu geri qaytardılar. Yanımdakı cavan qız kartını uzatdı, yeməyimi aldı. Nağd pulu ona ödəyəndə “pulunuz azdırsa, qalsın” dedi... İnsan həyatı boyu gördüyü bir çox simaları unuda bilir, amma o amerikan qadınla qızın simasını çətin ki, yaddan çıxararam.
Getmədən öncə bir çox dostlar xəbərdarlıq etmişdi ki, Amerikanı görmək dünyanın yeni üzünü görmək kimidir. Sən sanki yeni bir mərhələyə qədəm qoyursan, amerikanların təbirincə desək, level (mərhələ) adlayırsan. Fərqli dünya görürsən sanki. Dinamizmi, energetikası, şarmı, ədası... ilə yeni ölkə. Üstəlik, fürsətlərlə dolu bir dünya.
Və ən önəmlisi. Bu günə qədər Avropada yaşayan mühacirlərlə bağlı əldə etdiyim təəssüratlardan fərqli təəssürat. Amerikalı azərbaycanlıların gözündə görməyə alışdığım klassik qürbətçi kədəri zəif idi. Daha bir əmin, daha bir qətiyyətli, daha bir... Cəmiyyət onları özününkü kimi qəbul etdiyi üçün onların da ayaqda dayanma imkanları güclənmişdi sanki. Hətta öz ölkəsində yüksək statusda olub, orada sıfırdan başlamağa məcbur olanların içində belə bir ciddi əminlik vardı - belə olmalıdır, hamı bu yoldan keçir, mən də keçəcəm. Üstəlik, bunu aşağılayıcı bir status, nəsnə kimi də qəbul etmirlər. Çünki bu cəmiyyət daha öncə onlar kimi milyonlarla insana məhz bu cür qapı açıb, yol göstərib. Prinsip budur - millətimin dilini öyrən, qaydalarıma uyğunlaş, burada istədiyin qədər yaşa.
Bəli, Amerika Avropa ölkələri kimi miqranta müavinət, sosial güzəştlər vermir. Bəli, gələni düşərgələrə yerləşdirib, sonra ciddi, iki-üç mərhələli, istintaqı xatırladan sorğu-sual mərhələsindən keçirmir. Sadəcə, qabiliyyət və imkanlarına görə şərtlərini təqdim edir. Özləri də bu şüarı əldə bayraq edirlər: Amerika müftəxorların ölkəsi deyil! Yəni onlar minilliklər boyu qurub, qoruduqları demokratik dəyərlər sisteminə kimisə sırf rahat yaşamaq istəyinə görə yamaq etmək istəmirlər. Ona görə də Amerika bir çox hallarda Suriyadan, ərəb ölkələrindən gələnlərin tərcihinə çevrilmir. Etiraf edək, heç azərbaycanlılar da Amerikanı mühacirət üçün favorit ölkələr siyahısına daxil etmirlər. Bəli, Tramp Amerikası gözəl olsa da, gələnlərə rahat və qayğısız həyatdan daha çox, bir tramplində yüksəlmə üçün sadəcə şans verir. İkinci həyat, hər şeyi sıfırdan başlama imkanı və... yaşıl işıqlar...
Sevinc Telmanqızı