Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Avropada arvad döymək...

Tarix:30-03-2017, 13:56 Baxış Sayı:239

Avropada arvad döymək...

Jurnalist hər yerdə və hər zaman jurnalistdir, Alyaskaya getsə də, Yeni Zelandiyaya varsa da, gecə saat 2-də də, səhər saat 6-da da. Bir az həkimlər də elədir. Əsl həkim ehtiyac olanda gəmidə də həkimlik edəcək, təyyarədə də, çölün düzündə də - həm də günün istənilən saatında.


Bu baxımdan qəssabların işi yaxşıdır, getdikləri yerlərdə qəssablıq etmək zorunda deyillər. Heç polislər də hansısa xarici ölkədə olanda ictimai asayişi qorumaq fikrinə düşmürlər, mülki libasda asudə gəzib dolaşırlar. 
Jurnalistin asudə gəzib dolaşması isə praktiki olaraq, mümkün deyil. Gözü informasiya axtaracaq, gördüklərini analiz edəcək, nəyin yazıya gəldiyini, hansı detalın ictimaiyyət üçün maraqlı olduğunu beyninin süzgəcindən keçirəcək və o, əsl jurnalistdirsə, ilk fürsətdə bunları yazacaq.


Keçmiş əməkdaşımız Almaniyada mühacirlər üçün təşkil edilmiş kampda gördüklərini, təəssüratlarını yazıb. Düzdür, o bunu məqalə şəklində yazıb qəzetə və ya sayta göndərməyib, amma elə məqalə boyda status yazıb və sosial şəbəkədə paylaşıb. 
Maraqlı təəssüratlardır. Hərçənd o qeydlərin içində bir az feminizm, daha dəqiqi, “kişi düşmənçilyi” deyilən bir şey də var, amma gerçəklik budur ki, xanım gördüklərini yazıb.


Qeydlərin əsas məzmunu ondan ibarətdir ki, buradan basa-basa Almaniyaya gedən, guya öncül Avropaya inteqrasiya olunmaq istəyən bizim kişilər başqa millətlərin nümayəndələrinin gözü qarşısında basıb arvadlarını döyürlər, səslərini başlarına atıb qışqırırlar, hamı dil kurslarına getdiyi vaxt bunlar bir küncdə dayanıb qeybətləşirlər, ya da futbol oynayırlar. 
Uzun sözün kəsəsi, adamlar özlərini Yasamalın, Keşlənin, Papaninin, Montinin dar-düdük, yastı-yapalaq məhəllələrində necə aparırlarsa, gedib Avropanın göbəyində də elə aparırlar və bu durum jurnalistin təəssüfünə, eləcə də hiddətinə səbəb olur. 
O gün başqa bir jurnalist də Almaniyadakı başqa qaçqın düşərgəsindən yazmışdı. İntəhası, onun qeydləri milli mənafe baxımından bir qədər ürəkaçan idi. Qardaş yazırdı ki, bu şəhərdəki gürcülər oğurluqda, ermənilər isə fırıldaqçılıqda ad çıxarıblar. Onun yazdığına görə, hələlik bizimkilər ad çıxarmağa macal tapmayıblar. Amma təbii ki, belə getməz, qoy bizimkilər bir az özlərinə yer eləsinlər, almanlara 10 il işlədilmiş “Mersedes”i təzə adıyla satmasalar, nə deyirsiz, deyin. Ticarət də bizim işimiz.


Bu heç. Bunlar olacaq. Yaşayış uğrunda mübarizədir, neyləmək olar. Məcburuq dünyayla ayaqlaşaq, Avropaya inteqrasiya olunaq. Zarafat deyil, 1 milyon qaçqın-köçkünümüz var, torpağımızın da 20 faizi işğal olunub.


Amma burdan basa-basa gedib Avropada arvad-uşaq döymək nədir, a kişi? Bunu öz ölkəndə döyə bilmirdin ki? Yox, burdakı eşşəkliyi gedib Avropada da edəcəksənsə, nə işin var orda, gərək millətin adını batırasan?


Bunlar, əlbəttə ki, ritorik suallardır, xüsusi cavaba ehtiyacı yoxdur. Hamımız da bu cavabların nədən ibarət olduğunu bilirik.
Bizimkilərin bu işi iranlıların, ərəblərin Avropanın meqapolislərinə yerləşdikdən sonra qızlarına zorla hicab geydirmələri kimi bir şeydir. Yəni qaynayıb-qarışmalı olduğu cəmiyyətdə özü üçün ayrıcalıq, təcridolunma təşkil edəcəksənsə, atıla-atıla ora getməyin mənası yoxdur, eyni şərait öz ölkəndə də var.


Əksinə, öz ölkəndə sərbəstcə döyə biləcəyin arvadı Avropada ürəkdən tikan çıxacaq şəkildə döyə bilməzsən. Bunun üstü açılanda adamın başına oyun açırlar. Hətta elə azərbaycanlı olub ki, qanmazlıq edərək yeniyetmə övladına əl qaldırıb, aidiyyatı qurumlardan tökülüşüb gəliblər, övladı ailədən alıblar. Kişi “uşaq mənimdir əgər, döyərəm, özüm bilərəm” ritorikasına başlamaq, demaqoqluq etmək istəyib, amma məmurlar ona təpiniblər, deyiblər, elə eləmə, səni bu ölkədən deportasiya etdirək. O da susub oturub yerində.


Bu baxımdan, uzaq-uzaq ellərdə adımızı, ünvanımızı tanıdan həmvətənlər gərək bir az ağıllı olsunlar ki, almanlar “bu vəhşilər hardan gəlib” deməsinlər.


Bir də burdan daşlanıb o uzaq ellərə getməzdən öncə fikirləşmək lazımdır ki, Avropaya getməklə avropalı ola biləcəklərmi. Ola bilməyəcəksənsə, əbəs yerə zəhmət və xərc çəkib getmə. Gedirsənsə, zəhmət və əziyyət çəkib avropalı ol, dil öyrən, cəmiyyətə qarış. Qoy bir gün də övladının haqqında “Azərbaycan əsilli deputat nazir təyin edildi” xəbəri çıxsın. Yoxsa “filankəsi arvad-uşağını döydüyü üçün ölkədən deportasiya ediblər” xəbəri ilə qürur duymaq mümkün deyil.

Samir Sarı

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL