Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Cənubi Osetiyadakı 9 aprel “prezident seçkiləri”nə Amerikadan verilən birmənalı reaksiyanı gördünüzmü? Dövlət Departamenti bəyan etdi ki, “Bizim Cənubi Osetiya və Abxaziya ilə bağlı mövqeyimiz aydın və daimidir. Bu regionlar Gürcüstanın ayrılmaz tərkib hissəsidir”. Həsəd aparmayaq, bəs, neyləyək?
Bu ilin fevralında Qarabağdakı erməni separatçıları da “konstitusiya dəyişikliklikləri” ilə bağlı “referendum” keçirdilər, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta mətbuata dedi ki, onun ölkəsi “dünyanın digər dövlətləri kimi Dağlıq Qarabağın müstəqilliyini tanımır”... Vəssalam.
Bəs, hanı “Dağlıq Qarabağ daxil olmaqla işğal altındakı torpaqlar Azərbaycanın ayrılmaz hissəsidir” kimi qəti mövqe? Necə olur Gürcüstan ərazisi haqqında Dövlət Departamenti səviyyəsində belə qəti mövqe qoyulur, amma Azərbaycana gələndə...
Dağlıq Qarabağı heç Ermənistanın özü “müstəqil dövlət” olaraq tanımır, o ki, ola başqası. Bu mənada Amerika diplomatının minnətli açıqlaması hər bir Azərbaycan vətəndaşını xəyal qırıqlığına uğradır. Bunun ardınca diplomatik korpus işğaldan azad edilmiş Cocuq Mərcanlıya gedəndə, erməni vəhşiliklərini gözləri ilə görəndə də Vaşinqtonun böyükelçisi onlara qoşulmamışdı.
Bu bəyanat yadınızdadırmı? “Cənab Tramp Rusiyanın Krımı Ukraynaya geri qaytarmasını gözləyir”. Fevralda Ağ Evin mətbuat katibi Sin Spayser demişdi, Qarabağ separatçılarının “referendum”u ərəfəsində. Ancaq Qarabağ separatçılarını “unutmuşdu”.
ABŞ-ın dövlət katibi Reks Tillerson də bəyan etmişdi ki, “Krım Ukraynaya qaytarılmayanadək Rusiyaya qarşı sanksiyaları geri götürməyəcək”. Olsun, işğal, təcavüzə qarşı istənilən qərarı Azərbaycan da müdafiə edir. Ancaq biz Rusiyaya qarşı da deyil, Ermənistana qarşı sanksiyaları gözləyirik. Niyə ABŞ bu istiqamətdə addım atmır, Sərkisyandanmı qorxur, ya erməni lobbisi qarşısında gözükölgəlidir?
Ağ Ev Rusiya boyda nəhənglə sanksiya dilində danışır Krıma görə. Amma Ermənistana “işğalçı” demir, ona sanksiya tətbiq etmir. Əksinə, gecəgörmə cihazları göndərir ki, Azərbaycan əsgəri torpağını azad etmək üçün əməliyyat keçirəndə qarşısı alınsın!
On illərdir ki, ABŞ Ermənistanın əvəzinə Azərbaycana qarşı təzyiq siyasəti yürüdür, 907-ci düzəlişi dondurub saxlayıb, dondurulmuş Qarabağ münaqişəsi kimi... 1992-ci ilin uğurlu Ağdərə əməliyyatından sonra ABŞ ədalətli mövqe tutsa, ermənilərə “humanitar” adı altında milyonlarla ölçülən dəstək əvəzinə, işğalçıya sanksiya tətbiq etsəydi, indi çoxdan həll olunmuşdu Qarabağ məsələsi.
Hər yerdə Moskva ilə “döyüşən” Vaşinqton yalnız Qarabağ məsələsində onunla anlaşdı. Azərbaycan ərazilərinə qəsd etmiş ordunun rəhbərliyi ilə birgə bizim taleyimizlə oynadılar.
Tramp onun qələbəsinə şübhə edənlərə etiraz hüququnu belə tanımadı, əzdi. Ancaq Ağ Ev Administrasiyası Azərbaycana deyir daha onilliklər torpağındakı terrorçulara döz! Hansı ki, Qarabağdakı canilərin suriyadakılardan heç bir fərqi yoxdur. Bako Saakyan da “kiçik bəşər əsəd”dir. Qarabağdakı separatçılar da uşaq qatilləridir, kimyəvi silahdan da istifadə ediblər zaman-zaman. Onlar da girov saxlayır - Dilqəmi, Şahbazı. Amma Amerika səfiri Qarabağa gələndə onların halını belə soruşmur.
Qarabağ separatçıları təkcə mədənlərdə qul kimi işlətdiyi əsir-girov azərbaycanlıları yox, elə erməniləri də girov saxlayır 26 ildir. Bu yaxınlarda Qarabağa qanunsuz gəlmiş belçikalı deputat Azərbaycanın Belçikadakı səfirinə məktubunda yazıb ki, Qarabağdakı erməni anaları ilə görüşüb, “onlar müharibə istəmir”.
Bizim buna şübhəmiz yoxdur. Erməni niyə özgə torpağında öz məhvinə razı olsun ki? Söhbət Qarabağdakı canilərdən gedir, onların dərsi verilməlidir, nəhayət!
Tramp günün birində antiterror koalisiyasındakı müttəfiqinə - Azərbaycana Qarabağdakı hərbi obyektlərə zərbələr endirmək üçün razılığını versə, məsələ qısa müddətdə bitərdi. Amma “aprel döyüşləri” zamanı Bakıya davamlı zənglər gəlirdi Amerikadan. Tiflisə, Kiyevə, hətta rusmeyilli Kişinyova görə Moskva ilə döyüşən Vaşinqton Ermənistanı xilas üçün çalışırdı.
Rusiyanı addımbaşı təhdid edən ABŞ rəsmiləri niyə bircə dəfə BMT Təhlükəsizlik Şurasının Azərbaycan əraziləri ilə bağlı 4 qətnaməsini xatırladıb Ermənistana xəbərdarlıq etmir? Bəlkə yaxınlarda eşidəcəyik, kim bilir. Amerika liderinin bir kəlməsi yetər. Ondan sonra nə ATƏT-ə, nə “matət”ə ehtiyac qalmayacaq... Sadəcə, “Qarabağın geri qaytarılmasını gözləyirəm” desə, bəsdir...