Anons

Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Qala bilməyənlərin gedişi

Tarix:12-04-2017, 13:30 Baxış Sayı:267

Qala bilməyənlərin gedişi

Bizim məhəllədə bir köhnə hərəkatçı var, vaxtilə milli-azadlıq hərəkatının fəallarından olub, AXC üzvü kimi fəaliyyət göstərib, sonradan təşkilat qəlpələnəndə heç bir partiyaya daxil olmayıb, “köhnə cəbhəçi” statusunda qalıb.


Onun yaşı 60-65 civarında olar, daimi işi-gücü olana oxşamır, amma hər səhər saat 8-də onu çoxmərtəbəli binalarn ortaq həyətindəki talvarın skamyasında oturub hava alan görürəm. Adam köhnə kişilər kimi, səhər açılanda evdən çıxır. 
O, məni tanıyır, dəfələrlə qısa sürən söhbətlər də etmişik. Əlini dünyadan üzmüş, bütün ambisiyalarından vaz keçmiş adamdır, mənə də yalnız “bu dünyanın, ölkənin axırı necə olacaq” deyə sual verir, ümidverici cavablar almaq istəyir. 
Axırıncı dəfə o, bu gün (yazının yazıldığı gün) əvvəlcə ölkənin, sonra da fəallaşmaq istəyən müxalifətin durumunu xəbər aldı, “nəsə bir ümid varmı” deyə soruşdu.


Belə durumlarda adam çalışır ki, həm pafoslu yalanlar (“hər şey yaxşı olacaq”, “az qalıb, bizimkilər gəlir”, “bunların dayağı-zadı qalmayıb, qaçırlar” və s.) danışıb özünü etibardan salmasın. Ancaq adamların ümidini qırmağın da düzgün olmadığını anlayırsan.


Çünki böyük filosof Konfutsi demişkən, yeganə varidatı ümid olan insanlar var və onu da onların əlindən almaq olmaz. 
Bu köhnə hərəkatçı da həmin adamlardan biridir. Ümid onun yeganə və tükənməyən mənəvi qidasıdır.


Ona görə də mən az qala bütün gəncliyini gah fəal iştirakçı, gah da qatı azarkeş kimi siyasi mübarizədə keçirmiş bu hərəkatçıya durumu olduğu kimi anlatmağa çalışdım - nə son ümidini qırdım, nə yalandan ümid verdim, dedim, çətindir, bəy, çətindir. Acı-acı köks ötürdü, daha heç nə demədi.


Bu adam gənc olsaydı, yaşı indikindən 30 il az olsaydı, bilirsinizmi, nə edərdi? Çamadanını qablayardı. 
Hara gedərdi? Ayağı hara aparardısa, ora, gümanı hara gələrdisə, o yerə yollanardı. Maqadanda yaşayan uşaqlıq dostunun yanına gedərdi, Arxangelskdə alver edən əsgərlik yoldaşına pənah aparardı, Ukraynada başını dolandıran qohumunun üstünə gedərdi, Almaniyaya sığınmış hərəkat yoldaşına sığınardı.


Bu gedənlər də ona görə gedirlər, son paltarlarını çamadanlara, son ümidlərini ürəklərinə qablaşdırıb gedirlər. Hər cür yola əl atırlar, saxta sənəd düzəltməyə də qol qoyurlar - təki bu ölkəni tərk edə bilsinlər.


Onlar məhəllə talvarında oturaraq ümidsiz baxışlarla kimlərdənsə ümidverici sözlər eşidərək müvəqqəti ovunmağa təhəmmül edə bilmirlər, anlayırlar ki, oturub gözləməklə, ömürlərinin ən yaxşı illərini mənasız intriqalara, boş gözləntilərə sərf etməklə heç nə olmayacaq.


Onlar yaşadıqları ölkəni dəyişdirməyə, onu daha da yaxşı etməyə güclərinin çatmadığını bilirlər və gücləri ölkə dəyişməyə, cəlayi-vətən olmağa çatır.


Budur, neçə vaxtdır, bu ölkədə “Avropaya sığınanlar”, “saxta mühacirlər” söhbəti bitmir. Bu tezliklə bitməyəcək də. 
Çünki ölkədən getmək tendensiyası güclüdür. Həm də gedənlərin bir xeylisi heç də siyasi mühacir kimi getmir, ailə quranlar var, əmək miqrantları var, “yaşıl kart”la gedənlər var və s.


Bu axının qarşısını nə təbliğat-təşviqatla (“gedənlərin heç də hamısı ağ günə çıxmır”-filan), nə də inzibati resurslarla (vətəndaşlıqdan məhrum etmək və s.) almaq mümkün deyil.


Bəziləri ölkədən gedənləri nəzərdə tutaraq “cəmiyyət öz tör-töküntülərindən təmizlənir” deyə rəy bildirirlər, bu da yanlışdır. Gedənlərin içində yüksək intellektə və ixtisasa sahib olan alimlər, mütəxəssislər də var. Sabah onların övladları beynəlxalq səviyyədə bir uğur qazananda (vaxtaşırı elə xəbərlər də gəlir) həmin fikrin necə yanlş olduğu bariz şəkildə ortaya çıxacaq. 
Ölkə elə olmalıdır ki, insanları, həm də vətənsevər insanları özündən kənara itələməsin, əksinə, başqaları üçün də cazibədar olsun.


Ölkə elə olmalıdır ki, ömrünü millətin, ölkənin mənafeyi yolunda əritmiş insanlar ahıl çağlarında talvar skamyasında oturub gözlərindəki sonuncu ümid işartılarını qoruyub saxlamaq üçün başqalarından “bu işlərin axırı necə olacaq, yəni heç ümid yoxdurmu” deyə soruşmasınlar.


Ölkə elə olmalıdır ki, viza düzəldən ofislərin qəbul otağında vətəni birdəfəlik tərk etmək istəyənlərdən ibarət növbələr olmasın.

Xalid Kazımlı

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL