Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Ölümləri yığmaq vaxtıdır

Tarix:1-05-2017, 14:08 Baxış Sayı:237

Ölümləri yığmaq vaxtıdır

İlham Hüseyn

 

Dedilər, danışdılar, göstərdilər və Azərbaycanı həqiqətən də “analoqsuz” etdilər. Əslində, hökumət başlanğıcdan haqlı idi. “Azərbaycanın öz yolu var”, “Biz dünyaya yeni model göstəririk”, “Azərbaycan standartları mövcuddur” deyəndə, bu sözləri qəribçiliyə saldıq. Amma hökumət çox səmimi imiş və dediyinin üstündə durdu.
İndi Azərbaycan “ölüm adası”na çevrilib. Hökumət isə bunu “sabitlik adası” kimi “qeydiyyat”dan keçirib. Avropa Oyunları, Formula-1, İslam Həmrəyliti Oyunları öz yerində, biz uzun illərdi ki, “ölüm oyunları”na ev sahibliyi edirik. Həm də bu oyunların iştirakçısı da, qalibi də, qonağı da, məğlubu da özümüzük.
Hər səhər yuxudan oyananda üzümüzə səhərin mehi əvəzinə, ölümün küləyi dəyir. Gah siyasi məhbusun müəmmalı şəkildə intihar etdiyini, gah yaşlı kişinin özünü şalvarının kəmərindən asdığını, gah da hansısa oğlanın mələfə ilə özünü boğduğunu görürük. Hökumət “inkişaf”la, vətəndaş intiharla gündəm yaradır. Əslində, bu ölkədə hamı potensial intiharçıdır. Bu ölkədə bütün ölümləri qətl kimi qiymətləndirmək olar. Bu ölkədə hansısa harın məmur itinə toy eləyir və bu harınların sayəsində vətəndaşa toy tutulur. Ələdilər, seçdilər, qərar verdilər və “ən ucuz canlı” nominasiyasında vətəndaş qalib gəldi.
Bəli, bu ölkənin insanları məğlubiyyətin qalibidilər. Bu ölkənin insanları 24 ildir nağıla qulaq asır və göydən 3 alma düşmür. Əvəzində, nağıl danışanlar göydən ölüm tökürlər. Hündürmərtəbəli binadan, körpüdən, həbsxanadan, xəstəxənadan, təhsil ocağından ölüm tökülür. Taleyimizin qara buludlarından ölüm yağır.
Artıq xeyli müddətdir ki, can şirinliyini itirib. Bizim ölkəmizdə ölüm candan şirin olub. Ümidi şikəst ediblər, arzunu qandallayıblar və ölüm üçün münbit şərait yaranıb.
Hərənin bir prinsipi var. Bizim hökumətimizin prinsiplərinə də yaşatmaq yaddır. Bunlar yaşatmaq üçün ixtisaslaşmayıblar, yalnız ölümə stimul verə bilirlər.
Bu ölkədə baş verənlər neftin qiymətiylə bağlı deyil. Heç hansısa böhranın yaratdığı eybəcərlik də deyil. Guya, neftin qiyməti 120 dollar olanda vətəndaş cənnət həzzi yaşayırdı? Yaxud, inkişafımız sürət götürəndə vətəndaş böhranla vidalaşmışdı?
Əlbəttə ki, yox. Bu ölkədəki böhran da, səfalət də, intihar dalğası da ölkəni idarə edənlərin mahiyyətindən doğur. Siyasi məhbusun ölümü bir dəhşət, onun gizli dəfn olunması başqa dəhşətdir. Yenə də aydın görünür ki, baş verənlərin arxasında siyasi iradə dayanır. Bütün bu eybəcərliklər iyrənc sifarişlərdən doğur.
Sanki, bu ölkənin insanlarına ölüm diaqnozu qoyulub və hamı öz növbəsini gözləyir. Amma belə olmamalıdır, vətəndaşı ölümlə müalicə etmək olmaz, ölkəni ölümün ixtiyarına buraxmaq yanlışdır. Nə vaxta qədər başımıza yağan ölümlərlə islanacağıq?
Bu dəhşətli tendensiyanı dayandırmaq lazımdır. Ölümə də, ölüm himayədarlarına da müqavimət göstərmək lazımdır. Hər gün ölkəmizə dolu kimi yağan ölümləri yığmaq vaxtıdır. Bu ölümləri yığıb, ölüm gətirənlərin bağına çırpmaq lazımdır.
Özümüzü ölümlə yox, mübarizəylə, ümidlə, inamla müalicə etməliyik. Başımızda yaşatmaq missiyasını daşıyanlar dayanmalıdır ki, başımıza ölüm yağmasın.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL