29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Hər dəfə belə xəbər yayılanda məmləkət əhlinin xeyli hissəsi sarsılır, şok keçirir, söyüb-söylənir, asır-kəsir. Bir xeylisi də ritorik sual verir: “Yəni belə şey olarmı? Adam da vətəni düşmənə sata bilərmi”?
Bu sualı verənlərin tam əksəriyyəti elə bir variantı ağlına yerləşdirə bilməyənlərdir, onlar heç cür qavraya bilmirlər ki, sırf azərbaycanlı olduğun üçün səni öldürməyə, zorlamağa hazır olan, evini yağmalayıb yandıran, kəndini, şəhərini bayquşlar ulayan xarabazara çevirən düşmənə vətəni necə satmaq olar.
Hərçənd o cür deyən, “vətən” deyəndə beşi də ağzından düşən adamların içində az-az olsa da vətəni satmağa hazır olanlar da ola bilər, bu cür sual qoymaları da sırf maskalanmaq üçündür, durub deməyəcəklər ki, təbiidir, vətəni düşmənə satmaq olar.
Əslində məsələ belədir ki, vətəni nəinki düşmənə, heç dosta da satmaq olmaz. Hansısa özünü dost göstərən yaxın-uzaq dövlətin xüsusi xidmət orqanları və ya qeyri-hökumət təşkilatları adamdan vətəni satmasını (əslində “al pulu, vətəni mənə sat” deyən olmur, burada ritorika başqadır), ona işləməsini istəyirsə, buna görə qrant (pul) verirsə, başqa şeylərlə şirnikləndirirsə, demək, onun məkrli niyyəti var və o, bütövlükdə bu millətə, dövlətə düşməndir.
Yoxsa ölkəmizdə bəzi fəallarda belə bir qənaət var ki, erməni pıxıdır, amma rus xoroşodur, İran xubdur, Türkiyə iyidir, Amerika fayndır, onlarla əməkdaşlıq etmək olar. Əməkdaşlıq da nə əməkdaşlıq, seçim qarşısında qalanda öz dövlətinin, xalqının mənafeyini qoyub, qonşu dövlətin maraqlarından çıxış etmək satqınlığın ta özüdür.
Pafoslu çıxacaqsa da, cəhənnəmə çıxsın, aqillər “öncə vətən” deyiblər.
Bu ölkənin camaatı doğma qardaşına maşın yolu üçün öz həyətindən 1 metr torpaq güzəştə getmir, amma əlində imkanı olanda (məsələn, bələdiyyə sədridirsə) dövlətin, xalqın, kəndin torpağını pay-pay, sot-sot satır. Belələri uf demədən bütöv kəndləri, rayonları, şəhərləri də satar - yetər ki, yaxşı pul verən olsun.
Bəs bu yekə-yekə dövlətlərin sirlərini düşmənlərinə satanlar kimlərdir? Əlbəttə ki, öz şəxsi rifahını, sərvətini, gələcəyini düşünən, daha varlı yaşamaq istəyən, “təki mən salim olum, cümlə-cahan batsa da, batsın” deyənlər. Satırlar, tutulmasalar, kef içində yaşayırlar, tutulsalar, hər şeylərini itirirlər.
Yazıçı Çingiz Abdullayev öz əsərlərində elə casusların, rus-sovet imperiyasına xəyanət edənlərin surətlərini yaradıb, birmənalı olaraq, hamısı, türkün sözü, kötü adamdır. Hamısının da başını axırda duzlayırlar.
Düzdür, deyilə bilər ki, hansısa ideologiyaya, bəşəri dəyərlərin təntənəsinə görə başqa dövlətlərə casusluq edənlər də olub, amma bu, boş söhbətdir. Həmin o, “bəşəri dəyərlər aşiqi”nin aylıq “qonorar”ı ikicə ay kəsilsə, görək, müftə xəbərlər ötürərdimi? Əlbəttə, ötürməzdi. Deyərdi, işləyirəm, denqi davay.
Bir azərbaycanlı casus da yüz il yüz ilə qala erməniyə pul-parasız işləməz. İstəyir ortada dünyanın, bəşər əhlinin xilas edilməsi kimi böyük və müqəddəs məqsəd olsun. Pulgir azərbaycanlı elə bir tipdir ki, dünyanın xilası əlində olsa, amma pul verilməsə, dünyanı dağılmaqdan xilas etməz, deyər, nəyimə lazımdır, qoy dağılsın, burda mənim xeyrim nədir ki, qoymayım.
Ona görə də ifşa olunmuş casuslara görə təsirlənməyə, depressiyaya düşməyə lüzum yoxdur. Biz də düşmənə işləyəsi casus yetişdirə biləcək qədər babat əclaflıq potensialı olan camaatıq. Papaq altında nə casuslar var hələ. Əllərində imkan olsa elə casusluq edərlər ki, Kim Filbi, Qordiyevski yanlarında yalan olar.
İndi kimsə deyə bilər ki, ermənilər belə şey eləməzdi. Elə deyil. Onlar da bal kimi casusluq eləyirlər. İfşa olunmaq qorxusu yarananda qaçıb keçirlər üzü bəri, 3-4 il qəşəng dincəlirlər, sonra da üçüncü ölkədən sığınacaq istəyib gedirlər. Hətta qalanlar da olur.
Hazırda qədirbilən xalqımız tələb edir ki, casuslarn adları açıqlansın, bilək. Bəlkə onların içində yaxın tanıdıqlarımız var, bilmirik?