Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Prezident Aparatı qatığı necə qaraldır?

Tarix:10-05-2017, 11:41 Baxış Sayı:214

Prezident Aparatı qatığı necə qaraldır?

Natiq Ədilov

Bəzən Əliyev rejiminin demokratiyadan və hər cürə mütərəqqi ideyalardan uzaq olduğunu əsaslandıran sanballı məqalələrlə rastlaşıram. Qarışdırmayaq, cari tənqidi məqalələri, açıqlamaları nəzərdə tutmuram.

Elə məqalələri deyirəm ki, onların müqəddəməsində Mesopatomiya, antik Roma mədəniyyəti, ortalarında Kant, Hegel kimi nəhənglər, yekununda isə Milton Friedman, Karl Popper, ölü yerindən Hayek bardaş qurub oturur. Bu cür məqalələri qətiyyən aşağı gözlə qiymətləndirmirəm. Sadəcə, müəlliflərin özlərinə belə yekə əziyyət verməsinə acıyıram. Allah bizi o qədər qarğıyıb ki, İlham Əliyevin Avropa standartlarına uyğun diktator, yaratdığı rejimin isə geridəqalmış, yalan və talana söykəndiyin sübut eləməkdən ötəri özümüzü Babilistana-filana vuraq?

Əlimizin altında faktlar qaynayır. Onlar qalırkən mürdikləri, qədim və müasir sivilzasiyanın fundamental elementlərin narahat etmək rəva deyil. Bu, həmçinin müəllifin də öz potensialına, kalorisinə israfla yanaşmasıdır. Ehtiyac yoxdu belə məcaraçılığa.

Rəsmi mətbuat orqanlarına ara-bir göz atmaq kifayətdi ki, yuxarıda göstərdiyim problem istənilən tənqidçi müəllifdən uzaq olsun. Bizim rəsmi mətbuat müxalif yazar üçün mövzusuzluğa qarşı peyvənd kimi bir şeydi. Bircə nümunə ilə yazdıqlarımı əsaslandırım. İki faktı xatırlayaq.

BirBarak Obama. Yəqin, unutmamısınız, bu qaradərili cənab 2009-cu ilin yanvarından, bu ilin yanvarınadək ABŞ-ın prezidenti olub. İli bir daha vurğulayaq, lazım gələcək; 2009-2017!

İki: “Xalq qəzeti”. Bu qəzet Azərbaycan Prezident Administrasiyasının mətbu orqanıdı. Rəsmi!

İndi isə 2015-in aprelində “Xalq qəzeti”ndə gedən məqalədən oxuyuruq: ABŞ-da bu gün təhsil sahəsində də ayrı-seçkilik açıq şəkildə özünü büruzə verir.  Bu ölkədə ağdərili irqin daşıyıcılarının hüquqları daha yüksək səviyyədə qorunur. Bu ölkədə hələ də hesab edirlər ki, “qaradərililər Darvin nəzəriyyəsinin məhsulları”dır.

Göbbels yəqin, gorunda qovrulur ki, bu cür qara yalanı yazmaq hünəri gəstərən müəllifdən o zaman niyə məhrum olub. Qaradərili Barak Obamanın Amerikada prezident olduğu günlərdə insanlar çox rahatlıqla çayxanada, toyda, yox Prezident Aparatının rəsmi nəşrində iddia edirlər ki, ABŞ-da irqi ayrı-seçkilik yüksək səviyyədədir.

Bu rəsmi siyasətdir və bu siyasəti aparan adamların aşkar yalançılığını ifşa eləmək üçün xüsusi bacarığa, dərin təhlil məşəqqətlərinə ehtiyac qalmır.

Hərçənd, bəndəniz bu gün də tərəddüd içindədir ki, görəsən ana vətəndə boğazımıza ilişib qalan rejimin xalqa, bəşəriyyətə ziyandan başqa heç nə vermək həvəsində və bacarığında olmadığını sübüt eləməyə, deməyə ehtiyac qalıb, ya yox?!

PS. İl olub 2017, 2015-in yazısı ilə nə işin, soruşacaqsınızsa, cavabım. Heç bir xüsusi işim yoxdu. Rəsmi təbliğat orqanlarındakı məqalələrin aşağı-yuxarı hamısı ilindən, hətta əsrindən asılı olmayaraq, xırda istisna ilə eynidir. Bu məqalə də təsadüfən qarşıma çıxıb.

Müsəlman qaçqınlar niyə Azərbaycana gəlmir?

İlham Əliyev və onun “tutuquşu”larının son çağlar tez-tez işlətdiyi bir fikir var. “Qərbdə islamofobiya hökm sürür. Müsəlmanlardan Avropalıların zəhləsi gedir. Elə bu səbəbdən də Azərbaycana qarşı gizli bir qərb düşmənşiliyi var. Qərblilər müsəlman dövlət olan Azərbaycanın inkişafın, qüdrətli bir dövlətə çevirilməsin sinirə bilmir.

Sual yaranır: Belədirsə, nə üçün Yaxın Şərqdəki müharibələrdə əsir-yesir olan Məhəmməd ümməti  Can Azərbaycana yox, onlara yuxarıdan aşağı baxan, donuz əti yeyən kafərlərə pənah aparır?!!

Suriya, İraq qaçqınları bu gün təkcə Avropada deyil. Onlar Rusiya, Ukrayna, Ermənistanda da var. Azərbaycanda isə yoxdu. Bu sadə fakt rəsmi təbliğatın həqiqətdən nə qədər uzaq olduğun göstərmir?

Nə üçün suriyalı, iraqlı qaçqınları qəbul eləmək istəyin ölkə rəsmiləri bir dəfə də dillərinə gətirmir?
Eşitmisiniz heç bu barədə bir kəlmə də olsa nəsə desinlər? Mən eşitməmişəm. Eşitdiyim “qaçqınkom” kolxozunun sədrinin yekəxanalıqla “Azərbaycan qaçqın-köçkün problemini həll etmək barədə öz təcrübəsini öyrətməyə hazırdır” kimi sərsəmlik olub.

 
Rəsmi “Xalq qəzetin”də dərc edilən məqalədən
скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL