Anons

Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Əliyevin sirli yolu

Tarix:15-05-2017, 15:12 Baxış Sayı:228

Əliyevin sirli yolu

Natiq Güləhmədoğlu

İlham Əliyevin son çıxışında (05.05.2017 tarixli) bir fikir diqqətimi çəkdi. Deyir: “bizim təşəbbüskarı olduğumuz layihələr bu gün Asiyanı Avropa ilə dəmir yolu vasitəsilə birləşdirir və artıq mənfəət gətirir, eyni zamanda, ölkələr arasında çox vacib əlaqə yaradır”.

Bizdən hər hansı dəmir yolu layihəsi sirr saxlanılmayıbsa İlham müəllim “Bakı- Tiflis-Qars” xəttini nəzərdə tutur. Qəribə burasıdır ki, bu xətt 7 ildir istifadəyə verilməli olduğu halda bəxti qara gəlib, heç cür işə düşmür ki, düşmür. Bu il yenə söz verdilər ki ilin axırında o xətlə qatarlar şərqdən qərbə, qərbdən şərqə şütüyəcək. Hələ ki şütümür. Bu isə o deməkdir ki, hələ zəhmətkeşlər rels çəkir, şpal döşəyir, yolları alaq otlarından təmizləyirlər. Yaxşı belədirsə və təkrar edirəm, geniş ictimaiyyətdən başqa hər hansı dəmir yolu layihəsi gizlin saxlanılmayıbsa, o zaman “qibleyi aləmin” açıqlamasın necə başa düşək?
İstifadətə verilməyən dəmir yolu necə mənfəət gətirir? Bəlkə, dəmir yolunun kağız üzərində açılışı olub və Cavid Qurbanov hər gün orda eşşəkarabalarla Çindən Macarıstana ipək daşıdır?! Niyə də yox, axı bir bu cürə tragikomediyaya bir qədər əvvəl rast gəlmişdik.Hansına?
Bir qədər geriyə boylanaq.
06 dekabr 2016 tarixində saytlarda belə bir xəbər oxudum: “ Bu günlərdə Litvada Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) xarici auditoriya üçün hazırladığı növbəti nəşr – «Bakı-Tbilisi-Qars dəmiryolu xətti: Gözləntilər və imkanlar» (Baku-Tbilisi-Kars Railroad: Future Opportunities and Prospects) kitabı geniş tirajla ingilisdilli oxuculara təqdim olunmuşdur”.

Mən ilk dəfə idi ki, SAM-da nəhəng strateqlərin oturduğuna şübhə eləmədim. Bahar gəlmədən gül kimi açmaq bu idi. Dəmir yolunun çəkilişi bitməyib, nə zaman bitəcəyi dumanlıdır, amma bizin strateqlər ondan kitab yazıb, geniş tirajla xaricilərə də yaya bilirlər. Həmin kitabı oxumaq bizə müyəssər olsa, kim bilir bəlkə İlham Əliyevin artıq dəmir yolunun qırmızı xəttini kəsən yerdə fotoların da görə bilərik.

***
BTQ-nin müqəddaratı necə olacaq, kimsə bilmir. Bu yöndə rəsmi açıqlamaları bir kənara buraxın. 7 ildə bu mövzuda bir-bir təkzib olunan 17 min söz deyiblər. Odur ki, mən indən sonra dövlət rəsmilərinin yox, hansısa münnəcimin BTQ-la bağlı proqnozuna daha çox güvənməyə tərəfdaram. Başı qəzetlərdə ulduz falı yazmağa qarışan münəccimlərimiz gərək vətəndaşlıq nümunəsi göstərib, bu tale yüklü məsələyə diqqət ayırsınlar. Ulduzlara baxıb, bizə ümidverici bir söz desinlər, ya da bildirsinlər ki, gözünüzü o xəttən çəkin, alınmadı. Həqiqət acı da olsa, biz dözərik!

2007-ci ildən Bakı-Tbilisi-Qars (BTQ) marşurutu üzrə dəmiryolu xətti çəkilir. Bu xəttin 76 kmi Türkiyə, 259 kmi Gürcüstan, 503 kmi isə Azərbaycan ərazisinə düşür.
Diqqət edin: Bakı-Tiflis dəmir yolunun Çar Rusiyası SIFIRdan başlayıb 4 ilə çəkib bitirib (1879-1883). Analoqsuz Azərbaycan, modern Türkiyə və Avropasayaq Gürcüstan isə 7 ildir Bakı-Tiflis- Qars dəmiryolun tikib istifadəyə verə bilmir ki, bilmir. Dövlət başçısı, onun nazirləri, qələmdaşıyanları çıxışlarında, kitablarında, qəzetlərində bu xətti istifadəyə versələr də, o yolla şərqdən=qərbə və tərsinə yük daşıyıb mənfəət də götürsələr də, reallıq belədir ki yol hələ işə düşməyib!
Külli miqdarda pul xərclənməsinə baxmayaraq. Səbəb? Bir səbəb bu ola bilər ki, pulu işə xərcləməyiblər.Qalanın da siz yazın.

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL