Anons

Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Siyasi anemiya

Tarix:17-05-2017, 14:53 Baxış Sayı:273

Siyasi anemiya

Yaxud bir azdan hamımız dəmir yığacağıq


Ölkənin ciddi krizis içində olması İslam Oyunlarında medal verilməsi sahəsində də deyəsən özünü göstərməkdədir. Dünən axşama Azərbaycan artıq 100 medala yaxın qazanmışdı. Əlvan metallarda defisit var, medalların xaricə çıxmasını istəmirik. Yoxsa necə olur, bundan qabaqkı islam oyununda cəmi 25 medal alırsan, indiki isə hələ yarı olmayıb, ancaq medalın yarıdan çoxu bizdədir?


Yeri gəlmişkən, bu turnirin rəsmi təqdimatında “Bakı-2017" sözünün daha çox vurğulanması diqqətimi çəkdi. Sanki yapistlər İslam Oyunları və üstəlik bunun 4-cü turnir olmasını deməkdən utanırlar. Misal üçün, Avropa Oyunlarının siftəsi bizdə olmuşdu deyə ”1-ci Avropa Oyunları" sözünü eşitməkdən qulağımıza yara düşmüşdü. Belə filoloji xırdaçılıqlar avtoritar sistemlərin köhnə xəstəliyidir.


Lütfi Zadənin adından yayılan növbəti mədhiyyəni - bu dəqiqə alim bəlkə də ancaq mələklərlə yazışır - oxuyarkən AMEA prezidenti Akif müəllimin idman uğurlarını xatırladım. Akif müəllim deyir ki, 70 ildir idmanla məşğuldur, bu isə onu gümrah saxlayır. Əhsən. Ancaq 7 gün də elmlə məşğul olsa dövlətçiliyimizə böyük fayda verərdi.


Rusiyada Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) adlı lobbi təşkilatımızın dövlət qeydiyyatının ləğvi də böhranın bir əlamətidir. Görünür daha şimaldan gələn emissarların çamadanını doldurmağa bir şey qalmayıbdır. Bizim Moskvada oturan lotular isə guya lobbi idilər. Biz Qarabağ savaşı gedən son 27 ildə o lobbidən heç yarımadıq. Millətin bir yaralı barmağına “çiş” eləmədilər. Tipik, orta statistik azərbaycanlılar Rusiyada ancaq “Xoşqədəm xanımın verilişinə düşməmək” və bacarıb rayonda dəmir talvarlı, içində it də yaşamayan boş binalar tikmək uğrunda can qoydular.


Bir şey də maraqlıdır ki, indi səfir Polad Bülbüloğlu lobbimizin rus sektorunda uzun illər apardığı məqsədyönlü parçalama siyasətindən həzz alırmı? Onu namizədliyini verdiyi YUNESKO-ya sədr qoysalar dünya mədəni irsini də bu kökə salmağa, misal üçün, muzeyləri və tarixi abidələri ləğv etməyi üzərinə götürürmü?


Elə MTN məhkəmə işində bir çox agentlərin adının açılması krizis kontekstində, prizmasında (özümü savadlı göstərirəm) baxılmalıdır. Daha dövlət sirlərini qorumağa pul çatmır. O cümlədən, işə yaramayan, köhnəlmiş agentləri xırıd eləmək məqamıdır. Hər təzə nazir təzə agentura yığmalıdır, əks halda dövlət arabası getməz. Oğurluq, quldurluq, bank soymaq, dükançı girov götürmək tipli dövlətçilik məsələlərinə etibarlı adamlarla getməlisən.


Mənə maraqlı gəldi ki, o agentlərin adının açılmasından agentlər və dövlətdən çox özünü müxalifətçi adlandıran bəzi köhnə hərəkatçılar narahat oldular. Sanki bir qorxuları vardır. Guya dövlət sarıdan narahat imişlər, deyirdilər, agentlərin adının açılması etibarsızlıq yaradır, sabah heç kim xəbər gətirməyəcək və sairə.


Kökündən yanlışdır. Birincisi, bu iş qanuni olmalıdır və agentlər müxalifətə, xalqa qarşı çirkin əməllərdə işlədilməməlidir. İkincisi, məxfi xidmət orqanları kimisə dinləmək, haqqında məlumat toplamaq işlərini ancaq məhkəmə qərarıyla (təcili olsa qərarı bir sutkada almaq şərtilə) etməlidir. QHT və media sektorunda hansı məxfi cinayətlər var ki? Məxfi cinayətlər, dövlət əleyhinə işləri biz adətən elə dövlət idarələrinin öz bətnindən çıxan görmüşük. Üçüncüsü, vətəndaş cinayət görsə bunu məxfi xidmətə, hüquq-mühafizə orqanına pulsuz çatdırmağa borcludur. Əgər ortada etibar, inam varsa. Misal üçün, Qərb ölkələrində vətəndaşlar dövlətə hər məlumatı özləri müftə ötürürlər, çünki dövləti yad mexanizm, hansısa sakral üstqurum kimi görmürlər, özlərinin yaratdığı, özlərinə aid ev kimi baxırlar. Xüsusi xidmətin agenti demokratik dövlətdə fəxr sayılır, bizdə isə töhmət. Fərq budur. Töhmət isə açıq olsa yaxşıdır.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL