Anons

Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Xainlərin sirki

Tarix:23-05-2017, 14:09 Baxış Sayı:234

Xainlərin sirki

“Satqın kimə deyilir?

Elə yalnız cəbhədə əlini qaldırana?
Bəli, yalnız cəbhədə əlini qaldırana!
Cahan - vuruş meydanı, biz əbədi cəbhədə...
Göz-gözədir cəbhədə, qeyrətli də, q...ə də".
(Xəlil Rza, “Milli satqın” şeirindən)


Hər şey eyni ssenari ilə getməkdədir. Bu kinonu bir dəfə gördüyümüzdən alpinistin dağa çıxa bilməyib, həlak olacağını da dəqiq bilirik. Alpinist söhbəti məşhur pritçadır. İki dost oturub filmə baxırlar, orda alpinist dağa çıxır. Biri deyir, zirvəni fəth edəcək, o biri deyir, yıxılacaq. Mərcləşirlər. Alpinist zirvəyə az qalmış yıxılıb, ölür. Uduzan pulu vermək istəyir. Udan almır, deyir, mərc vicdanla olmalıdır, mən isə bu filmə baxmışdım. Uduzan deyir, pulu götür, mən də baxmışdım. Udan heyrətlənir: “Finalı bilirdinsə, bəs niyə mərcə girmişdin?”. Uduzan deyir: “Ümid edirdim, bəlkə bu dəfə çıxdı”.


Kafkanın qəddarcasına təsvir elədiyi o cəza mexanizmi yenə də öz işindədir. Səni, sənin yaxınlarını, uzaqlarını - hər kəsi bir gündə “vətən xaini” elan edib öldürə bilərlər. Heç nə edə bilməzsən. Stalinin xiffətini çəkənlər üçün əsl cin-şəyatin balıdır. Buyurun, rəqs edin. “Troyka” sizin ardınızca gələnə qədər oynayın. Bu, kostyum adı deyil, bədnam sovet məhkəməsinin adıdır. Əslində bunun adı formal olaraq məhkəmə idi. Vəkil, apelyasiya-zad olmurdu. 3 nəfər hökm çıxarırdı, ya Sibirə, ya qəbirə gedirdin. Həmin üçlük yerli partiya komitəsi (oxu: YAP özəyinin sədri), prokuror və NKVD (polis və xüsusi xidmətin vəhdətindən ibarət qurum idi) nəfərindən düzəlirdi. Heç bir protokol, yazı-pozu da olmurdu. Qərarlar şifahi çıxarılırdı. Srağagün mən facebookda belə şifahi qərar oxudum: “Xainlər öldürülməlidir, bunun sorğu-sualı olmamalıdır”.


Əlbəttə. Özünə hörmət edən vətənin xaini mütləq olmalıdır. Kül o vətənin başına ki, ona kimsə xəyanət etmək istəmir. Bir növ, yelbeyin aşiqlərin əhvalatı kimi: “qısqanırsa, sevir”. 90-cı illərin ortalarında vətənin az qala yarısını xain çıxarıb zindana doldurmuşdular. O vaxt bu maddənin cinayət məcəlləsində nömrəsi 57 idi. İnsanlar 57 rəqəmindən necə qorxurdusa, mən mediaya açılmayan qapıları bir neçə dəfə bu cür açmışdım: “Siz KİV haqda qanunun 57-ci maddəsini pozursunuz”. Heç düşünən olmurdu ki, KİV haqda qanun cəmi 53 maddədir.
Sonra pullar gəldi, xainlər azaldı. Xəyanət bazarında tələb və təklif əyrisi ölçülərkən neft gəlirləri amili mütləq nəzərə alınmalıdır. Yenə kinodan sitat gətirsək, “acından belə eləyirlər”. Maddənin nömrəsi də dəyişdi, 274 oldu. İndi bu, o qədər tükürpədici rəqəm kimi görünmür. Dərs təzə başlayıb axı. Sonra əzbərləyəcəyik. Öyrəşəcəyik. Maddənin vətən sözünü də çıxarıb dövlət eləyiblər. Dövlətə xəyanət. Hə, axı vətən bir az poetik anlayışdır. Şairlər-zadlar üçündür. Dövlət daha kəskin, administrativ səslənir.


Şairlər demişkən, sovet hökuməti Yazıçılar Birliyi tipli yaltaq qurumları 1934-cü ildə yaratmağa başlamışdı. Kütləvi repressiyadan 2-3 il qabaq bunun zavodunu düzəltmək lazım idi. Yazıçılara ənam, əppək, kökə verib oyuncaq düzəltmək, sonra elə özlərini qəssabxana bıçağı altına itələmək üçün təşkilati iş vacib idi. Köhnənin qəssabı, oğrusu İosif Cuqaşvili belə ölüm mexanizmləri düzəltməyin sirlərini yaxşı öyrənmişdi. Qətllər səngiyəndə, artıq 50-ci illərin ortalarında SSRİ Yazıçılar Birliyinin sədri Fadeyev başına güllə sıxıb intihar eləmişdi. Dərd ondadır ki, bizimkilər arasında “fadeyevlər”, “mayakovskilər” də yoxdur. Qəssabxanamız da qısırdır. Maketdir. Axan da qan deyil, sanki qanın şəklidir.
Axı tarix həmişə faciə şəklində təkrarlanmır. Bəzən o, tragikomediya olur, bəzən isə hətta sirk.


Sözgəlişi, Amerikada 19-cu əsrdən qalma məşhur bir sirki srağagün bağladılar. Qazanc yox imiş. Üstəlik, heyvansevərlər məhkəmə iddiaları ilə bezdiribmişlər. Mən sirklərdən gələn spesifik heyvan qoxusunu - bunu heyvanların qorxusunun iyi adlandırıram - sevməsəm də həmin xəbəri kədərlə oxudum. Gör neçə kloun ac qalacaq...

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL