Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Rüşvət almaqda təqsirləndirilən şəxs qalıb qıraqda, rüşvət verməkdə adı çəkilən adam özünə əl qatıb və həmin iddianı irəli sürən şəxsi təhqir edir.
Söhbət milyarder Əlişir Usmanovdan, Rusiyanın baş naziri Dmitri Medvedyevdən və onları ittiham edən müxalifətçi Aleksey Navalnıdan gedir.
Prinsipcə, ittihamçı Navalnıya baş nazirin özü və ya mətbuat xidmətinin rəhbəri cavab verməliydi və bu cavab təxminən aşağıdakı kimi olmalıydı: “Özünü müxalifət lideri adlandıran şəxsin səsləndirdiyi ittihamların heç bir əsası yoxdur. Bu, cənab Medvedyevin reputasiyasına xələl gətirmək üçün düşünülmüş qara piar aktıdır. Hazırda baş nazir öz işi ilə məşğuldur və bu kimi əsassız ittihamlara məhəl qoymaq fikrində deyil”.
Ancaq Medvedyev susur, Usmanov isə deyir: “Tüpürüm sənin suratına, Navalnı”.
Özü də o, bunu media önündə eləmir, xüsusi videosüjet çəkdirir, həmin süjetdə oz sözləri hiddətli sifətlə deyir. Birinci video ilə ürəyi soyumayan Usmanov bu günlərdə ikinci videonu da internet resurslarında yaydırıb. Bu videonun da əsas replikası “üzünə bir də tüpürüm, Navalnı”dır.
Belə görünür ki, Usmanov birinci tüpürmə aktının effektindən o qədər də razı qalmayıb, ona görə ikinciyə ehtiyac duyub. Belə getsə, o, ürəyi soyuyana, ictimaiyyəti iyrəndirənə qədər tüpürəcək.
Adam milyarderdir. Rusiya və İngiltərədə yaxşı tanınır, “Arsenal” klubunun 30 faizi ona məxsusdur. Hətta bu yaxınlarda o, 1,3 milyard dollar maya qoyaraq “Arsenal”I tamam-kamal almaq istəyib, amma ingilislər nəyə görəsə Əlişir əkəyə “no” deyiblər. Nə təhər olur, “Çelsi”ni Abramoviçə, “Mançester siti”ni ərəb şeyxlərinə, o biri klubları da bu biri əcnəbi milyarderlərə sata bilirsiniz, amma “Arsenal”I bir özbək oğluna sata bilmirsiniz? Bunun pulu özbək somu deyil ki, bu da dollar, funt, avro verir də.
Xüləs, görünür, Usmanovu ingilislərin yanında gözdən düşürən nüans rüşvətxorluqla bağlı ittihamlardır. O da bunu bilir, Navalnıya qarşı ona görə qeyzlidir və tüpürə-tüpürə gedir.
Bu hadisə 19-cu əsrin Rusiyasında baş versəydi, ya özünü təhqir olunmuş sayan Usmanov, ya da onun təhqir etdiyi Navalnı söhbəti duelə daşıyardı. Sekundantlar onları şəhər kənarına aparardılar və düşmənlər bir-birinə güllə atardılar, ya Usmanov sağ qalardı, ya da Navalnı.
Görün, dünya nə qədər cılızlaşıb ki, bir tərəf o birinə güllə atmaqdansa, tüpürcək atır. Heç yazıq Navalnı cavab atəşindən də istifadə eləmir, eləcə, lağlağı edir, deyir, o boyda milyarder videobloqqerə dönüb.
Bu xüsusda bizimkilər yaxşıdır. Burda kimi istəyirsən rüşvətxorluqda ittiham edə bilərsən, cavab verməyəcək. Söz yox, narahat olacaq, ittihamçının yanına xahiş və ya təhdid aparan adam göndərəcək, amma video hazırlayıb, “filankəs, tüpürüm sənin suratına” deməyəcək.
Çünki bu ölkədə rüşvətxorluq o qədər də qəbahət iş sayılmır. Vəzifəli adamı rüşvətxorluqda suçlamaq təxminən timsahı çaydan keçmək istəyən antilopu qamarlayıb parçalamaqda ittiham etmək kimi bir şeydir. Dərin düşüncəli tamaşaçı vəhşi təbiətə dair sənədli filmlərdə bu cür epizodları görərkən “yazıq timsah neyləsin, ac qalası deyil ki” deyə düşündüyü kimi, rüşvət alan məmura da haqq qazandırır, deyir, onun da balaları var, birtəhər dolandırmalıdır.
Əslində bu məsələdə Rusiya bizdən çox fərqli deyil. Yəni orda da hiddətlənmiş ictimaiyyət u saat Usmanovun ofisinin qabağına yığışıb “Alçaq Əlişir, Navalnının ittihamına cavab ver” deyə şüarlar qışqırmır. Bir kimsənin vecinə deyil. Amma nəyə görəsə Usmanov hesab edir ki, Navalnıya sərt cavab verməlidir.
Bəlkə də onu buna Medvedyev məcbur edir, deyir, çıx belə danış, adımız bədnam olmasın. O da ta neynəsin, hökumətlə hökumətlik etməyəcək ki.
İntəhası, bir gün bu tüpürcəklərin bumeranqa dönüb milyarderin üstünə qayıtması vaqiəsi ola bilər. Ya işdir, birdən hakimiyyətə Navalnı gəlsə... Bax, o zaman hazırda şirə dönmüş Əlişiri əl pişiyinə döndərəcəklər.