Anons

Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Ləyaqət şairi Paolo İaşvilinin vətənində baş verənlər

Tarix:2-06-2017, 14:16 Baxış Sayı:244

Ləyaqət şairi Paolo İaşvilinin vətənində baş verənlər

Səadət Cahangir

Son günlər Gürcüstanla bağlı baş verən hadisələr sarsıdıcıdır. Bizim ordakı siyasi fəallarımızın izlənməsi yeni xəbər deyildi, əslində.  Bu söhbətlər xeyli zamandır ortalıqda dolaşırdı və nəhayət, özünü doğrultdu. Əvvəlcə ölkənin ən nüfuzlu qadın siyasətçisi Gözəl Bayramlı Gürcüstandan gələrkən sərhəd gömrük məntəqəsində saxlanıldı. Onun ardınca da araşdırmaçı-jurnalist Əfqan Muxtarlı çoxdan sığındığı Tbilisidən banditcəsinə oğurlanaraq Bakıya gətirildi. Baş verən hadisələrin ən vahiməli tərəfi isə gürcü müxalifətinin tanınmış simaları tərəfindən yayılan açıqlamalardır.  O açıqlamalardan hamınızın xəbəri var. Gürcüstan parlamentinin keçmiş deputatı, müxalif “Avropa Gürcüstanı” partiyasının liderlərindən biri Givi Tatqamadze bildirdi ki, azərbaycanlı jurnalistin oğurlanmasını keçmiş baş nazir Bidzina İvanişvilinin qohumu təşkil edib. Əfqan Muxtarlının oğurlanması Bidzina İvanişvilinin əmisioğlu olan Uça Mamatsaşvilinin biznes-tərəfdaşı olan məşhur azərbaycanlı iş adamı tərəfindən sifariş verilib. Jurnalistin oğurlanması əməliyyatından Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Vaxtanq Qomelauri və baş nazir Georgi Kvirikaşvili də xəbərdar olub. Baş verənlərin və eşitdiklərimin şokundayam. Bütün bu kriminal sövdələşmələr Avropanın bir parçası olmağa hazırlaşan ölkədə baş verirsə, gerisini özünüz düşünün artıq. Amma… 

Azərbaycan kimi Gürcüstanın müstəqillik tarixi də böyük qurbanlar bahasına başa gəlib. Tarixən eyni regionda mövcud olaraq bənzər təlatümlərdən keçmiş, bənzər odları ayaqlamış, bənzər sarsıntıları yaşamışıq. Ötənlərdə keçmiş siyasi məhbus Anar Məmmədli FB səhifəsində belə bir təsirli həbsxana xatirəsini paylaşmışdı: “Həbsxanada Dato adında bir gürcü dustaq vardı. Çox mütaliə edən və yüksək həyat təcrübəsi olan adam idi. Bir dəfə mənə Stalin repressiyasının qurbanı olan gürcü yazıçısı Paolo İaşvili barədə danışdı. Açığı bu şairin adına ötəri rast gəlmişdim və yaradıcılığı barədə məlumatsız idim. Amma Datonun dediklərindən sonra Paolo İaşviliyə maraq yarandı və indi onun yaradıcılığı barədə oxumağa çalışıram.  Bu şairin ölümü ilə bağlı çox maraqlı faktı paylaşmaya bilmərəm. Paolo şair dostu Titsian Tabidzenin 1936-cı ildə həbs edilməsindən sonra ona qarşı qarayaxma kampaniyasından sarsılır və dostu əleyhinə “xalq məhkəmələrin”ə etiraz edir, istintaqda mənfi ifadə vermir. Sonra onun özünə qarşı mənəvi terror başlayır. Və 22 iyul 1937-ci ildə Paolo stalinizmin repressiya maşınına etiraz edərək, Gürcüstan Yazıçılar İttifaqının binasına gələrək, tapança ilə özünü güllələyir. Tapança isə ona Titsian Tabidzenin hədiyyəsi olur. Hadisə ədəbi çevrələrdə, o cümlədən mühacir qruplar arasında geniş səs-küy yaradır. Stalin şairin intiharının geniş rezonansa səbəb olmaması, xüsusən də onun rejimini gözdən salmaması üçün göstərişlər verəsi olur…”

Bizim kimi, Gürcüstanın azadlıq tarixini də belə ləyaqətli insanlar yazıb. Ölkənin Avropanın bir parçası olmağa qədər keçdiyi çətin yol da o şərəfli insanların zəhmətinin meyvəsidir, ideya və prinsipləri pula satan tacirlərin yox. Baş verən bu rəzalətə görə Azərbaycan tərəfində yardımçı olan gürcü hakimiyyəti birbaşa məsuliyyət daşıyır, bəli. Əgər beynəlxalq aləm hələ də insan haqlarına sayğısını tam itirməyibsə, bu qaba və çərçivələri aşan biabırçılığın düzgün qiymətini verməlidir. Əks halda, onlar özləri da öz prinsiplərinə xəyanət etmiş olacaqlar. Bu həm də bizim və gürcü xalqının davam edən ləyaqət mübarizəsinə, Paolo İaşvili kimi insanların ruhuna xəyanət olacaq!

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL