Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

İmmunitetin yaranması

Tarix:12-06-2017, 15:17 Baxış Sayı:243

İmmunitetin yaranması

Bakı ətrafında, Sumqayıtda yüzdən çox uşaq zəhərlənib, belə hallarda hamı adətən içməli sudan şübhələnir. Daha doğrusu, sivil dünyada təxminən eyni ərazidə yaşayan, ancaq müxtəlif binaların sakinləri eyni gündə zəhərlənib qarın ağrısı, qusma və bu tip əlamətlərlə xəstəxanaya düşürsə ilk ağıla su mənbəyində problem olması gəlir. Azərbaycanda isə belə deyil. Bizdə ağıla hər cür şey gələ bilər, “Azərsu” da haqlı olaraq hadisədən yaxasını qırağa çəkib lap o “Papaq” filmindəki axund obrazı kimi gözünü bərəldib qapının arasından söylədi: “Su təmizdir, hacı, özünü biabır eləmə”. Təbii, filmdə axund “su” demirdi, özünüz yadınıza salın.

Doğrudan da, axı biz su üzünə həsrətiksə, Qafqazın ən bol şirin sulu çaylarının məcrasında yerləşsək də suyu limitlə, güc-bəla tapırıqsa, nədən su şirkətini zəhərləmədə ittiham edəsən? Hələ bizə yaratdığı bu sağlamlıq şəraitinə görə hökumətə yüksək səviyyədə minnətdarıq. Su gəlmir, qarın ağrısı da gəlmir! Yaşayın da, özünüz üçün! Su yoxdur, limonad için - Mariya Antuanetta xanımın diliylə desək.

Bəs o uşaqlar nədən zəhərlənib? Bəlkə havadan olub? O zaman niyə bizdə hava hələ pulsuzdur, hara istəsə axır, küləklə sovrulur? Hökumət buna sayğac, limit qoysa uşaqlar zəhərlənməz. Millət hava bolluğundan partlamaya düşübdür, udduğu havanı qusur.

Yaxud, çox mümkündür uşaqlar təhsil təqviminin 15 iyuna qədər uzadılmasından zəhərlənsinlər. O qədər elm doldurublar qarınlarına, axırda ağırlığına dözməyiblər. Zəhmətkeşlərimiz adından minnətdarlıq edir, yalvarırıq təhsili, elmi, ziyanı (ziyan mənasında yox, işıq yazmaq istədim) bir qədər azaltsınlar. Axı bir ölkədə neçə alim, professor, ixtiraçı, elm dühası, Nobel laureatı yetişər?! Hara baxırsan elmlər doktoru pambıq yığır, dana kəsir, xiyar əkir. Taksiyə minirsən, sürücü deyir, altını qaldır diplomumu qoyum, yerin yumşaq olsun. Süd istehsalında azalma bu alimlik səbəbindən imiş: “Sən alim, mən alim ağa, inəkləri kim sağa?”

Müxalifətin, marsiançiklərin, ermənipərəst qüvvələrin, dini radikalların, ateist liberalların, xarici dairələrin dəyirmanına su axıdan ekstremistlərin, daxili çevrələrin restoranına pivə daşıyan ekspeditorların - hər cür tiplərin bu zəhərlənmə olayında əli olması mümkündür. Yuxarıda yazdığım kimi, bura Azərbaycandır və hər kəs günahı onun-bunun çiyninə ata-ata axırda günah gedir sərhədə çatır, orda günahın dalına bir təpik vururuq, düşür hansısa xarici əraziyə. Ta bizlik bir iş olmur.

25 illik analoqu olmayan inkişafdan sonra məmur aparatında kim xəstələnsə, dişi ağrısa, dırnağı qırılsa, tükü tökülsə götürüb dərhal xarici klinikalara qaçırlar. Bizim səhiyyə sisteminə - öz yaratdıqları sistemə etibar etmirlər. İndi zəhərlənən uşaqları da xaricə aparmaq lazımdır. Bəlkə orda diaqnoz qoyuldu, zəhərlənmə səbəbi bilindi.

Hətta ola bilər o uşaqlar kiminsə başqasının yerinə zəhərləniblər. Bizdə bu yaxında elə hadisə baş vermişdi, əfvə düşən adamın yerinə türmədən “çaşıb” başqasını buraxmışdılar. Bir jurnalisti isə tutub 30 sutka həbs vermişdilər, sonra deyildi ki, əslində tutulası adam ayrısıymış, jurnalist isə həmin tipə... sifətdən bənzəyirmiş! Həmin presedent (latın sözüdür, qabaqlar olmuş bir iş deməkdir) üsulu ilə yanaşsaq, indi Tağıyev qəsəbəsi, Sumqayıt, Saray, Corat uşaqları yerinə Biləcəri, Hövsan, hətta Xızı və Kürdəmir uşaqları da zəhərlənə bilərdi. Düzü, elmim bu temada az olduğu üçün “kim kimin qismətinə girib” - deməkdə çətinlik çəkirəm.

Əsas odur sağlıq-salamatçılıqdır, uşaqlar da tezliklə xəstəxanadan çıxsınlar, təzədən gülüstan vətənimizin virusları və bakteriyaları ilə qol-boyun yaşamaqda davam etsinlər. İndi onlarda müəyyən immunitet yaranmışdır. Buna görə təbriklər. Azərbaycanda yaşamaq üçün immunitet çox vacibdir. İnsan tanıyıram, uşağı bütün günü zibillikdə mikrob içində eşələnir, ancaq peyvənd zamanı poliklinikanı boykot eləmişdi, deyir, bu vaksinin tərkibinə Avropada qısırlıq geni qatıblar, orda müsəlmanın çoxalıb dünyanın tutmasını istəmirlər. Məncə o haqlı idi.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL