Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
İşğalçı Ermənistanın təbliğat maşını son bir neçə gündə “val”ı dəyişib. Neçə müddətdir Azərbaycanı ən müxtəlif səviyyələrdə təhdid edən düşmən təmas xəttində burnu ovulandan, meyitlərini və yaralılarını İrəvana daşıdıqdan sonra yazıq görkəmi alıb. Yenə də ənənəvi vay-şivən kampaniyasına başlayıblar...
Ermənistanın son davranışları bir az da təəccüblü görünür, adətən, itkilərini gizlətməyə üstünlük verən işğalçılar nədən operativ şəkildə özgə torpağında ölən və ağır yaralanan 20 yaşlı əsgərlərinin adlarını açıqladılar? Şübhəsiz ki, burada xüsusi məkr də var.
İşğalçı çox istərdi ki, Azərbaycan Ordusunun sarsıdıcı zərbələri nəticəsində verdiyi itkiləri xalqdan gizləsin, çünki günün birində İrəvanda təkcə başqa ölkənin torpağı uğrunda məhv edilən erməni gənclərinin yaxınları deyil, bütün erməni xalqının hakimiyyətdən hesab istəyəcəyini yaxşı anlayırlar. Lakin bu itkilərin tirajlanması Ermənistana öz havadarlarından növbəti dəstək almaq baxımından çox önəmlidir.
Reallıq budur ki, ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələr birmənalı şəkildə Ermənistanın işğalçılıq siyasətini müdafiə edir. Hətta Azərbaycan düşmənin Qarabağa yerləşdirilmiş “Osa” zenit-raket qurğusunu məhv etdiyi üçün həmsədrlərin qınağına məruz qalmışdı. Bu dəstəkdən şirniklənən Ermənistanda hətta Naxçıvana qarşı iddia qaldırılması sıradan bir məsələ deyildi sözsüz ki. Serj Sərkisyanın “Qarabağ məsələsini biz həll etdik, Ağrının taleyini həll etmək isə gələcək nəslin üzərinə düşür” sözləri yadınızdadırmı? Ermənistan hakimiyyəti hesab edirdilər ki, artıq onlar Qarabağ məsələsini öz xeyrinə həll ediblər və proseslərin geridönməzliyi məhz himayədarlarının mövqeyi sayəsində təmin olunub. Lakin Azərbaycan dövləti ən ciddi təzyiqlərə baxmayaraq, siyasətində zərrə qədər olsun korrektələr etmədi, torpaqlarını güzəştə getməyəcəyi barədə mövqeyinə sadiq qaldı.
Belə bir şəraitdə Ermənistan ordusunun nədən fəallaşdığı, davamlı təxribatlara əl atmasının səbəbi bəlli olur. Bu qədər dəstək varkən, BMT Təhlükəsizlik Şurasının qətnamələri bir küncə atılmışkən işğalçı niyə hərəkətə keçməməlidir ki?
Bu günlərdə “Qarabağ Araşdırmalar Mərkəzi”nin təşkilatçılığı ilə jurnalistlər üçün təşkil olunan silsilə tədbirlərdə heyrətamiz tarixi faktlar açıqlandı. Əslində bu faktlar yeni deyil, zaman-zaman nəşr olunan kitablarda, məqalələrdə əksini tapıb, amma ermənilərin Azərbaycana qarşı törətdiyi cinayətlər o qədər geniş miqyaslıdır ki, onların sonuna çıxmaq, yadda saxlamaq özü də asan deyil.
Təsəvvür edin, “Böyük Ermənistan” qurmaq, Kür və Araz çaylarının arasındakı ərazilərə sahiblənmək istəyən erməni ideoloqları hətta 70 illik sovet dövründə də bir gün belə iddialarından əl çəkməyiblər, fürsət düşən kimi Moskvaya üz tutub Qarabağı istəyiblər. Özü də dünyada, regionda hər dəfə ciddi hadisələr baş verəndə ermənilər fəallaşıb - Birinci Dünya Müharibəsində, İkinci Dünya Müharibəsində, ondan sonrakı hansısa geopolitik proseslərdə.
Sovetlərin dağılması proseslərindən qənimətlə çıxmaq istəyən ermənilər bu gün, faktiki olaraq Üçüncü Dünya Müharibəsinin getdiyi dövrdə də himayədarlarına sığınıb Azərbaycan torpaqlarının daha bir parçasını ələ keçirmək istəyirlər. Görün erməni işğalçıları nə qədər həyasızlaşıb ki, “Qarabağ səmasının üstündən keçən” Türkiyə-Azərbaycan mülki təyyarələrini də təhdid edirlər. İddia edirlər ki, bu təyyarələri vurmamaqla “humanizm” nümayiş etdirirlər. Azərbaycanı bu yolla Xocalı aeroportu ilə bağlı güzəştə vadar etməyə çalışırlar.
Başqa bir həyasızlıq: Qarabağ separatçıları Dağlıq Qarabağda 17 iyundan etibarən “Yell Extreme Park” kompaniyasının dəstəyi ilə “hava festivalı” keçirməyi planlaşdırırdı. Azərbaycan ordusu düşmənin arzusunu ürəyində qoydu, onun hərbi texnikasını şəxsi heyəti ilə birgə havaya uçurtdu. Artıq söz Azərbaycan ordusunundur!
Bunu aprel döyüşləri də sübut etmişdi. Azərbaycan prezidentinin işğaldan azad olunmuş Cocuqmərcanlı kəndində açılışlar keçirtməsi, bu torpaqdan azan səsinin eşidilməsi Azərbaycan və müsəlman düşmənlərini yasa qərq edib. Odur ki, Ermənistana işarə veriblər. Amma ordumuz düşməni də, havadarlarını da susdurmağı bacarıb. Necə ki, neçə gündür erməni havadarlarının səsi gəlmir...