Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Yasamala dağ çəkən dağıdıcı!

Tarix:4-07-2017, 13:28 Baxış Sayı:198

Yasamala dağ çəkən dağıdıcı!

Xaliq Bahadır

 

Yasamal İH başçısı İbrahim Mehdiyevin işdən çıxarılmaqlığı (qovulması da demək olardı) olayı Feysbukda rekord reytinq oluşdurmaqdadır. Kimi belə yazır, kimi elə, çoxu da elə-belə.
Prezident köməkçisi Ə.Həsənovun açıqlaması, onun bir çox açıqlamaları kimi, bütünlüklə yalandır. İ.Mehdiyevin işdən çıxarılması faktı açıq siyasi fırıldaqdır. O, sökülən Hacı Cavad məscidinə görə işdən çıxarılmayıb; işdən çıxarma faktının məscidlə bağlanması prezidentin siyasi reytinq qazanmaq istəyidir. Məscidin sökülməsi faktının arxasında “Sovetskini” boşaltma planının başında duran durur.
2015-ci ildə demişdim: İ.Əliyev bir daha prezident olsa, “Sovetskini” bütünlüklə sökəcəklər. Neftin ucuzlaşmasından sonra “kotyolu” doldurmaq çətinliyi yaranıb. “Sovetski” bu çətinliyi aradan qaldırmaqda böyük rol oynaya bilər – altındakı torpağı çox-çox baha qiymətə ərəblərə-zada satılması yoluyla! Başqa bir yandan özlərinin tikinti bizneslərinə Bakının ortasında onlara milyonlar, milyardlar qazandıracaq böyük meydan yaradırlar.
F.Mustafa adlı bir deputat, görünür, aldığı obyektlərin, nələrin ödüncü olaraq İ.Mehdiyevi qorumağa qalxır: “İ.Mehdiyev ən təcrübəli icra başçılarından biri idi”. Ona qalsa, çoxillik staj baxımından əliyevçi rejimdə görəvlər pullu-çoxillik olduğundan hamını çox “təcrübəli” saymaq olar – oğru-korrupsioner rejim “təcrübəliləri”! Ona qalsa, çoxillik staj baxımından İlham Əliyev dünyanın ən “təcrübəli” prezidenti, Ramil Usubov dünyanın ən “təcrübəli” DİN başçısı (A.Paşazadə ilə birgə!!!), Zakir Qaralov dünyanın ən “təcrübəli” baş prokuroru, Fikrət Məmmədov dünyanın ən “təcrübəli” ədliyyə naziri sayılmalıdır. Azərbaycanın indiki bütün parametrlər üzrə DÜŞKÜN-UĞURSUZ durumunda hansı dəyərli kimsə onlara ən “təcrübəli” dəyərini verər?!
Dünənədək İ.Mehdiyevlə bağlı ağzına su alıb susan biriləri yuyulmamış qaşıq kimi ortaya atılıb haray-həşir qoparırlar. İ.Mehdiyevin yerinə keçməklə böyük işlər görəcəyini deyən yalançılar da çıxıb ortaya. Ən acınacaqlısı nədir: onların arasında hüquçu adı daşıyanlar da var. Bunlar İ.Mehdiyevin yerinə keçsələr, qanunçuluqla çox böyük işlər görəcəklərini bildirirlər. Bu bizdə geniş yayılmış özümlü bir yarımçıqlıq kompleksidir: işin bir üzünü düşünüb, o biri üzünü düşünməmək. Onlardan soruşmaq.gərəkir: siz İ.Əliyevin, R.Mehdiyevin əlinin altında, onların dünyalarca ünlü komandasında necə qanunçuluq yolu tutar, xalq üçün çalışa bilərsiz? Siz korrupsiya rejimində necə antikorrupsioner ola bilərsiz? Sözsüz, ANTİKORRUPSİONER ola bilərsiz, ancaq R.Mehdiyev olan kimi, başqa cür desək, işdə yox, sözdə ola bilərsiz!
Mən İbrahim Mehdiyevin Yasamal rayonunu böyük bir satış bazasına çevirməsi, bütün tin-bucaqları satması, ayrıca olaraq yaşıllıqları (başlıcası da, Respublika xəstəxanasının çevrəsindəki yaşıllıqları, oradakı böyük şamlığı) satıb yox etməsi ilə bağlı “Azadlıq” qəzetində, Feysbukda illərlə dönə-dönə yazdım. İ.Mehdiyev də bütün başqa kolleqları kimi rüşvət-korrupsiya, oğurluq-soyğunçuluq yoluyla əldə etdiklərini yuxarılarla bölüşdüyündən Xətai rayonundan Yasamal rayonunadək 17 il kef çəkdi, yığdıqlarını əlindən almasalar 100 il bundan belə də kef çəkə bilər.
Elə yığdıqlarını qoruyub saxlamaq üçün də İ.Mehdiyev jurnalistlərə belə deyib: “Prezident əcəb eləyib məni işdən çıxarıb!” Belə deyəndən sonra ona haralardasa yeni görəv də verə bilərlər (sözsüz, yığdıqlarının bir parasından keçməklə), M.elmlər akademiyasına Əli Abbasovun yanına da göndərə bilərlər – Əli Abbasov, Elton Məmmədov, eləcə də bir sıra başqa korrupsionerlikdən elmçiliyə keçənlərlə birlikdə Azərbaycan elmini göylərə qaldırmaq üçün! Onun F.Mustafa deyən 17 illik böyük “təcrübəsi” elmlər akademiyasında da gərək ola bilər. Onsuz da “Milli” elmlər akademiyası çoxdan əliyevçi “milli” korrupsionerlərin başlıca yığnaq yerlərindən birinə çevrilib…
Yüz İbrahim Mehdiyev getsin, yüz İbrahim Mehdiyev gəlsin – hamısı birdir, bir olaraq qalasıdır: belə yalançı, kosmetik dəyişikliklərlə, nə Yasamal rayonunda işlər düzələsidir, nə də ölkədə. Sorun ayrı-ayrı adamlarla deyil, bütöv bir sistemlə bağlıdır; indiki anormal siyasi sistem dəyişmədikcə ölkə indiki anormallıqdan qurtula bilməyəcək!
P.S. Yuxarıda deyildiyi kimi, Əliyevlərin “Sovetski” ilə bağlı olduqca böyük biznes planları var. Bu üzdən də orada daxmaya bənzər bir məscidə yer ola bilməzdi. Balaca, daxmaya bənzər məscid nədi, orada (məsciddən bir az aralıda) son illərdə tikilmiş yekə bir göydələni söküb-dağıtmaqdadırlar – bircə elə bu faktdan da Əliyevlərin “Sovetski”ilə bağlı necə böyük planları olduğunu anlamaq olar! Vəhşi kapitalizm ortamında arxitektur bina, məscid-zad nədi, biznes-buldozer içində yüzlərlə adam yaşayan yeni göydələni belə dağıdıb keçir…

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL