Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Zəhra üçün ədalət

Tarix:5-07-2017, 14:11 Baxış Sayı:238

Zəhra üçün ədalət

Əslində müharibədə ölən hər bir şəxsin taleyi adamı incidir – istər cavan olsun, istər qoca, istər qadın və ya uşaq.

Bunlar təbii ölümlər deyil, insan həyatına edilən qəsdin nəticəsidir, qətldir.

Ancaq müharibə qətllərinə görə yüzdə doxsan doqquz halda cəzalandırılan olmur. O 1 faiz cəza alan şəxslər isə mülki əhaliyə, qadınlara və uşaqlara aman verməyən hərbi canilərdir.

Beynəlxalq Haaqa məhkəməsinin müttəhimləri bəzən belə hərbi caniləri mühakimə edir.

Füzulinin Alxanlı kəndində erməni gülləsi ilə ölən yaşyarımlıq qızın və onun 52 yaşlı nənəsinin qatilləri məhz Haaqa məhkəməsində cavab verməli olan tiplərdəndir.

Fəqət buna baxan olacaqmı?

Xatırlayırsınızsa, o vaxt Ramil Səfərovun bir erməni kursantını öldürməsi vaqiəsində ermənilər dünyanı ayağa qaldırmışdı, azərbaycanlı zabitə Avropada ən ağır cəza olan ömürlük həbs verilməsinə nail olmuşdular. Halbuki bu iki hərbçi arasında olan qovğanın sonucu idi.

Hələ Ramil 9 il cəza çəkəndən sonra ölkəmizə ekstradisiya olunduğu və azadlığa buraxıldığı vaxt ermənilər və onların havadarları yenə dünyada böyük hay-küy qopardılar, özlərini dəhşətli haqsızlığa məruz qalmış kimi apardılar.

Bu gün isə onlar 1,5 yaşlı körpəni qətlə yetirir və özlərini heç nə olmamış kimi aparırlar.

Bundan qabaq onlar dəfələrlə bu cür hadisələr törədiblər – Şınıxda, Tovuzda, Qazaxda, Goranboyda, Tərtərdə, Ağdamda və başqa təmas xəttinə yaxın ərazilərdə. Xocalı qətliamında da xeyli körpə uşaq öldürmüşdülər.

Cəbhə bölgəsində yaşayan mülki şəxslərin artilleriya atəşi nəticəsində həlak olması olayı çox tez-tez, vaxtaşırı olur. 
İrad bildiriləndə deyirlər ki, qoşunların təmas xəttində yaşayan mülki əhalinin zərər çəkməsi təbiidir, olan şeydir.

Bəs atəşkəs rejimi necə olsun? Belə bir saziş var axı. Böyük dövlətlər də guya ona nəzarət edirlər. Bəs yaşayış evini hədəfə götürüb artilleriya atəşinə məruz qoymağın adı nədir?

Məlum məsələdir ki, səngərdə, blindajlarda daldalanan hərbçiləri vurmaq asan məsələ deyil, mülki əhalinin qorunması isə müşküldür. Demək, düşmən onları bilə-bilə hədəfə götürüb.

Bu, Azərbaycan xalqına qarşı aparılan hibrid müharibədir. Düşmən üçün 2 yaşlı qızcığazla 20 yaşlı əsgərin heç bir fərqi yoxdur, o, onların ikisini də düşmən sayır, ikisini də öldürməyi vacib hesab edir.

Hazırda dünya elə bir durumdadır ki, hər gün dörd bir yanından mülki şəxslərin, uşaqların, qadınların öldürülməsi xəbəri gəlir. Beynəlxalq ictimaiyyət artıq hərbi münaqişələrdə qadın və uşaq ölümlərinə heyrətlənmir, bunu gündəlik statistik məlumat kimi qəbul edir.

İstisna hal o ola bilər ki, bu sayaq hərbi münaqişələrdə öldürülən şəxslər xristian, konkret olaraq, ermənilər olsunlar. Onda vay-növsəyə baxardıq. Dərhal qüdrətli dövlətlərin siyasiləri, diplomatları dilə gələr, “mülki əhali arasında baş vermiş tələfatın baiskarlarının tapılıb cəzalandırılması”nı tələb edər, “belə halların baş verməməsi üçün lazımi tədbirlər görülməsi” barədə tövsiyə verərdilər.

Zəhraya gələndə isə, bu, adi müharibə epizodudur, olan şeydir. İndi Zəhra üçün ədalət yalnız onun qatilinin tezliklə cəzalandırılması ola bilər.

Uzun illər öncə bu kimi ayrı-seçkiliklərin arxasında dini təəssübkeşlik, irqi, milli ayrı-seçkilik amilinin olmadığını düşünürdük, ancaq illər keçdikcə, əldə olan informasiyalar artdıqca, baş vermiş hadisələrin pərdəarxası məqamlarına dair detallar açıqlandıqca, aydın oldu ki, lap bal kimi ayrı-seçkilik var, qüdrətli dövlətlər məsələyə “xristian həmrəyliyi” prizmasından yanaşırlar.

Belə olmasaydı, Qarabağ münaqişəsinin tənzimlənməsində geostrateji məsələlər, müttəfiqlik, rəqiblik büsatları göz önündə tutulsaydı, onda ABŞ özünü Rusiyanın quberniyası kimi aparan, həqiqətdə də elə olan Ermənistana bir qədər fərqli yanaşar, həm NATO-da, həm də iqtisadi əlaqələrdə ortaq iş gördüyü Azərbaycana az da olsa qahmar çıxardı.

Ancaq hər zaman əksini görürük. Həm Rusiya, həm də ABŞ Ermənistanı ərköyün uşaq kimi himayə edir, onun Qarabağ konfliktindən maksimum mənfəətlə çıxmasına çalışırlar. Fransa isə birmənalı olaraq erməni pasibanıdır və bunu gizlətmir. 

Belə bir ədalətsiz dünyada Zəhranın, onun kimi yüzlərlə körpənin ölümü heç kəsi sarsıtmayacaq. Bu, yalnız bizim ağrımızdır. 
Biz müntəzəm olaraq bu cür ağrılara, sarsıntılara məruz qalmamaq üçün güclü olmalıyıq. O qədər güclü ki, cavab zərbəsi endirəndə ağrısı düşmənlərimizi daha bərk sarsıtsın.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL