Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Dünən axşam rusiyalı bloqçu, "runetin atası" adlandırılan Anton Nosik vəfat etdi. Artıq çəkisi var idi, damarlarından şikayət edirdi, deyilənlərə görə spirtli içkilərə də aludə imiş.
Rəhmətlik bizi: azərbaycanlıları, müsəlmanları heç sevməzdi. Bizi erməniləri qırmaqda günahlandırırdı, suriyalı anaları isə terrorist yetişdirməkdə. Hətta suriyalı analara və bəbələrə rus təyyarələrinin altında ölüm də arzulamışdı. Rusiyada bu sözlərinə görə onu məhkəməyə verdilər və cərimə də kəsmişdilər.
Nə isə. Bu sözləri nə üçün yazıram?!
Nosikin vəfatı ilə gündəmi Rusiya olan azərbaycanılar mərhuma lənətlər yağdırmağa başladılar. Bəzi ziyalılarımız isə (məsələn, Stalik Xankişiyev) belə etməyin doğru olmayacağını kifayət qədər dolğun ifadələrlə şərh etdilər.
Razıyam. Mərhuma lənət yağdırmaq doğru deyildir. Öz adıma, mərhumu sevmədiyimi və ona haqqımı halal etmədiyimi elan edirəm. Əgər haqqım keçibsə, onu halal etməməyə ki haqqım çatır?
Amma bu Rusiya cəmiyyəti ilə biz, nə edəcəyik?
Ümumiyyətlə, bütün cəmiyyətlərdə ortaq xüsusiyyətlər vardır. Uzaq Afrika cəngəlliklərində sivilizasiyadan uzaq qalmış tayfaların öz daxilində belə 3 qrup insan kütləsi izləmək mümkündür:
1. Laqeyd kütlə: mühafizəkar və ya liberal çalarlar ola bilər.
2. Fəal kütlə: yenə də mühafizəkar və ya liberal düşüncələr ətrafında fəal fikir bildirən, addımlar atan, vətəndaş mövqeyi ortaya qoyan insanlar.
3. Elita: bunlar da öz növbəsində mühafizəkar və liberal ola bilərlər.
Bu bölgü Rusiyaya da aiddir, bizə də.
Rusiya cəmiyyətini nə qədər yaxından tanıyırsınız - bilmirəm, amma mən, az-çox tanıyıram.
Rusiyanın laqeyd kütləsi biz azərbaycanlıları sevmir. Onlar ümumiyyətlə heç kəsi sevmir. Onların az-çox rəğbətini qazanmaq istəyirsənsə, özünə rus deməlisən və özünü rus kimi aparmalısan.
Rusiyanın vətəndaş mövqeyi qoyan insanlardan liberal olanları əksər hallarda bizə qarşı laqeyddir, mühafizəkar olanları isə ermənipərəst, yəni Azərbaycana əks mövqedədirlər.
Rusiya elitası bir başqa aləmdir demək istəyirdim, lakin "əl saxlayıram". Rusiyanın elitası mühafizəkar və liberal qanadda tamamilə Azərbaycana əks mövqedə dururlar. İçlərində Yevgeniya Albats, Viktor Şenderoviç kimi hələ "fikir bildirməyən" fərdlər də vardır. Amma və lakin "himə bənddirlər" - kiçik bir qığılcımda "satacaqlar".
Rusiya elitasının mühafizəkar kəsimi isə Rusiya hakimiyyətinin sözcüsüdür - onlar bizim haqqımızda nə deyərsə, mühafizəkar elita da tutuquşu kimi təkrarlayır.
Burada iki məqamı vurğulamaq istəyirəm.
Birincisi, bir cəmiyyətin ümumi fonunu, rəngini onun elitası müəyyən edir. Rusiyanın siyasi, mədəni, hərbi elitası bizə qarşıdır.
İkincisi, elitanın seçimlərindən də vacib olan onun ümumbəşəri prinsiplərə sadiqliyidir. Məsələn, bir siyasi xadim ön fikir olaraq bizə qarşı ola bilər, amma humanizm prinsiplərinə sadiqdirsə, mütləq erməni "dostuna" bir milyon qaçqınımız haqqında sual verər.
Rusiya elitası tərəfkeş və təəssübkeşdir. O, heç bir arqument qarşısında erməni sevgisindən əl çəkməyəcək.
Birmənalı fikir yürüdürəm, amma yenə də öz doğruluğumda israr edirəm.
Bir qab artıq doludursa, onu daha da doldurmaq mümkün deyildir.
Tərəfkeş və təəssübkeş insana heç vaxt təsir edərək rasional müzakirə apara bilməzsən. Onlar, futbol fanatı kimidirlər - adamlar eynilə anat kimi tərəf tuturlar. Sən mənim canım, Neftçi tərəfdarı olmağın rasional bir izahı var mı? Tərəfkeşdir, vəssəlam. Sabah Qarabağı tutması üçün böyük ümid bəsləmək olmaz.
Rusiya cəmiyyətində Azərbaycanın maraqlarının təşviqatı lazımdır mı?
Məncə buna cəhd etmək, daha doğrusu bunun nəticə verəcəyinə bel bağlamaq ağıllı hərəkət deyildir. Başa düşürəm,
Rusiyada milyonlarla azərbaycanlı yaşayır, onlar azərbaycanafob mühitdə əməlli əziyyət çəkirlər.
Birmənalı çıxış yolu yoxdur, lakin bir şeydə əminəm - Rusiya cəmiyyətinə təşviqat keçirməyə sərf edilən əməyə, xüsusilə bunun hansısa nəticə verəcəyinə bel bağlamaq əbəsdir.
İnsanı və cəmiyyəti depressiyaya soxar.
Qonşuluqda İran cəmiyyəti, xüsusilə də elitası azərbaycanfobdur və eyni Rusiyadakı kimi tərəfkeşdir.
Türkiyə elitası böyük əksəriyyəti ilə azərbaycansevəndir və yenə də tərəfkeşdir.
Avropa elitası bizləri sevmir, lakin tərəfkeş və təəssübkeş də deyildir. Ən azından tərəfkeşlik və təəssübkeşlik Avropada yerə tüpürmək kimi ayıb hərəkət sayılır. Ən əsası, bir avropalı elita nümayəndəsini hər zaman öz fikrinə istiqamətləndirmək, ona nəyisə başa salmaq, vicdan və insani, hüquqi dəyərlər üzərindən yola gətirmək mümkündür.
Dirənəcəklər, amma mümkündür.
Dəfələrlə sınaqdan keçirmişəm.
Natiq Cəfərli demiş: ingilis dilini bilmək kifayət etmir, ingilisin dilini bilmək lazımdır.
Bəli, avropalının dilini bilmək lazımdır.
Rusiya cəmiyyətinə isə....... Да чихал я.
Anton Nosik vəfat edib?... Он кто такой?