Anons

Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Güclü dövlətin zəif prezidenti olmaqdansa...

Tarix:18-07-2017, 14:32 Baxış Sayı:284

Güclü dövlətin zəif prezidenti olmaqdansa...

ABŞ prezidenti Donald Trampın reytinqi hakimiyyətdə olduğu ilk 6 ayda ən aşağı həddə düşüb - 36%. Bu, ölkə tarixində son 70 il üçün ən aşağı göstərici sayılır. Ona kimi antirekord 1975-ci ildə prezident Cerald Forda məxsus olub - 39%. Bu, o anlama gəlir ki, cənab Tramp “soyuq müharibə” dövrü də daxil olmaqla, böyük bir dönəmin ən zəif prezidenti statusundadır bu dəqiqə. 

Bu, hələ ilk 6 ay ayın reytinq göstəricisidir, qarşıda isə illər durur. Ötə yandan, demokratik ölkə olaraq, Birləşmiş Ştatlarda ictimai rəy mühüm faktordur və onu bütün siyasilər, dövlət rəsmiləri ciddiyə almaq zorundadır. Tramp isə üstəlik, Rusiyanın son prezident seçkilərinə müdaxilə iddiaları səbəbindən artıq impiçment təhlükəsi ilə üzləşıb. Bu məsələdə də ki, hüquqi proseduralarla yanaşı, ictimai rəy böyük önəm daşıyır.


Lakin Trampın aşağı reytinq əmsalını təkcə Rusiya faktoru müəyyən eləmir. Ağ Evin indiki başçısının böyük siyasətdə səriştəsizliyi də öz işini görməkdədir. Hətta o dərəcədə ki, Trampın az qala, hər xarici səfəri onun üçün anti-reytinqə çevrilməkdədir. Üstəlik, onun ABŞ-ın media nəhənglərinə qarşı savaş açması da öz sözünü deməkdədir. Birləşmiş Ştatlarda “4-cü hakimiyyət” isə digər hakimiyyət qollarından qətiyyən geri qalmır və ölkədə söz sahibidir.


Trampa gəlincə, onun öz ölkəsində belə aşağı reytinqi istər-istəməz ABŞ-ın xarici siyasət kursunda ənənəvi dominant mövqeyinə də neqativ təsirlər göstərməkdədir. Amerikalıları narahat edən həm də budur. Yeri gəlmişkən, Tramp komandasının bu günədək xarici siyasətlı bağlı dəqiq konsepsiyasi yoxdur. Onun hətta komandası belə, tam formalaşıb qurtarmayıb.


Bütün bunlar sövq-təbii ABŞ-ın dünyadakı əsas rəqibi olan Rusiyanın, Putinin əlinə işləyir. Kremlin münaqişəli bölgələrdə, o cümlədən Azərbaycanın da daxil olduğu Güney Qafqazda özünü daha sərbəst hiss eləməsinə stimul verir.


Bizi təbii ki, ən çox ABŞ hökumətinin Azərbaycana, Dağlıq Qarabağ məsələsinə münasibəti maraqlandırır. Təəssüf ki, Tramp komandasının daxili dayaqlarının kövrəkliyi, komandasının tam formalaşmaması ona xarici siyasətdə inamlı və səriştəli addımlar atmağa imkan vermir. Söhbət xüsusilə Rusiya ilə bağlı siyasətdən gedir.


Məsələn, bugünlərdə bəlli olub ki, ABŞ Konqresi, ümumiyyətlə, Trampa Rusiyaya qarşı sanksiyaları yumşaltmağı yasaq edən qanun qəbul eləməyə hazırlaşır. Bu da əlbəttə ki, sadalanan səbəblərdən Ağ Evin indiki başçısına qarşı etimadsızlıqdan qaynaqlanır və onu dar çərçivəyə salmaq, kontrolda saxlamaq məqsədi güdür. Tarmp isə Rusiyaya gizli rəğbətlə bağlı iddialara qarşı hələ də inandırıcı kontur-dəlillər ortaya qoya bilməyib. Əksinə, bu mövzu ətrafında qalmaqal onun əleyhinə günbəgün böyüyür...


*****


Ağ Ev başçısının manevr imkanlarının daralması, qeyd edildiyi kimi, Putin Rusiyasını xüsusən də postsovet məkanının konfliktli zonalarında daha arxayın şəkildə öz məkrli planlarını gerçəkləşdirməyə sövq edə bilər. Söz düşmüşkən, bu arada gürcü qaynaqları xəbər yayıb ki, Rusiya işğal elədiyi Cənubi Osetiya bölgəsinin “sərhədi”ni tədricən Gürcüstanın daxilinə doğru irəli çəkməklə işğalçı Ermənistana quru yolu açmağa çalışır.


Gürcü politoloqlara görə, Kremlin hədəfi - yeni Qarabağ savaşı başlayacağı təqdirdə öz forpostu ilə Gürcüstan vasitəsilə birbaşa quru əlaqəsinə malik olmaq və Ermənistana rahat şəkildə silah-sursat keçirməkdir. İddialara görə, Rusiya 2008-ci ildə Gürcüstana qarşı 5 günlük müharibədə bu hədəfinə çatmadığından, onu gec-tez həyata keçirmək niyyətindədir.


Belə qorxulu planların qarşısını yalnız ABŞ ala bilər. Aydındır ki, Amerikanın başı özünə, Trampa qarşı impiçment məsələsinə qarışacağı halda, Rusiya bu təhlükəni planı araya salıb reallaşdıra bilər. Demək, Gürcüstanla yanaşı, Azərbaycan üçün də böyük təhlükə var.


Təəssüf ki, bu, məhz o haldır ki, güclü ABŞ dövlətinə zəif və təcrübəsiz prezident rəhbərlik edir. Operativ qərarlar üçünsə güclü və çevik prezident gərəkdir. Güclü dövlətin zəif prezidenti olmaqdansa, balaca dövlətin güclü prezidenti olmaq daha məqbul deyilmi?


Bütün hallarda dünyanı Rusiyanın öhdəsinə buraxmaq olmaz...

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL