Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Çox demirəm, on, iyirmi il qabaq belə bir informasiya oxusaydım gözüm kəlləmə çıxardı. 2007 deyil, 17 olduğundan çıxmadı,üzümdə qaldı. Gözüm də üzümdə qaldı, əlim də. Hər şey necə də adiləşib, özümüzün də palaza bürünüb elnən sürünməyimizdən xəbərimiz olmayıb.
“Ötən il dünyaya gələn 26 288 uşaq rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulub”. Fakt o qədər acıdır ki, cümlənin quruluşu belə diqqət çəkmir; “qadınlar tərəfindən”-cəhənnəmə ki tərəfindən. Cəhənnəmə o 26 288 qadın ki, uşağını ərindən doğmayıb, hansısa kişidən doğub. Cəhənnəmə o 26 288 kişi ki, əkib becərmədiyindən xəbəri yoxdu. Cəhənnəmə ki, “ötən il dünyaya gələn 26 288 uşaq rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulub” kimi sarsaq bir cümlə üzərində qurulan informasiya rəsmidir. Kaş rəsmi olmayadı və kaş rəsmilərdən biri AzTV-yə çıxıb “Günün nəbzi”ndə deyəydi ki, düşmən dəyirmanına su tökənlərin işidi, qadınlarımıza şər atırlar, kişilərin boynunu yerə soxurlar.
Nədən? Hansı məcburiyyətdən? Niyə 26 288 uşaq ata-anadan yarımçıq olmalı, ailə içində böyüməməlidir. Ən yaxşı halda ögey çörəyi yeməlidir. Pis halda qapazaltıya alışmalıdır, şillə-təpiklə bərkiməlidir, bərkiyib-bərkiyib “ ömürlük” olmalıdır.
Qadın özünü, kişi özünü, bir az ağılları başlarında olsa bir-birini düşünür, uşağı düşünən yoxdu. Adəmlə Həvvadan bu yana hərə bildiyini edib, cəhənnəmə ki. Nikahdankənar uşaq dünyaya gətirmək nə demək? Özü də bu qədər. Evlilik istəmirsiz, evlənməyə … çatmır, məsuliyyətdən qorxursuz, tutarlı-tutarsız, arqumentləriniz, səbəbləriniz, bəhanələriniz var, olsun. Olsun ey, day çox şeydən keçib. Uşağın günahı nədi, özlərindən xəbərsizlərin səhvinin cəzasını ömür boyu çəksin? Bu şəxsi məsələ deyil, deyən olsun “şəxsi işimizdi, burnunu soxma”. İctimai söhbətdir, ağır söhbət. Atasız uşaq yarımçıqdır, əskikdi, gözü kölgəlidi, başı qapazlıdı, əli uzanıqlıdı…
Qızlar, qadınlar, uşaqlarınıza bədbəxt tale yazmayın. Ani həzzlə 20 il sonranın intihar toxumlarını cücərtməyin. Balalarınızı sındırmayın, əlbət bir gün ayılacaqsız, ikiəlli başınıza qapaz vuranda qapazaltının boş olduğuna yanacaqsız. Cəhənnəmə ki. Uşaqlarınızı yandırmayın. Bu dolanışıqla, idarəçiliklə biz nə Avropa olasıyıq, nə Amerika. Ayaqqablarını niyə geyinək ki? Beş yaşında qızlarınızı sizin dikdaban ayaqqablarınızı geyməyə qoymayın. Hər şey o dikdabandan başlayır. Başlayır və bitmir.
Fimar