Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Qanun və əxlaq arasında itirilən sərhəd

Tarix:15-08-2017, 14:37 Baxış Sayı:165

Qanun və əxlaq arasında itirilən sərhəd

Səadət Cahangir

Bu mövzunu “yazımmı, yazmayımmı” deyə bir xeyli tərəddüd keçirdim. Guya yazmasaq, hər şey ört-basdır edilib gedəcək eləcə. Guya açıq danışmasaq, eyiblərimizi göstərməsək, insanı aşağılıq kompleksinə salan məsələnin səbəbləri üzərində dayanmasaq, hər şey ötüb keçəcək. Guya zaman-zaman görməzdən gəldiyimiz, gizləndiyimiz, qaçdığımız bu gerçəklər hardasa sifətimizə vurulmayacaq,  üzümüzü qızartmayacaq,  üzümüzü qızardır, qürurumuzu sındırır…

Ölkəyə “ərəb axını” ilə bağlı sosial şəbəkələrdə yazılan söhbətləri siz də oxuyursunuz, yəqin ki. Yaxın zamanlarda oxuduğum o paylaşımlardan ikisi haqqında yazmaq istəyirəm. Birinci paylaşımın müəllifi Səbuhi bəy yazır ki, Dubayda taksi sürücüsü onun Azərbaycandan olduğunu eşidəndə, “oho, fahişələr ölkəsi” deyə qarşılıq verib. Əsəbi şəkildə etirazını bildirəndə də adam deyib ki, “bağışlayın, burda ölkənizi hamı belə tanıyır, hətta deyirlər, orda qızı olan ailələr sevinir ki, böyüyəndə pul qazanıb bizi dolandıracaq.” İkinci paylaşımın müəllifi  İlqar bəy isə yazır ki,  iki gün əvvəl Bakıda elit bir kluba diskotekaya gedib. “1000 nəfərdən 490-ı ərəb, 500 nəfəri azərbaycanlı fahişə idi diskotekada. Kim deyirsə, ərəb “padxod” edir, yalan deyir, əksinədi. Ərəb ürəkdən rəqs edir, şənlənir ( bizimkilər belə şənlənə bilmir nəsə), rəqs edir, çıxır gedir. 15 dənədən biri, bəlkə, bizim gecə quşlarının toruna düşə…”

Əslində, sözün bitdiyi yerdir,  “hardan hara gəldik” deyib keçilən nöqtədir. Amma keçmək olmur ki… Canı yanır, içi parçalanır, ürəyi dağılır adamın. Kimsə kimsənin “namus bəkçisi” deyil, doğru. Kimsə kimsənin özəl həyatını mövzuya çevirəcək haqqa da sahib deyil. Lakin özəl həyatmı? Bu ölkədə on illərdir hansı insan faciələrinin yaşandığının fərqində deyilikmi? ABŞ Dövlət Departamentinin “İnsan Alveri” ilə bağlı keçənilki hesabatını xatırlayırsınızmı? Hesabatda Azərbaycanın insan alverinə görə “2 dərəcəli” ölkələr sırasında yer aldığını unutmamısınız ki? “Azərbaycan insan alveri üçün mənbə, tranzit və təyinat ölkəsidir. Kişilər, qadınlar və uşaqlar məcburi əməyə və ya seks alverinə məruz qalırlar. Azərbaycanlı kişi və oğlanlar Türkiyə, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycanda məcburi əməyə məruz qalırlar. Azərbaycanlı qadın və uşaqlar isə ölkə daxilində habelə Türkiyə, Rusiya və BƏƏ-də seks alverinə məruz qalırlar. Azərbaycan, həmçinin Özbəkistan, Türkmənistan, Ukraynadan gələn insanlar üçün əmək və seks alverinin təyinat ölkəsidir. Türkiyə, Avropa, Cənubi və Mərkəzi Asiya ölkələrindən gələn miqrant işçilər Azərbaycanda məcburi əməyə məruz qalırlar. Öncəki illərdə də Azərbaycan Mərkəzi Asiyadan BƏƏ, Türkiyə və İrana insan qaçırmaq üçün tranzit ölkə olub.” Günahı kimdə, harda, hansı ünvanda axtarmaq lazımdır, sizcə? Böyük milyonlara vasitə olan bu ticarətin, alverin, istismarın başında yüksək çinli adamların durduğu aydın deyilmi? Axı böyük nisbət hesabıyla qadınları yüngül həyat tərzinə vadar edən şey elə hüquqi istismardan  yaranan bəladır. Hüquqi istismar böyük təhlükədir, elə təhlükə ki, ondan qorxulu heç nə ola bilməz. Dünyaca məşhur filosoflardan biri F. Bastiat  “Hüquq” əsərində deyirdi ki, “bir cəmiyyətin vicdanında hüququn ədalətsizlik vasitəsinə çevrilməsi qənaətinin özünə yer tapmasından daha vahiməli şey düşünmək mümkün deyil.” Bax, biz o bəlanın öz vicdanımızda yer tapmasına rahatlıqla izin verdiyimiz üçün yaşayırıq bu faciələri. Bir ölkədə hüquq qanunsuzluğu cəzalandırmır, onu müdafiə edir və onun iştirakçısına çevrilirsə, vay o toplumun halına.

Bilirsinizmi, “çiçəklənmə” dövrü orta əsrlərə təsadüf edən qadın istismarında belə əsas məqsəd pul qazanmaq idi. “Qadının cinsi istismarından əldə edilən qazanclarla binalar, gəmilər tikilmiş, kişi “tanrı”ya xidmətçi olmaq öyrədilən qadınları tamamən hüquqsuz hala salan kişi təşkilatları yaranmışdı. 11-ci və 13-cü əsrdə cinsi istismar idarəçilərin diqqətini yoxsul təbəqəyə çevirməklə daha təşkilatlanmış hala gəldi. Məsələn, Alman Məclisi gəzəyən qadınlardan gələn qazancın  şəhərdə qalması üçün bir “ev” açmağı qərarlaşdırdı. Orta əsrdə bu “peşə”ni təşkilatlandırma səbəbi yoxsulları nəzarət altına almaq, onları ərzaqsız və toplumdan kənar tutmaqla bərabər, bacardıqca əzmək, həm də onlar vasitəsi ilə pul qazanmaq idi. Cinsi istismarçılıq çəkici  bir bazar idi və onun satıcıları bununla şəhərlər inşa edirdilər.”

Bu mövzunu  yazmaya da bilərdim. Amma demək istədiyim oydu ki,   ölkə-ölkə, küçə-küçə dolaşan o gəzəyənlər bizi utandıran şeylərin tək səbəbkarı deyil. Onları qəpik-quruş üçün ən alçalmış şəkildə əldən-ələ dolaşdıran canavarlar var. Bu iyrənc işdən böyük pullar qazanan canavarlar. Əlbət ki, heç nə bir insanın özünü bu formada “təslim etməsinə” haqq qazandıra bilməz. Ancaq tərpətsəniz, bəlkə də, iyrənc oyunların qurbanı olan bu qadınların üçdə ikisinin həyat hekayəsindən ağladan insan faciəsi çıxacaq. Makiavelli deyirdi ki, “yaxşı əxlaq üçün yaxşı qanunlar gərəkdir, qanunlar da yaxşı əxlaq olmadan qoruna bilməz.” Əlbət ki, bir toplumu əxlaqlı insanlar idarə edərsə, o toplumda ən gözəl əxlaq nümunələri yaranacaq. Və əxlaqsız bir rejimin əsarətində əzilən toplumun içindən də görünməmiş əxlaqsızlıq “örnəkləri”nin  çıxmasına heyrətlənməyə dəyməz…

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL