19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Son illərdə açıqlanan keçmiş sovet gizli sənədləri bəzi mühüm mətləblərə aydınlıq gətirir. Ona görə ümid edirəm bu yazı hər kəs üçün maraqlı olacaq
1978-ci ilin dekabr ayının 27-də Sovet Kommunist Partiyasının Mərkəzi Komitəsi “Xarici ermənilər arasında işin gücləndirilməsi haqqında” gizli qərar qəbul etmişdi. Bu qərara uyğun olaraq hər il yüz min dollara yaxın vəsait Dövlət Təhlükəsizliyi Komitəsi xətti ilə xaricdəki erməni təşkilatlarına ötürülürdü. 1985-ci ildə Mixail Qorbaçov hakimiyyətə gələndən sonra bu qərar ermənilərlə daha sıx əlaqələr qurmaq üçün onun əlində bir vasitəyə çevrildi. Ermənistanın birinci katibi Karen Dəmirçiyən 1986-cı ilin iyun ayının 25-də Sov. İKP MK-ya gizli məktub yazıb Sovet İttifaqının xarici erməni təşkilatlarına maliyyə yardımı göstərməsinin əhəmiyyətini əsaslandırmağa başladı. O, bunu guya ABŞ, Latın Amerikası, Livan, Fransa və digər ölkələrdə “Daşnaksyutun” partiyasının təbliğatına qarşı durmaq üçün zəruri olduğunu bildirirdi. O, yazırdı: “Burjua millətçi “Daşnaksyutun” partiyasının mətbuat orqanları ABŞ, Latın Amerikası, Livan və Fransada bu ölkələrin erməni icmalarına öz təsirini gücləndirmək üçün onlar arasında antisovet təbliğatı fəallaşdırmağa can atır. Onlar daimi olaraq müxtəlif mənbələrdən maliyyə yardımları alaraq öz mətbuat orqanlarının tirajını artırır və keyfiyyətini yüksəldirlər.” (Rusiya Dövlət Ən Yeni Tarix Arxivi, fond 89, siyahı 13, qovluq 4. P.S. Sənədin səhifə nömrəsini özüm vermirəm, çünki bəziləri müxtəlif yazılarda ona guya öz tədqiqatı kimi istinad etməyə çalışır). Sonda o, təklif edirdi ki, Livanda nəşr edilən “Kraç”, Fransada nəşr edilən “Aşxar”, ABŞ-da nəşr edilən “Praber”, Argentinada çıxan “”Sevan” qəzetlərinə Sovet rəhbərliyi maliyyə yardımı göstərsin.
Sov. İKP MK Siyasi Bürosu K. Dəmirçiyanın məktubunu araşdırılmağı üçün SSRİ DTK-nın sədri Viktor Çebrikova və Mərkəzi Komitə katibi Aleksandr Yakovlevə tapşırdı. 1986-cı ilin avqust ayının 7-də onlar Siyasi Büroya yazırdılar: “Ermənistan KP MK (yoldaş Dəmirçiyan) xaricdə nəşr olunan mütərəqqi erməni qəzetləri kimi Livanda nəşr edilən “Kraç”, Fransada nəşr edilən “Aşxar”, ABŞ-da nəşr edilən “Praber”, Argentinada çıxan “”Sevan” qəzetlərinə Sovet maliyyə yardımı göstərilməsi təşəbbüsü ilə müraciət edib. Kommunistlərin nəzarəti altında nəşr olunan göstərilən qəzetlər Sovet Ermənistanının nailiyyətlərin, bizim dövlətin sülhsevər xarici siyasətini təbliğ edirlər. Onlar maliyyə çətinliyi çəkirlər və öz fəaliyyətlərini davam etdirmək üçün dəfələrə maliyyə yardımı göstərmək xahişi ilə Sovet İttifaqına müraciət etmişlər.” (Rusiya Dövlət Ən Yeni Tarix Arxivi, fond 89, siyahı 13, qovluq 4.) Onlar əlavə edirdilər ki, bu təklifi ABŞ, Argentina, Fransa, Livanda olan Sovet nümayəndəlikləri və Livan kommunist partiyasının rəhbərliyi müdafiə edir. Sonda olar Ermənistan KP MK-nın təklifin müdafiə etdiklərin bildirirdilər.
Bir həftə sonra, avqust ayının 14-də Sov. İKP MK Katibliyi Siyasi Büronun iki üzvünün təklifi əsasında “Kraç”, “Aşxar”, “Praber” qəzetlərinin hər birinə hər il 20 min , “Sevan” qəzetinə isə 10 min Amerika dolları həcmində maliyyə yardımı göstərmək haqqında gizli qərar qəbul etdi. Qərara görə SSRİ Nazirlər Sovetinə tapşırıldı ki, hər il maliyyə nazirliyi bu məqsədlə Dövlət Təhlükəsizliyi Komitəsinə 60 min manat xarici valyuta (yəni 70 min Amerika dolları) ayırsın. (Rusiya Dövlət Ən Yeni Tarix Arxivi, fond 89, siyahı 13, qovluq 4.). Vəsaitin adı çəkilən erməni qəzetlərinə çatdırılması DTK-ya tapşırıldı.
Cəmil Həsənli