19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Yalçın İmanov
Fellininin bir filmi var. “Orkestrin məşqi” (Репетиция оркестра). Uzaq 78-ci ildə çəkilib. Çox mürəkkəb və həddən artıq qəliz süjetdə bir simfonik okrestrin məşqindənbəhs edilir.Jurnalist orkestrin musiqiçilərindən müsahibə alır. Hər bir ifaçı xüsusi sevgiylə özü və ifa etdiyi musiqi aləti haqda danışır, amma az sonra – filmin gedişatında bu sevgi və ünvanlı məhəbbətinsan təbiətinin dərəbəylik meydanına çevrilir.
Filmin tamaşaçıya verdiyi mesaj/lar/ın çox fərqli, bir-birini istisna edən kommentariyaları var. Ağlagələn versiyalardan biri də öz musiqi alətlərinə məhkum edilmişlərin miskin talelərini dəyişmək imkanı, cəhdidir.
Yəqin elə bu səbəbdəndir ki, filmin sonu yorğun, amma qəzəbli dirijorun artıq neçənci dəfə təkrarladığı“hər şey əvvəldən başlanır!”ümidsizliyi ilə bitir.
***
İnsanın özünü dəyişmək cəhdi və daima təkmilləşmək ehtiyacı yaradılışa ironiyadı/yaxşı mənada/, yaranışın qüsuruna eyhamdı /pis mənada/. Bu kontekstdəbaşqasının, lap elə özünün dəyişiminə heç bir məntiqə sığmayan gözləntisadəlövh ağılsızlıqdır.
***
Cinayət Məcəlləsində bir maddə var. 29-cu maddə. Cinayət etməyə cəhd adlanır. Maddənin məzmunu /dispozisiyası/ belədir:“Bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl /hərəkət və ya hərəkətsizlik/, şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur”.
Bir nümunəylə sadə izah. Məsələn, A. B.-ni qəsdən öldürmək istəyir, bu məqsədlə əlindəki silahla onu nişan alıb atəş açır, ancaq atəş B.-dən yan keçir, ona dəymir. Yəni, öldürmür, ictmai təhlükəli nəticə baş vermir.
Başa çatmış cinayətdən fərqli olaraq cinayətə cəhd bir qayda olaraq nəticəsiz cinayətdir, hüquqşünaslar belə deyir.
Cinayətə hazırlığı tövsif edəndə (yəni, əməli CM-yə uyğunlaşdıranda) mütləq CM-nin xüsusi hissəsində (cinayət əməllərinin sadalandığı hissə) nəzərdə tutulmuş konkret cinayət əməlinin qarşısına bir 29 rəqəmi atılır. Yəni, cinayətə cəhd muxtar deyil, mütləq halda başqa bir maddəylə müşayiət olunmalıdır. Məsələn, bayaqkı nümunə belə tövsif olunardı: 29,120.1. CM-nin 120-ci maddəsi qəsdən adam öldürməni nəzərdə tutur. Rəqəmlərin kombinasıyasıbu misalda belə adlanır – qəsdən adam öldürməyə cəhd.
***
Özünü və başqalarını dəyişmək və ya təkmilləşdirmək cəhdidə, cinayətə cəhddəki kimi nəticəsiz fəaliyyətdi. Bir qayda olaraq. Ancaq bunun, bu fəaliyyətin ümumiyyətlə, cinayət olub-olmaması başqa bir mövzunun söhbətidir.
***
Bizim tərtəmiz kişi təbiətli Cinayət Məcəlləsini (görən qadın təbiətli CM necə olardı?!) bir az zərifləşdirib, qadınlaşdırsaq və bu maddəni Azərbaycan məişətinin gündəlik reallığına şamil eləsək, əksər düşüncənin və ya fəaliyyətin qarşısınagərək ki bir 29rəqəmi atıla:Məsələn:29, Azərbaycan cəmiyyətini anlamaq; 29, peşə fəaliyyətindən zövq almaq; 29, özünü və başqalarını dəyişmək və təkmilləşdirmək və s.
***
Adam hərdən həyatı/dünyanı/tutub tövsif eləmək istəyir. Bunu Tanrının əməlinə qiymət /təkcə hüquqimi?!/ vermək də alandırmaq olardı. Amma necə?! 29 və nə?!…