Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Niyə sevilən məmurumuz yoxdur?

Tarix:17-08-2017, 13:36 Baxış Sayı:185

Niyə sevilən məmurumuz yoxdur?

Tonlarla pul qramlıq hörmət qazandırmırsa…

Bu ölkənin hər yerindən kədər tökülür, hər döngədə bir ürəkağrıdan xatirə var, hər evdə bir dərd sandığı mövcuddur. Eyni zamanda bu ölkənin hər yerindən ibrət tökülür. Bu ölkənin hər anı nəsihətdi, hər dəqiqəsi nümunədi, hər saatı tövbə etmək üçün səbəbdi.

Gəlin, bir anlıq düşünək və özümüzə sual edək. Niyə bu ölkədə sevilən, ideal seçilən, simpatiya duyulan vəzifəli şəxs yoxdur? Bu ölkədə pərəstiş olunan müğənni, aktyor, idmançı, yazıçı var. Amma bu ölkədə “mən filan deputatı sevirəm”, “mən filan nazirin fanatıyam”, “mən filan icra başçısına rəğbət bəsləyirəm” deyən yoxdur. Əlbəttə, “zəhmətkeş məktubları”, sabunlu yaltaqlıqlar ola bilər, amma biz səmimi secvgidən danışırıq.

Niyə tonlarla pulu olan adamların, qramlıq hörməti yoxdur? Niyə hansısa məmurla, deputatla şəkil çəkdirib, fərəhlənmirik? Əslində, bu ölkədə sevilən vəzifəli şəxsin olmaması, böyük faciədir. Deməli, bu ölkədə etibar edilən, arxa bilinən, vətəndaşın ürək aça biləcəyi, çiynini söykəyə biləcəyi vəzifəli da yoxdur. Sosial şəbəkələrdə paylaşılan məmur şəkilərinin altından yazılan şərhləri bir yerə yığsaq, 100 cildlik kitab alınar. Təbii ki, bu kitab birmənalı şəkildə “xoş sözlər”dən ibarət olacaq.

Yuxarıda da qeyd etdiyim kimi, bu ölkənin hər yerindən ibrət tökülür. Məmurlar cəmiyyətin münasibətini analiz etsələr, nə qədər böyük yanlışın içində olduqlarını bilərlər. Əgər bu qədər sərvətin qarşılığında “Allah rəhmət eləsin”, “Allah şəfa versin” arzusunu qazana bilmirsənsə, bu qədər sərvət nəyə lazımdır? Bəli, biz dəfələrlə şahidi olmuşuq ki, hansısa vəzifəlinin xəstəliyə tutulması, həbs olunması cəmiyyətdə sevinclə qarşılanır.

Çünki, adamlar başa düşür ki, bu sərvətlər halla yolla qazanılmayıb. İllərlə kirayələrdə çürüyən ailə, 50 evi olan məmuru sevə bilməz. Bank fazilərinin altında əzilən vətəndaş, 10 banka sahib olan məmuru sevə bilməz. Övladı şəhid olan ana, övladını xaricdə bəsləyən məmuru niyə sevməlidir? 116 manatın girovuna çevrilənlər, milyardlara keşik çəkənləri necə sevsin?

Məhz sevilən məmurun olmadığına görə də, bu ölkədə seçkilər saxtalaşdırılır. Bu ölkədə ən reytinqsiz müğənni, ən populyar YAP-çını seçkidə uda bilər. Ən azından ona görə ki, həmin müğənninin hansısa mahnısından zövq ala bilib, amma həmin deputatın dilindən düz söz eşitməyib, həmin deputatın seçiciyə hörmətini görməyib.

Tam məsuliyyətlə semək olar ki, Azərbaycanda ən arzulounmaz təbəqə, vəzifəli şəxslərdi. Ümumiyyətlə, bu ölkədə vəzifəli şəxslər barəsində müsbət xəbər eşitmək mümkün deyil. Heç bir vəzifəli şəxs öz nümunəsiylə cəmiyyətə töhfə verə bilməyib. Bütün vəzifəlilər xalqa xidməti, hökumətə xidmətlə əvəzləyiblər.

Bu ölkədə şərlənərək həbs olunan hər bgir siyasi fəal, ictimai-siyasi xadim, hökumətin bütün komandasından daha hörmətlidir. Gəlin, istənilən səhifədə Qiyas İbrahimin, Mehman Hüseynovun, Gözəl Bayramlının, Seymur Həzinin şəklini paylaşaq. Və daha sonra həmin səhifələrdə istənilən nazirin, icra başçısının, deputatın şəklini paylaşaq və nəticəyə baxaq.

Cəmiyyəti nə qədər yıpratsalar da, nə qədər qorxu mühiti yaratmağa çalışsalar da ictmia rəy hələ də var, ictimai qınaq hələ də yaşayır. Yenə də Rəsulzadəyə sevgi, Elçibəyə rəğbət var. Yenə də ən ağır şərtlər daxilində müxalifətin mitinqinə minlərlə insan toplaşır.

20 ildən artıq vaxt ötüb, birtərəfli təbliğat aparılıb, alternativlər sıradan çıxarılıb. Amma bu boyda təbliğat hökumət komandasının 2-3 sevimli şəxsini üzə çıxara bilməyib. Kimlərsə, hansısa vəzifəliyə tərif deyirsə, dərhal o adama yaltaqlıq rütbəsi verilir. Çünki, bu ölkədə vəzifəli şəxslərin seviməsi üçün səbəb yoxdur. Milyardlar artdıqca, nifrət də artır, qəzəb də. Hətta bütün məmurları bizə sevdirməyə çalışan AzTv də, lətifə mövzusuna çevrilib. Vətəndaşlar ölkə telekanallarını boykot ediblər. Siyasi məhbus ailələrinə imtina ərizəsi yazdıranlar, özləri xalqın imtinasıyla üz-üzə qalıblar.

Bir sözlə, belə idarəçiliyin, belə siyasətin axırı yoxdur. Qorxuyla qazanılan hörmət müvəqqətidir. 24 il ərzində bir nəfər sevilən məmur yetişməyibsə, bu ölkədə sevinməli heç bir hadisə baş verə bilməz. Deməli, xalq sevdiklərini seçməli və bu seçimin arxasında dayanmalıdır.

İlham Hüseyn

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL