Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

ÇALAR SAAT-Üç dəqiqəlik məsuliyyət dərsi

Tarix:18-08-2017, 13:49 Baxış Sayı:216

ÇALAR SAAT-Üç dəqiqəlik məsuliyyət dərsi

FOX tv-nin (Türkiyə) səhər proqramı “Çalar saat”a baxıram. İsmayıl Küçükkayanın təqdimatında. Bu həmin o telekanaldır ki, fevral ayından Azərbaycanda kabel televiziyalar vasitəsilə yayımı dayandırılıb. Birinci vitse prezidentimizin təyininə “Prezident və vitse prezident gecə…Tövbə əstafurullah” atmacasına görə.  FOX-un analitik xəbər xidməti daha sanballıdır, digərlərindən daha baxımlıdır. Çünki daha obyektivdir. Yəni icazə veriləndən çoxunu çatdırmaqdan çəkinmir. Palaza bürünür, amma sürünmür. Həddən artıq müxtəliflik var. Səsləndirilən musiqilərin  təsir gücü deyilənlərdən, göstərilənlərdən az deyil. Özünü, səsini, geymini, bər-bəzəyini göstərmək üçün seçilmir musiqilər. Azərbaycan tv-lərinin səhər proqramları eyni qəlibdən çıxıb. Xəbərlər, əlamətdar hadisələr, qonaqlar, musiqi, əyləncə, ümumi fonda yaltaqlıq. Düşüklük. Əsası, problemsizlik. Pozitiv, saxta pozitiv, zəhlətökən pozitiv. Guya səhərləri ağır xəbərlə açmaq, çətinliklərdən danışmaq, mənəvi, sosial problemlərə yer ayırmaq doğru olmaz. Belə bir tabu yox. Həyatımız axşam nədisə, səhər də odur.

“Çalar saat”ın bu səhərində Küçükkaya ağır bir olayın şərhinə, tamaşaçı ilə müzakirəsinə zaman ayırdı. Veriliş boyu movzuya döndü, ayırmadı, unutdurmadı. Qısaca yazım: İzmirdə 3 yaşlı uşaq balacaları bağçaya aparan mokroavtobusda unudulub. Təhlükəsizlik kəməri bağlı olan uşaq görünür yolda yuxulayıb, bağçaya çatdığından xəbəri olmayıb, pəncərələri qapalı avtobusda qalıb. Düz 8 saat, qızmar günün altında. Həmin gün uşağın qrup tərbiyəçisi olmadığından iki qrupu birləşdiriblər, hamını bir yerdə bağçada keçirilən tədbirə aparıblar. Yəni usagın yoxluğu günboyu fərq edilməyib! Axşam evə getmək zamanı çatanda Alpər adlı uşağın yoxluğundan xəbər tutublar. Və…Alpəri avtobusda cansız vəziyyətdə tapıblar. Rəhbərliyin göstərişi ilə Alpərin valideynlərinə uşağın çarpayısında, günörta yuxusundan ayılmadığı deyilib. Bu qədər acımasızcasına, bu qədər insafsızcasına, insansızcasına, vəhşiçəsinə.  Sonradan müəllimələrdən biri polisə verdiyi ifadəsini dəyişib, vbicdanının onu narahat etdiyini deyərək nəyi necə var, elə də danışıb…Hadisənin olacağı bu.

Indi keçirəm səhər proqramının missiyasına. Bir, faktı gerçək şəkildə ictimailəşdirmək. İki, insanları diqqətli olmağa səsləmək. Üç, ən önəmlisi, hər kəsin məsuliyyətini birər-birər qabartmaq. Dörd-vətəndaş məsuliyyətinin, insanlıq hislərinin ucalığına dönmək.

Bələdiyyənin məsuliyyəti-avtobus pəncərəsiz olduğuna görə istifadə edilə bilməzmiş. Ona görə də qanunsuz fəaliyyət göstərib.

Sürücünün məsuliyyəti-avtobusun salonunu yoxlamadan qapıları bağlayıb.

Gedib gələrkən uşaqlara cavabdeh olan tərbiyəçi həmin gün işdən yayınıb, kimsəni bilgiləndirməyib.

İşə gecikən qrup tərbiyəçisi gələndən sonra vəzifəsini yerinə yetirməyib. Tədbirə qatılan uşaqlarla maraqlanmayıb.

Uşaqlar avtobusdan düşərkən Alpərə fikir verməyiblər. Onun yoxluğunu, tədbirdə iştirak etmədiyini müəlliməyə deməyiblər.

Valideynlər gün ərzində uşağın müəlliməsi ilə əlaqə saxlamayıblar.

Ən bağışlanmaz addım- hamılıqla məsuliyyətdən yaxa qurtarmaq üçün yalan danışmaq barədə razılığa gəliblər.

Üç yaşlı bir körpənin ölümündə nə qədər məsuliyyətsiz insan, günahkar var. Televiziya bunu hansısa bədbəxt hadisə kimi çatdırmır, faktı əhəmiyyətsiz hesab etmir, taleyin, qismətin ayağına yazmır. Əksinə, cinayət səviyyəsində məsuliyyətsizliyi ictimai qınaq həddinə çatdırır, dövlətin məsuliyyətini başa keçirir. Bunu baxımlı saatda, baxımlı proqramda, peşəkar aparıcı ilə edir. Faciəni şouya çevirmir, reklam üçün tamaşa qurmur. Alpərlər niyə reklama vasitə olsun ki.

Televiziya baxmaq üçün deyil, öyrənib yaşamaq üçündür.

FİMAR

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL