19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Ölkədə “yaxşı xəbər” qıtlığı yaranıb
Hökumətin təbliğat maşını inkişaf saçan məhsullar istehsal etməyə çalışsa da buna nail ola bilmir. Çünki, tənəzzül saçan məhsullar ölkəni elə bürüyüb ki, inkişaf saçan məhsulun siması görünməz olub. Vəziyyət o həddə çatıb ki, hökumətin qazanından qidalanan saytlarda da xoş xəbər eşitmək müşkülə dönüb. Hansı xəbər portalına qədəm qoysaq, avtomobil qəzası, intihar, ixtisar, qətl xəbərləriylə qarşılaşırıq.
Məsələn, bu günün xəbər başlıqlarının bir neçəsinə nəzər salaq. “Ərəb turistə qarşı dələduzluq”, “Oğuzda ağır qəza, ölən var”, “Yataqxana sakinlərinin başına çirkab axıdılır”, “Toy karvanında dəhşətli qəza”, “Hökumətin orta aylıq əmək haqqı yalanı ifşa olundu”, “Paşa Holdinq 100 milyonluq yeni otel tikdirir”, “Əfqan Muxtarlıda şəkər xəstəliyi yaranıb”, “Azərbaycan hakimiyyətinin adı 340 milyonluq rüşvət qalmaqalında”, “Moodys” Azərbaycanla bağlı bədbin proqnoz verdi”, “Eldar Mahmudovun oğlu Fransada şərab zavodu açır”, “Daha bir sayta bloklandı”, “İlkin Rüstəmzadənin həyatı təhlükədə”, “SOCAR-ın xarici borcu artıb”, “Rayonda əkin sahələrini aftafa ilə suvarırlar”.
Bu sıralamanı genişləndirmək də olar və daha dəhşətli xəbərlər ötən günlərdə qalıb. Təbii ki, gün yeni başlayır və qarşıda “sürpriz”lər ola bilər. Diqqət etdinizsə, biznes xəbərləri də məmurlarla bağlıdır. Qısası, nəzər çatdırmaq istəyirik ki, Azərbyacanda xoş xəbər eşitmək qeyri-mümkün hala çevrilib. Qiymət artımları, cərimələrin sərtləşdirilməsi, ədalətsiz məhkəmə hökmləri, səhiyyənin yarıtmazlıqları, təhsildəki rüsvayçılıqlarla bağlı xəbərlər meydan sulayır. Çoxdandır ki, “filan ailələrə yardım edildi”, “təhsil haqqında güzəştlər tətbiq olundu”, “məcburi müalicəyə ehtiyacı olanların problemi həll edildi” kimi xəbərlərə rast gəlmirik. Əlbəttə, xeyriyyəçiliklə bağlı xəbərlər çoxdur, amma bu xeyriyyəçiliyin ölkə vətəndaşına aidiyyatı yoxdur. Heydər Əliyev Fondu dünyanın hər yerində yıxılana əl uzatmaqla məşğuldu, hətta itlərə otel tikdirməyi, krakadiləri müdafiə etməyi, fillərə qayğı göstərməyi də unutmurlar. Bəli, bu boyda səltənətdən vətənmdaşa qalan iztirab, dərd, ah-nalədir.
Mövcud hakimiyyətin Azərbyacana bəxş etdiyi “nemətlər” bəd xəbərlərdən ibarətdir. Adamlar bəd xəbərlərə o qədər adaptasiya olublar ki, hər hansı xoş xəbərin sədası gələndə də əhəmiyyət vermirlər. Məsələn, “kredit borcları bağışlanacaq”, “qiymətlər endiriləcək”, “iş yerləri açılacaq” kimi xəbərlərə insanlar ikrah hissiylə yanaşırlar. Çünki, 24 ildir yalan vədlərin mühasirəsində yaşayırıq.
Günümüzün reallığı budur ki, ölkədə ürəkaçan heç nə yoxdur. Alov qüllələrinin, olimpiya stadionunun, “Fomula-1” in, dolma festivalının və digər kosmetik uğurların Azərbaycana və ölkə vətəndaşlarına heç bir aidiyyatı yoxdur. Bu ölkədə nə varsa, nəyi uğur kimi təqdim ediblərsə, hamısı hökumət komandasının şəcsi maraqlarını təmin edir. İstənilən “uğur”un altında korrupsiya var. Hətta pambıqçılıqdan tutmuş, heyvandarlığa qədər bütün sahələrin inkişaf etdirilməsiylə bağlı fəaliyyətlərin mərkəzində də büdcədən pul silmək dayanır. Nəticədə pambıqçılıq təbliğatı da Naz-Lifan təbliğatının gününə düşəcək.
Müxtəsər, bu təfəkkürlə, belə idarəçiliklə ölkəyə xoş xəbər gətirmək olmaz. Əgər bütün fəaliyyətlərin məqsədi bəddirsə, talamaqdırsa, məhv etməkdirsə, eşidəcəyimiz xəbərlər də adekvat olacaq. Bəli, bu komanda təkcə sərvətlərimiz talamadı, həm də bu xalqı xoş xəbərlər eşitməkdən məhrum etdi. Hər gün xəbər saytlarına göz atanda bütün sahələrdəki acınacaqlı vəziyyəti daha çılpaq şəkildə görəcəyik.
Nə qədər ki, ölkə vətəndaşları xoş günlər uğrunda mübarizəyə qoşulmayacaq, bu ölkədə pis xəbərlər liderlik edəcək. Ölkədə yaxşı vətəndaş qıtlığı yarananda, yaxşı xəbər qıtlığı da yaranır. Deməli, problemin həllinə özümüzü islah etməklə start verməliyik. Pis adamların pis xəbərlərindən xilas olmaq lazımdı. Pis idarəçilik qəzaya düşməsə, pis idarəçilik intihar etməsə yaxşı xəbərlərə həsrət qalacağıq.
Samir