Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Ölkəyə “satılır” elanı vurulubsa….

Tarix:22-08-2017, 12:53 Baxış Sayı:236

Ölkəyə “satılır” elanı vurulubsa….

Bir müddət əvvələ qədər ölkəyə “sabit ağır” diaqnozu qoyulmuşdu. İndi isə ölkənin vəziyyəti qeyri-sabit ağırdı.Yəni, sürətlə pisləşməyə doğru gedir. Təbii ki, vəziyyət ağırlaşdıqca “inkişaf mələkləri” cərimələri sərtləşdirir, qiymətləri qaldırır, ixtisarları sürətləndirir və.s Hökumət komandası arasında belə fəaliyyətə “islahat” adı veriblər. Sən demə, vəziyyətdən çıxmaq üçün vətəndaşı dalana salmaq lazım imiş.

Son dövrlər ən çox eşitdiyimiz xəbərlər cərimələrlə bağlıdır. Milli Məclisdə müzakirələr bu istiqamətdə gedir, statisik məlumatlar daha çox cərimə rəqəmlərini tirajlayır. Məlum olur ki, 1 gündə 5000- 8000 sürücünü cərimələyiblər. Ötən gün isə xəbər saytlarında məlumat yayıldı ki, avtomobilinə “satılır” yazan sürücülər də cərimələnəcək. Fiziki şəxslər üçün 50 manata qədər, vəzifəli şəxslər üçün 150-200 manat, hüquqi şəxslər üçün isə 500-2000 manat cərimə müəyyən edilib.  Deyilənə görə qanun belə tələb edir. Əgər qanun belə tələb edrisə, deyəcək sözümüz yoxdur. Əslində, bizi maraqlandıran məsələnin başqa tərəfidir. Niyə ölkəni satışa çıxaranlar da cərimələnmir? Niyə, məktəbi, xəstəxananı, məhkəməni, hərbi komissralığı, seçki məntəqəsini alış-veriş yerinə çevirənlərə cərimələr tətbiq edilmir? Ölkənin üstünə “satılır” yazılıbsa, avtomobilin üstünə “satılır” yazılması niyə qanun pozuntusu sayılır?

Bu ölkədə bütün dəyərlər satışa çıxarılıb və satışa çıxaranlar ən mötəbər şəxslər kimi təqdim edilir. Avtomobilinə “satılır” yazan şəxsin boğazına çökən qanun, yüzlərlə avtomobili haram yolla əldə edənlərin boğazına çökə bilmir. Bu ölkənin məhkəməsində ədalət, məktəbində imtahan qiyməti, səhiyyəsində müalicə satışa çıxarılıb. Bu ölkənin bugünü və sabahı satışdadı. Bu qədər “satış obyekti” varsa, avtomobilinə “satılır” yazan adamı cərimələmək nəyi düzəldəcək? Vicdanını satışa çıxaranlar təltif olunursa, şəxsiyyətini arendaya verənlər alqışlanırsa, maşınına “satılır” yazanlar niyə cərimələnməlidir? Bu ölkədə ən qanuni satış edənlər, məhz maşınına “satılır” yazanlardı. Çünki, o satışdan dövlətə və xalqa zərər gəlmir. Çünki, o satışda halallıq var, bir ailənin ruzisi var və.s Amma ölkənin sükanı arxasında oturub, xalqın taleyini satışa çıxaranlara ölüm cəzası düşür. 123 milyard dollar nefti satıb, ölkəni borc bataqlığına salıblar. Özləri saysız-hesabsız əmlkaları satın alıblar, vətəndaşın qarşısına isə “böhran” elanı qoyublar.

Əgər ölkədə qanunlar işləsəydi, avtomobilinə “satılır” yazanı cərimələmək olardı. Amma qanunların futbol topuna çevrildiyi ölkədə belə cərimələr gülməli görünür. Belə çıxır ki, qanun yalnız sadə vətəndaşlar üçündü, qanunu pozmaq isə hökumətin müəqqdəs borcudur? Ümumiyyətlə, sürücülük vəsiqəsinin pulla satıldığı ölkədə, avtomobilinə “satılır” yazanların cərimələnməsi unikal hadisədi. Deməli, sürücülük vəsiqəsini satmaq olar, amma sürdüyün avtomobilə “satılır” yazmaq olmaz.

Bundan sonra sürücülər də hökumət kimi hərəkət etməlidir. “Satılır” yazmadan, satmağı bacarmaq lazımdır. İnsafən, dövlət qurumlarının üstünə “satılır” yazılmayıb, amma hamısında “satış” prosesi gedir. Həbsdə 100-dən artıq siyasi məhbus var. Məhkəmənin önünə “satılır” yazılmayıb, amma günahsız adamlara cəza biçən xeyli hakim ədaləti rahatlıqla satdı.

Bəli, xırda satışlar qanunla qadağandır, böyük dəyərləri satmağı bacarmaq lazımdı.

Ilham Hüseyn

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL