Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Erməninin məğlubiyyətə bərabər qələbəsi

Tarix:24-08-2017, 11:58 Baxış Sayı:249

Erməninin məğlubiyyətə bərabər qələbəsi

Gözümüz aydın! “Qarabağ” daha bir mərhələ adlayıb gerçəkdən, tarix yazdı. Quzeyli-güneyli azərbaycanlılara, dünyaya səpələnmiş bütün soydaşlarımıza sevinc bəxş edib düşmənlərimizi pərt elədi. Bravo!


Bu, şübhəsiz ki, həm də Qarabağ adına möhtəşəm bir uğurdur. Bununla Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz parçası kimi təbliğinə növbəti, unikal bir töhfə verdi Qurban Qurbanovun komandası.


Hərçənd, bu, hələ son deyil. Daha böyük uğurlar mümkündür və İnşallah olacaq! Yetər ki, bunu təkcə komanda yox, hamımız ürəkdən istəyək, qələbəyə hamılıqla təşnə və səfərbər olaq, “Qarabağ”a elliklə sahib çıxıb dəstək olmağı bacaraq...

*****

Ötən gecəki oyun - adi idman yarışı, adi futbol matçı deyildi bizdən ötrü. Əsl döyüş idi ki, var. Top-tüfəngsiz döyüş. O gecə sanki danimarkalılara yox, ermənilərə qarşı oynayırdıq, ermənilərə qarşı mücadilə edirdik. “Qarabağ”ın vurduğu həlledici qol da ermənilərin qapısına vurulmuş top kimi gəldi mənə.

Çoxdandı belə bir həyəcan qarışıq coşqu yaşamamışdıq. Təşəkkürlər, Qurban bəy, təşəkkürlər komanda üzvləri və onları hər cəhətcə uğura aparanlar! Təşəkkürlər, qələbə omasa da, qələbəyə bərabər məğlubiyyət üçün.

Hər halda bütün işlərdə əsas nəticədir. Uğura qədər olan taktika müxtəlif ola, müvəqqəti məyusluqlar yaşana bilər. Önəmlisi əlbəttə ki, yekundur, finişə birinci çatmaqdır. Bu mərhələdə bunu bacardıq, yekunu Azərbaycan adına rəsmiləşdirə bildik. Təki həmişə sonuc Azərbaycanın xeyrinə olsun – arada büdrəsək də, yekunda udaq!

Qarabağ uğrunda mübarizə də elə. Olsun ki, Ermənistan Qarabağ uğrunda müharibədə özünü qalib sayır. Fəqət, o qalibdirmi? Qalib beləmi olur? Yox. Əvvəla, Qarabağ uğrunda müharibə, mübarizə hələ bitməyib. Düşmən ötən ilin aprelini də yaxşı yadda saxlasın. Erməni ilə bizim haqq-hesabımız hələ qabaqdadır - əgər təbii ki, ona kimi xoşluqla “daşı ətəyindən tökməsə”.

Həlledici döyüşün qaçılmaz olduğunu əslinə qalsa, ermənilər özləri də əla bilirlər. Onu da bilirlər ki, onların “qələbəsi” gerçəkdə məğlubiyyətə bərabər bir qələbə kimidir, acı qələbədir, “Pirr qələbəsi”dir. Niyə?

Ona görə ki, bu “qələbə” erməni xalqına, Ermənistana iztirablardan başqa, rusun köləsi olmaq kimi acınacaqlı aqibətdən başqa heç nə gətirməyib. Heç kim də Dağlıq Qarabağı nə müstəqil dövlət, nə də Ermənistanın tərkib hissəsi kimi tanımağa hazırlaşmır. Hazırlaşsaydı, bunu 30 ildə edərdi. Bu nə qələbədi və ona görə indi də davam edən bunca canlı, maddi itkilərə dəyərdimi?

Müharibəni guya udan Ermənistan, amma diqqət edin, Azərbaycan, onun əhalisi qat-qat yaxşı durumdadır, nəinki ermənilər. Qarabağ problemi həll edilməmiş qaldıqca bu fərq daha da böyüyəcək – ermənilərin ziyanına təbii ki. “Qarabağ”ın qələbəsi də zatən, bizim düşmən ölkə üzərində üstünlüyümüzün, ondan qat-qat uğurlu vəziyyətdə və qat-qat imkanlı olmağımızın növbəti sübutu, nəticəsidir.

Bu məqamda bir xatırlatma: 2-ci Dünya müharibəsindən illər sonra rus yazıçılarından biri Qərbi Almaniyada olur və almanların dağıdıcı müharibədən sonra xeyli yaxşı yaşadığını görüb heyrət içində deyir: “Bu, necə olur, savaşı udan biz, amma almanlar yaxşı yaşayır”. Erməni bu dərsi də, “Qarabağ”ın verdiyi dərsi də unutmamalıdır...

*****

Nə isə, biz “Qarabağ”ın timsalında bacardıq. Allah qoysa, döyüş meydanında da bacaracağıq. Yetər ki, hər kəs öz üzərinə düşəni vicdanla yerinə yetirsin – siyasət adamı siyasətçi kimi, məmur məmur kimi, diplomat diplomat kimi, jurnalist jurnalist kimi, idmançı idmançı kimi öz işini keyfiyyətli görsün. Və yetər ki, təşkilatlanmağı bacaraq və döyüşdə də vahid komanda kimi, bir olaq.

Bizim üçün, Qarabağ üçün başqa qurtuluş yoxdur. “Qarabağ”ın uğuru göstərdi ki, bu millət qalib gəlməyi, güclüləri belə yenməyi bacarır – o ki ala onun-bunun qucağına sığınan zəifləri, erməniləri. Aprel savaşı da göstərdi ki, işğalçı ilə haqq-hesab çəkmək olar, hələ o yana da keçmək olar.

Ancaq eyforiyadan uzaq olmağı da bacarmalıyıq. Unutmayaq ki, ermənilər, erməni lobbisi “Qarabağ”ın uğurunun siyasi-təbliğati effektini azaltmaq üçün bundan sonra əlllərindən gələni edəcəklər. Artıq başlayıblar da.

Məsələn, əsla imkan vermək olmaz ki, “Qarabağ” klubu beynəlxalq KİV-lərdə, UEFA saytlarında, nüfuzlu qəzetlərdə ermənilərin arzuladığı kimi – sırf Ağdamın futbol klubu kimi təqdim olunsun. Bəli, o, rəsmən Ağdamı təmsil edir. Ancaq daima “Qarabağ” - Azərbaycan kimi təbliğ olunmalıdır. Çünki biz artıq beynəlxalq arenadayıq. İşğalçı ilə təbliğat savaşı indi bu arenada gedir.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL