29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Ədliyyə Nazirliyinin uşaqlara ad qoyma idarəsinin müdiri, öz adı da çox qəribə olan bir xanım deyib ki, bu il millətimiz ilk dəfə Dəfinə adından yararlanıbdır.
Sevindirici haldır. Uşağa belə ad qoymaqla millət neft gəlirlərindən, qızıl tapacağımızdan, nə bilim, xoşbəxt kommunizm quruculuğu yolunda inamla addımlamağımızdan ümidini kəsmədiyini nümayiş etdirmişdir. Üstəlik, axırı “ə” hərfi ilə bitdiyindən böyük ehtimal bunun qız uşağı olmasını zənn edirik. Demək uca millətimiz Bəsti, Kifayət adlarını da arxivə verir, daha qız uşağı doğulanda xəzinə tapdığını fikirləşir. Halal olsun. Belə getsə biz hətta Amerikanı ötüb keçərik. Yandı UZİ işlədənlərin dədəsi...
Ancaq yenə də işıqlı gələcəyə gedən yolumuzun üstünə avtoş məmur balalarının çıxması təhlükəsi vardır, dünən onlardan bir-ikisinin üç-dörd adamı basdalaması xəbərləri atmosferdə dolaşırdı. Bəs indi biz nə edək? Məncə xalqa müəyyən məsləhətlər verməliyik.
İlk olaraq avtomobil yollarından mümkün qədər uzaq dolaşmalıyıq. Səki təkcə piyadalar üçün nəzərdə tutulmayıb, bunu bilin. Ora dükana pilləkən, bara keçid, qonşu qalaktikaya deşik, paralel kainata uçuş nöqtəsi və sairə kimi istifadə edilir bizim ölkədə. Həmçinin, avtomobillər üçündür. Avtomobil saxlamaq, sürətin başını yığa bilməyəndə dırmaşmaq, başqa məmurbala ilə ötüşərkən çıxıb kimisə vurmaq və sairə də səkidən istifadə qaydaları haqda qanunumuzda açıq yazılıbdır.
Əgər səki ilə hərəkət etməkdən başqa əlacınız yoxdursa uzaqdan “Range Rover”, “Gəlindabəvaqen” tipli bahalı maşın gəldiyini görsəniz dərhal qaçıb bir dirəyin-filanın dalına uzanın. Sağ qalmaq ehtimalı müəyyən qədər yaranır. Hətta maşın üstünüzdən keçəndən sonra ayağa durub “Ya Qarabağ, ya ölüm”, “Təki vətən yaşasın!”, “Biləcəri keçilməz!” hayqırıb əlinizdəki torbanı maşına atmaq da olar. Bu zaman ətraf müşahidəçilər sizi tanka qumbara atan milli qəhrəman kimi təsəvvür edəcəkdir. Bəxtiniz gətirsə, hadisənin videosunu kimsə telefonla çəksə sosial şəbəkə qəhrəmanı olaraq Mark Zukerberqdən “1-ci dərəcəli Layk medalı” qazanarsınız.
Qaçıb ağaca çıxmaq, açıq kanalizasiya lyukuna girmək, ictimai nəqliyyatın altına tullanmaq kimi üsullar da var. Axırıncını ona görə yazıram ki, qoy insanı vuranda avtobus vursun, hansısa icra hakiminin müavinin oğlu vuranda bu hadisədə ictimailik səviyyəsi aşağı olur. Avtobusda isə millət gedir. Belə ölüm insanın xalqa yaxınlığını da artırır.
Dünən mən internetdə nazirlərimizin Bakıda çərpələng uçurtmasını da gördüm, Xalid Hüseyni-nin “Çərpələng uçuran” romanını xatırladım. Zarafat edirəm, o romanın bizim mövzuya heç dəxli yoxdur. Ancaq avtoş məmur balalarına tuş gəlmək ehtimalı olan zəhmətkeşlərimizə çox dəxli var. Düşündüm ki, gərək biz özümüzlə çərpələng gəzdirək. Məmur balası maşını üstümüzə sürəndə çərpələngi uçurdub havaya qalxaq. Yuxarıdan “Vura bilmədin, vura bilmədin!” deyə yanıq vermək, cırnatmaq da olar.
Eyni zamanda, məmur balası ilə toqquşmanın endşpil mərhələsi, yəni, ölümdən sonrakı həyatımız da öncədən planlaşdırılsa yaxşı olar. Çünki bütün sığorta tədbirlərinə baxmayaraq bəzən əcəldən qaçmaq olmur. Gərəkdir hər bir düşüncəli vətəndaş vəsiyyətini hazırlayıb orada məmur balasından ölümündən sonra nə gözlədiyini konkret yazsın. Harda uşaqlarına ev istəyir, arvadı hansı sayta intervü verib məmura minnətdarlıq etməlidir, yeznəsinə dükan açılmasını, bacanağının neft şirkətində işə götürülməsini, qohumlardan kimin dövlət hesabına sünnət edilməsini və sairəni yazıb qoysun. Yoxsa avariya olur, görürsən qarşılıqlı anlaşma çətinləşir, bir sürü jurnalist də ordan-burdan dızıldaşır... O cümlədən, nazir uşağı vursa nə istəyirik, icra başçısının oğlu öldürsə nə - bunlar ayrı yazılsa yaxşı olar.
Anlaşma demişkən, ABŞ Qarabağ davasına, ATƏT-in Minsk qrupuna təzə həmsədr göndərib, bu da Şofer adamdır. Ciddi sözümdür, həmsədrin adı Endryu Şofer-dir. Təsəvvür edin, hətta bunlar da bizim avtoş millət olduğumuza, “Lazım”ın maşınla gələcəyinə işarə vururlar.