Anons

Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

İtə çalınan toy...

Tarix:24-04-2017, 13:28 Baxış Sayı:272

İtə çalınan toy...

Həyatın bəzi məqamlarda durumumuzun nə qədər ağır olduğunu göstərmək üçün iti misal başı eləyirik. İnsafən, indiyəcən it gün-güzəranının bərbadlığı haqda nəsə ifadə eləməyib bizə. O bizik ki, çox şeyi aparıb itin başına bağlamışıq. İndi bir iş adamı hamımızın adından itə “yaxşılıq” eləyib, toy çaldırıb. Düşmüşük biçarənin üstünə ki, qardaş utanmırsanmı?! Bəs görəsən, utanmağıma dəyərmi? Bizdən, özündən, toyda itin şərəfinə, yəqin ki, maddiyyatla bağlı mahnı oxumağa məcbur qalan aşıqlardan və sair...

Əvvəlcə başlayaq özümüzdən. Yəni evimizdə it oldu-olmadı, onu nə zaman yad eləməyimizdən. Çəkdiyimiz bütün əzabların nə qədər ağır olduğunu ifadə eləmək üçün bəzən deyirik ki, “it gününə qaldım”...

Ya da adam o qədər işləyir ki, “it kimi yoruldum” deyir...

Fürsətdən istifadə eləyib kiməsə “itin sözünü” söyləməyə can atırıq...

Ehtiyacımız olanda susub, sonra “itin sözünü eşitdim” deyirik hirsimizdən...

Kiminsə yalanının üstünü açıb, “ filankəsi itdən betər elədim” söyləyib sevinirik də hərdən...

“İtin abrını” verib tənbehlədiyimiz adamlar da olur...

Deyinənə “it kimi hürür” söyləyib bəzən nənələrimiz acığından, biz də gülüşmüşük...

Sonra o da gülüşümüzü eşidib “itdən alıb, itə verib”bizi...

“İt kimi ulayacaqsan” qarğışı var hələ...

“İtə oxşayır” söyləyib ələ salınan azmı olub?...

“İtin balasıdır, yalan söyləyən!” deyib and içib həqiqətə inandıranlar da var aramızda...

“Ay itin balası” deyib əzizləyənlə də rastlaşmışıq...

“İt kimi hürmə” deyənlər də olur bir-birinə, savaşanda...

Birinə ziyan vurmaq, ya da əksinə vurmamaqdan “it kimi peşman olanlar”da var aramızda...

Hətta sevgilisindən ayrılanların dilindən “indi get, amma bir gün gəlib it kimi yalvaracaqsan!” hikkəsi ilə də qarşılaşmışıq.

İçində itlə bağlılığı olan alqışın, qarğışın, əzizləmənin, tənqidin, tərifin, təhqirin, sevginin siyahısını uzatmaq da olar. Hər işimizin, içində itlə bağlı zərbül-məsəl mütləq var. Allaha acıq getməsin bircə o qalıb ki, itə and içək.

İndi, qardaşlar, biz o toplumuq ki, işimizin xeyli hissəsini zaman-zaman itə bağlayırıq. Və bu gün bir iş adamı itinə toy eləyib. Bilmirəm, bəlkə də bu, onun gördüyü çoxsaylı xeyriyyə işlərinin tərkib hissəsidir? Bəlkə kişi onlarla adamı da evləndirib, oxudub, ev tikib, müalicə elətdirib və sair?!... İndi nəhayətində adından bu qədər işimiz keçən itinə də bir toy çaldırıb. Hamımızın əvəzinə təşəkkür eləyib. Düzdür, mənə müəllif olaraq onun oğlan ya qız evi olduğu dəqiq məlum olmasa da, bir iş adamının fəaliyyəti boyu gördüyü ən vacib işlərdən birini eləyib. “İtinə adam kimi toy tutub”. Amma, məsələn, yenə də mənə bu itbaz iş adamının fəaliyyətinin başqa tərəfləri maraqlıdır:

-Adam nə qədər böyük biznes sahibidir?

-“Krışası” varmı? Varsa kimdir?

-Dövlətə nə qədər vergi verir?

-İşini neçə mühasibatlı qurub?

-İşçilərə verdiyi minimum və maksimum əməkhaqqının məbləği nə qədərdir?

-Onların sosial və sadələşdirilmiş vergisini ödəyirmi? Yoxsa bundan qaçmaq üçün çoxu kimi, o da 12 saat işlətdiyi adamlar günəmuzd yox, işəmuzd müqavilə bağlayıb?

Yəni suallar çoxdur. Siz bu toyu da, o iti də goranboylular demiş, boşduyun. Çünki nə qədər gizləsək də, gözəlim məmləkətdə “itə də bir əppək borcu var” çoxumuzun...

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL