Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Düzlük naminə savaşan “tərs” adamlar

Tarix:11-09-2017, 14:40 Baxış Sayı:223

Düzlük naminə savaşan “tərs” adamlar

Səadət Cahangir

Həyatda bəzi peşələr daha fərqlidir. O peşənin əsl sahibləri də bənzərsizdirlər, çoxlarında olmayan özəllikləri var. Çox halda o özəllikləri “kapriz” kimi qəbul edirlər. Amma həmin “kaprizlər” belə onların “önəmli adam” statusuna mane ola bilmir. İki gün əvvəl Dünya Hüquqçular günü idi. Bir az gecikmiş olsa da, qanun və hüququn saya salınmadığı cəmiyyətdə onların davasını aparan vəkillərdən danışmaq istəyirəm. Davalarında inadkar, sərt, dirənişçi olan vəkillərdən. Vicdanlı, peşəkar, təmənnasız, eyni zamanda dürüstlük, doğruluq, yaxşılıq adına tutduğunu qoparanlardan. Bəzən bu “höcətliyi”nin ağrısını çəkən, hücumlara məruz qalan, şər maşını tərəfindən özü hədəfə gələnlərdən. Saxta ittihamlarla mühakimə olunan müvəkkillərinin müdafiəsində qətiyyətlə dayanarkən, özləri absurd ittihamlarla üz-üzə qalanlardan. O şəxslərdən ki, həmin o hüquq və qanun adına müdafiə etdiyi müvəkkilləri kimi çarmıxa çəkilsələr belə, güzəştə getməzlər. O şəxslərdən ki, girdiyi davanın başına bəla olacağını anlasalar belə, geri durmazlar. O şəxslərdən ki, peşə təcrübəsi müddətində vəkillik etdiyi bütün işlərin üzərinə tərəddüdsüz “yalnız qanun naminə” möhürü vurub, rahatca kənara qoya bilərsiniz…

Vəkillik çətin işdir, elə jurnalistlik qədər çətin. Hər ikisi dünyanın ən riskli peşələri sırasında yer alır. Hər ikisinin üstündə böyük ölüm riski var. Bəzən hətta müdafiəçisi olduğunuz vecsizlərin də güdazına gedə bilərsiniz. Bilirəm ki, peşəkar vəkillərin həyatından haçansa oxuduğum bu hekayət xoşlarına gələcək. Nə qədər acımasız olsa belə… Portuqaliyada Sophie Lagoa adlı 27 yaşlı qadın yol polisi tərəfindən həbs olunur və “avtomobili sərxoş vəziyyətdə idarə etmək” ittihamı ilə məhkəməyə göndərilir. Qadın ağır cəzadan xilas olmaq üçün yaxşı tanınmış bir vəkil tutur. Vəkil Eduardo Borja Sophieyi cəzadan qurtarmaq üçün peşəkarcasına çalışır. Məhkəmədə vəkilin qanuni əsasları sayəsində sərbəst buraxılan yaramaz Sophie bəraət qərarını qeyd etmək üçün yenidən bara gedir. Qadın sərxoş olana qədər içir və bu halda yenidən sükan arxasına keçir. O yolda bir piyadanı elə vurur ki, adam sürüklənib 20 metr kənara düşür və ölür. İslaholunmaz Sophie isə həbsxanada öyrənir ki, avtomobili ilə vurub öldürdüyü adam onu keçən gün həbsdən xilas edən vəkili Eduardo Borja imiş…

Azərbaycan kimi ölkələrdə vicdanlı vəkil olmaq hər kəsin işi deyil. Bu iş günahsız adamların üstünə sürülən böyük tonnajlı maşının təkərlərinə çomaq soxmağa bənzəyir. Cəza maşınını durdura bilməsən belə, var gücünlə əngəl olmağa çalışırsan. Başına nə bəla gələrsə, gələr artıq. İndi bu ölkədə az sayda qalan o dəyərli vəkillər də bu “tərslik”lərinin cəzasını çəkirlər. Ölkəni cərimə meydançasına çevirənlər onları da rahat buraxmırlar. Amma bəzi adamlar yaranışlarından “tərs”olsalar da, hər zaman düzlük naminə savaşıb durarlar. Onlar ki, qanun və vicdan sözünü bayraq etmiş adamlardır, heç bir halda öz əsl kimliklərinin əleyhinə çevrilməzlər. Onlar azadlıq şeirlərini, inqilab nəğmələrini, üsyan bəstələrini sevən rəngli adamlardır, heç bir halda öz “zövq”lərini korlamazlar. Onlardan bir neçəsini lap yaxından tanıyıram. Sayları azdır, adlarını siz də bilirsiniz. Yaxşı ki, onlar var…

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL