Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Gerçəkləri görməzdən gələnlər!

Tarix:13-09-2017, 13:11 Baxış Sayı:210

Gerçəkləri görməzdən gələnlər!

Xaliq Bahadır

Xalqın çoxdan oğru-korrupsioner, çapqınçı-soyğunçu rejim ruporu olaraq tanıdığı AzTV-lər yolsuzluq yolçularıyla dolub-boşalmaqdadır (deyilənə görə). 24 ilin yalançı AzTV-lərinə indi kim inanasıdır? Ən azı, kor-kor, gör-gör gerçəyindən az-çox ağlı, düşünmək bacarığı olan kimsə AzTV-lərin indiki qaraqışqırıqçı yalanlarına azacıq da olsa inanan deyil, ancaq… rejim üçün saman çöpünə əl atmaq gərəyi yaranıb.
Çox pis ilişiblər! İlişmək var, ilişmək var – bu ayrı ilişməkdi! 24 illik soyğunçuluq faktının soyundurulması faktı ilə üzləşiblər! Bütün dünya qarşısında “kral lütdür!” obrazındadırlar! İllərlə xalqı aldatmaq üçün televiziya ekranlarından barmaq silkələyib “məmur qudurğanlığından” danışan, dönə-dönə qudurğan məmurları cəzalandıracağını desə də, indiyədək onlardan birini də cəzalandırmayan prezident 24 ildən bəri yaratdıqları korrupsiya rejiminin gec-tez doğurmalı olduğu qaçılmaz görsənişlə üzləşib.

Olduqca çətin durumdadırlar, buna görə indiyədək danışdırmağı gərəkli bilmədiklərini danışdırırlar: Diplomat Tofiq Zülfüqarov, biznesmen Mübariz Məsimov, vəkil Elçin Qənbərov. (Hələ çox “minalarını” partladacaqlar!) Alınmır, alınmayacaq: ortadakı faktın PARLAQLIĞINDAN, ölkədəki GÖTÜRÜM durumdan çıxış yolu yalnız hakimiyəti atıb qaçmağa qalır!

Burada sözügedən üç adamın üçü də ÖLKƏNİ, DÖVLƏTİ ÇÖKÜRTMƏYƏ yönəlik BÖYÜK KRİMİNAL faktına QULLUQ yolu tutduğundan özlərini… yolsuzluq yolçusu olaraq tanıtdılar!
Kimlərsə M.Məsimovu qorumağa qalxıblar. Görəsən kimlər? Sözsüz, yolsuzluq yolçuları! Bütünlüklə korrupsiya bataqlığına batırılmış “Azərbaycan dövləti” ilə bağlı açıq-açığına yalançı “inkişaf” nağılları danışan M.Məsimov gerçək kimliyini açıb ortaya qoydu: bitdi, qurtardı!
Elçin Qənbərov professional etika qurallarını ayaqlayıb keçdiyinə, gerçək VƏKİL adını ləkələdiyinə görə… bitdi, qurtardı!
Diplomat Tofiq Zülfüqarov bircə elə 16 min bəlit-sənədlə doğrulanmış 3 milyard dollar oğurluq faktını yalan yerə Qarabağ adına bağladığına görə… bitdi, qurtardı!
Bu biri yandan da zalımın qızı Mariya işləri lap korladı. Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanı deyirəm. Mariyadı-Marusyadı-nədi, qaş düzəltmək istəyən yerdə vurub gözü də çıxardı. Mariya Zaxarova Əliyevlərin 3 milyard dollar oğurluq faktı ilə bağlı nə desə yaxşıdır: “Batı Rusiyanın müttəfiqlərinə, konkret olaraq Azərbaycana (oxu: Əliyevlərə!) basqı göstərir”. Diplomat Tofiq Zülfüqarov da, biznesmen Mübariz Məsimov da, AzTV-lərin bir çox bəlli çıxışçıları da beləcə “kirə” çıxdılar! Bir çağlar İ.Əliyev “Rusiya bizim strateji müttəfiqimizdir” demişdi, indi bunu Xocalı soyqırımını törədən Qarabağı qanlı qırğın yoluyla əlimizdən alan Rusiya özü dedi! Ax, Mariya, Mariya!

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL