Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Cənab prezident, eşidirsiz?

Tarix:18-09-2017, 14:09 Baxış Sayı:219

Cənab prezident, eşidirsiz?

Salam cənab prezident. Bu prezident” sözünün qarşısında “cənab”, “hörmətli” sözü niyə yazılır,anlamıram.Dünyada o qədər hörmətsiz prezidentlər var ki..Nəysə…. Bu məktubu sizə İstanbuldan,bura işləməyə gələn 100 minlərlə azərbaycanlıdan biri olaraq yazıram.Bura gəldiyimdə ilk diqqətimi çəkən,insanlardakı özgüvən və azadlıqları oldu.İlk olaraq bu özgüvənin səbəbləri ilə maraqlandım . Bu özgüvənin təməlində dövlətin yaşam üçün vətəndaşa dəstəyi dururdu. Cənab prezident, sizə burdakı sosial vəziyyətdən yazmaq istəyirəm. Bilirəm ki,xəbəriniz yoxdur.Ümumiyyətlə, sizin çox şeydən xəbəriniz olmur..Burda minimum əməkhaqqı bizim pulla 700 manata yaxındı.Sığorta məcburidi.Bir ailədən 2 nəfər işləsə və bu ailə kirayədə qalsa belə,aldıqları məvacib dolanışıqlarına yetər. İşləyən hər kəsin siğortası olduğuna görə tibbi xərcləri qarşılanır,işdən çıxarıldıqda təzminatları ödənilir. İşdən çıxan adam çıxdığı gün də iş tapa bilər.Çünki dövlət yatırım edənlərə,yeni iş yeri açanlara çox güzəşt etdiyi üçün iş tapmaq çox asandı.Cənab prezident, təssəvvür edin ki,siz sahibkarsınız.(mən təssəvvür etdim,işçiyə verəcəyiniz maaş,onlara olan münasibəti gözüm önünə gətirdim.Siz elə prezident də qalın ).Balaxanı zibilliyinin yanında “Yenidən Emal” zavodu açırsınız.O zavodun tikintisinə xərclədiyiniz pulu, dövlət vergi borcunuzdan silir.Siz prezident olduğunuz bu 14 ildə hansısa sahibkara belə güzəşt etsəydiniz,indi pambığın,baramanın dalına düşüb büdcəni doldurmağa çalışmazdınız..Burda da dövlətin sahibkarlara basqısı var.Yox, o dəqiqə öz metodlarınız gözünüz önünə gəlməsin. Bu basqı ondan deyil. Məsələn, burda sahibkar işçinin hüquqlarına hörmətlə yanaşır və onları təmin etməyə borcludu.Yenə də gözünüzün önündə xalqımızın hüquqları canlandı,eləmi cənab prezident? Bizdən fərqli olaraq burda o hüquqlar təmin olunur.Başağrısı deyil ki,cənab prezident? Sizə burda başıma gələn bir olayı danışım.Yeni gəlmişdim,bir fabrikdə işləyirdik.Yemək vaxtı gəldi və biz yeməkxanaya daxil olduq.Yaxşı mənada təəccübləndim.3 çeşid yemək, 2 çeşid salat,meyvə,şirniyyat və soklar.Mən ölkədə bir neçə zavodda yemək yemişəm və heç biri bu kiçik fabriklə müqayisə oluna bilməz.Nahardan sonra birlikdə işlədiyim adamdan soruşdum ki, yəqin bu fabrikin sahibi işçini sevən biridi. Soruşdu ki, niyə belə düşünürsən? Dedim ki, çox keyfiyyətli yemək verir,işçinin qeydinə qalır.Güldü,dedi ki, belə olmasa heç kim burda çalışmaz və şikayət olarsa, dövlət böyük məbləğdə cərimə edər. Burda işçinin hüququ,bizdəki deputatların hüquqlarından çoxdu. Cənab prezident, bizim deputatların siğortası var? Yoxdursa, elətdirin,yazıqdılar.Burda bir bələdiyyənin gördüyü iş,sizin hökümətin gördüyü işdən çoxdu.Çox müqayisələr etmək olar,amma bu yazıya sığışmaz.Görüşəndə daha geniş danışaram.Hələlik, cənab prezident.

Orxan Səlimzadə

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL