19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Belə görünür ki, Yaxın Şərq “qazanı” İŞİD bəlası aradan tam qalxmamış xarici məkrli dairələrin əli və ssenarisi ilə hələ bir müddət də qaynayacaq, çalxalanacaq və bunun küləyi Azərbaycana da dəyəcək. Ona görə küləyi bizə də dəyəcək ki, proseslərin episentrində olan dövlətlərdən biri bu dəfə də qardaş Türkiyədir.
Türkiyəyə atılan, Türkiyəyə tuşlanan, onun ayağına dəyən daş sözsüz ki, həm də Azərbaycanın ayağına vurulan, Azərbaycana tuşlanan daşdır ki var. İraq Kürdüstanında, Türkiyənin şimalına həmsərhəd bölgədə bu gün başlanan müstəqillik referendumundan söhbət gedir ilk öncə.
Bu referendum ən çox kimə lazımdır? Doğrudanmı kürd xalqı bununla daha yaxşı güzərana və inkişafa nail olacağına, dövlət quracağına ümid edir, yoxsa bu referendum “kürd kartı”ndan bölgədə möhkəmlənmək və onun zəngin karbohidrogen ehtiyatlarını istismar eləmək və regionu daha da qarışdırmaq üçün bölgədən çox-çox uzaqlardakı məkrli siyasi mərkəzlərə lazımdır?
Suala cavab daha çox onun ikinci hissəsində qərar tutub əslində. Doğrudur, ABŞ da referendumun əleyhinə olduğunu bəyan edib. Hərçənd qəti əleyhinə olduğunu da birmənalı bildirməyib, sadəcə, səsvermənin təxirə salınmasını, ertələnməsini istəyib. ABŞ-ın bölgədəki ən etibarlı və sadiq müttəfiqi İsrail isə referendumu, yəni müstəqil kürd dövlətinin yaranmasını açıq şəkildə dəstəkləyir.
Maraqlıdır deyilmi? Sanki “xoruzun quyruğu” görünmüş kimidir. Bəzi iddialara görə, Vaşinqton da referendumun lehinədir, sadəcə, NATO üzrə müttəfiqi Türkiyəni hələlik qıcıqlandırmamaq üçün bunu açıq izhar eləmir. Eləcə də Avropa Birliyinin, habelə Almaniya, Fransanın ikibaşlı yanaşma sərgiləməsi diqqət çəkir. Yoxsa ki, İsrailin açıq dəstəyi, Məsud Bərzaninin arxayınçılığı hardandır?
Demək, torbada “pişik” var. Bu “pişiyin” nə üçün torbaya qoyulduğunu tezliklə biləcəyik. Hələliksə, proseslər ən pis ssenari hansıdırsa, o ssenari üzrə də inkişaf edir. Və heç şübhəsiz, hədəf ilk növbədə “ipə-sapa” yatmayan Türkiyədir, Ərdoğan hökumətidir. Qardaş ölkəyə öz sərhədləri yaxınlığında İŞİD-in ardınca daha bir ciddi problem yaradıb, onu taqətdən salmaq, daha sözəbaxan eləmək istəyidir.
Bunu əlbəttə ki, hamıdan yaxşı elə rəsmi Ankara, prezident Ərdoğan bilir.
Bu yerdə Almaniyanın mövqeyini də xüsusi qabartmaq lazım gəlir. Ərdoğana münasibəti heç də isti olmayan Almaniya kansleri Angela Merkelin başçılıq elədiyi koalisiya isə dünənki parlament seçkilərində qalib gəlib. Bu da o anlama gəlir ki, “dəmir” Merkel üçüncü müddətə də Avropanın ən böyük iqtisadi nəhənginin sükanı arxasında olacaq.
Deməli, Ankara ilə yeni gərginliklər qaçılmaz olacaq. O sırada Berlinin son illər məqsədli şəkildə dəstək verdiyi kürd məsələsi, PKK-çıları öz ərazisində himayə eləməsi kimi məsələlər Ankara ilə Berlin arasında “qara tikan” kimi qalmaqda və böyüməkdə davam edəcək. Bu yandan da İraq Kürdüstanındakı referendumun Türkiyəyə qarşı yeni təzyiq rıçaqı qismində istifadə olunacağı istisna olunmur.
Əlbəttə ki, Türkiyə sıradan bir dövlət deyil. Ya o, banan ölkəsi, “ikinci sort” dövlət də deyil ki, onunla hər ölkə istədiyi kimi davransın. Türkiyə böyük, oturuşmuş bir dövlət, regional supergücdür. Və heç kimin də şübhəsi olmasın və bunu son aylar Ərdoğan da dönə-dönə təkrar edib ki, Türkiyənin milli təhlükəsizliyinə hər hansı təhlükə olan yerdə Türkiyə bir an belə tərəddüd eləmədən hərəkətə keçib doğru bildiyini yapacaq. Bunu Avropada da, okeanın o tayında da qayət iyi bilirlər.
Bütün hallarda bir şey dəqiqdir ki, bölgə qaynar yaydan qaynar siyasi payıza düşüb. Bu payızdan bizim də uğurla çıxmağımızdan ötrü ən əvvəl qardaş ölkə ilə birgə addımlamağımız gərəkir.