Anons

Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Bu səhvi bir dəfə etdik artiq

Tarix:17-02-2017, 09:17 Baxış Sayı:223

Bu səhvi bir dəfə etdik artiq

Hər bir ailə bir dövlətdir. İşləyən, az-çox, müəyyən gəlirləri olan hər bir ailə sabahı, 5 il, 10 il sonrası haqqında fikirləşir, planlar qurur və həyatını həmin planlara uyğun yaşamağa çalışır.

Dövlət də bir ailədir, elə həmin sabahını planlaşdırmağı bacaran insanları özündə birləşdirən böyük bir ailə. Və dövlətin sabahını fikirləşmədən, 5 il sonrasını, uzaq perspektivləri proqnozlaşdırmadan öz balaca ailən üçün qurduğun planların bir qara qəpik qiyməti yoxdur. Çünki sənin, ətrafının taleyi dövlətin taleyi ilə üzvi olaraq bağlıdır. Dövlətin aqibəti sabah necə olacaqsa, sənin də, ailənin, qövmünün də aqibəti elə olacaq.

Axı əksəriyyətimizin elementar şeyləri proqnozlaşdırmağa intellektimiz, düşüncəmiz çatır. Motiv də kifayət qədər həyatidir – dövlətimizlə birlikdə özümüzün, yaxınlarımızın sabahını düşünmək.

20 il bundan qabaq bu hakimiyyət ölkədə korrupsiyanı oturuşdurmağa başlayanda, biz bunun sabah hara gətirəcəyini hamılıqla bilə-bilə niyə səsimizi dinməz yerimizə qoyduq. Və yaxud, bu gün niyə anlamaq istəmirik ki, korrupsiya səbəbdir. Oliqarxiyanın, monopoliyanın, dağılmış iqtisadi münasibətlərin, istehsalatın, kənd təsərrüfatının səbəbidir. Planlaşdırılan nəticə isə avtoritar rejim və daha sonra avtokratiyadan keçərək monarxiya rejiminin qurulmasıdır.

Niyə dərk etmirik ki, təhsilin məhv edilməsi səbəbdir, planlaşdırılan nəticə savadsız, haqq və hüquqlarını bilməyən, dar düşüncəli, sözəbaxan, ələbaxan bir toplumun yaradılmasıdır. Səhiyyənin məhv edilməsi səbəbdir, proqnozlaşdırılan nəticə insanların bu hakimiyyətdən can asılılığına düşəcəyi cəmiyyət qurmaqdır. Bu gün insanların müalicə üçün ora-bura getmək imkanları var. Axı ölkənin salındığı və getdikcə dərinləşən bu miskin vəziyyətlə sabah belə imkanlar olmayacaq. Və insanların müalicəyə göndərilməsi hakimiyyətin tam monopoliyasında olacaq. Hakimiyyət də, əlbəttə, elə ucdantutma hamını ora göndərməyəcək ki. Can isə şirin şeydir. Hökumətin can siyahısına düşmək üçün insan nəyə desən gedəcək.

Niyə fikirləşmirik ki, bu gün ermənilərin tək-bir, cüt-bir gətirilib Bakıda yerbəyer edilməsinin sabahı onların bura kütləvi axını, yeni Azərbaycan-Hayastan qardaşlığı, Qarabağdan ibarət olan qardaş payı ilə nəticələnəcək. Biz axı bu zibilə bir dəfə düşmüşük və Zəngəzur mahalını qardaş payı etmişik.

Tarix obyektiv qanunlarla inkişaf etsə də, onu yaradan insanlardır. Amma təəssüf ki, reallığımızın acı həqiqəti ondan ibarətdir ki, Azərbaycanda sabahını planlaşdırmaq, qurmaq haqqında fikirləşmək imkanları olanlar günü-gündən azalır. Hökumətin məqsədyönlü antimilli siyasəti insanları bu günlə yaşamağa məcbur edir. Nə dünən haqqında fikirləşmək vaxtı, istəyi yoxdur, dünənki qaldı dünəndə. Nə sabah haqqında fikirləşmək iqtidarı yoxdur, sabah nə olacaq Allah kərimdir.

Bu günlə yaşayan, bu günü sadəcə başa vurmaq üçün mücadilə aparan insan isə sabahın yaradıcısı, qurucusu ola bilməz.

Dövlətimizə, millətimizə qarşı bu məkrli yol hələ sona, mənzil başına çatmayıb. Hələ geri qayıtmaq, dövlətimizi yenidən qurmaq mümkündür. Onun üçün isə hamılıqla beynimizə düşünmək əziyyətini verməliyik. İndi verməliyik, yoxsa gec olacaq.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL