Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

Amerikadan general Mirqafar Seyidova əlavə…

Tarix:27-09-2017, 16:41 Baxış Sayı:183

Amerikadan general Mirqafar Seyidova əlavə…

Qənimət Zahid

Amerika Konqresi Azərbaycan məmurlarına qarşı sanksiya qanununu müzakirə edəcək

Hökumətimizin başına iş gəlib. Amerikada sanksiyalar məsələsi ciddi şəkildə yenidən qabarıb. Xatırlayırsınızsa, orda bir Kris Smit adlı konqresmen var. Həmin Kristofer Smit Azərbaycan hökumətinə qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı Konqresə qanun layihəsini təqdim edib. İndi həmin sanksiyaların təsiri altına düşəcək hökumət məmurlarının siyahısı üzərində iş gedir. İnsan haqlarını pozan, insanlara qarşı heyvani münasibət göstərməklə mənsəbini qoruyan və karyerasını böyüdən hökumət adamlarına qarşı sanksiyalar qoyulacaq.

Niyə yalnız Mirqafar Seyidov?

Sanksiya məsələsi İlham Əliyevin Amerikaya səfərinə qədər də ortalıqda vardı. O da yadınızdadır ki, ilk növbədə bir nəfərin adı üzərində xüsusi bir lənət hərlənirdi. Bu, Bakı şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidovdu. Mirqafar Seyidov generaldır, paytaxt polisinin böyüyüdür. Onun adı yalnız indi, şəhər polisinin rəisi qismindəverdiyi işgəncələrlə deyil, hələ “bandotdel” rəisi olduğu zamanlardan ortalıqda hərlənir. Amma bu dəfəki siyahı bir nəfərlik deyil. Əslindəədalətli ola biləcək yanaşma da məhz, belə ola bilərdi. Yəni, bu boyda ölkədə yalnız bircə nəfər işgəncəverən adam vardısa, o halda hökuməti insan haqlarını pozmaqda ittiham edəbilməzdilər. Bir nəfər adam nə qədər tünd olsa, öz qabığını partladar. Mirqafar müəllimdən aşağıda və yuxarıda insan haqlarını pozan, işgəncələr verən, işgəncəverənləri təmizə çıxaran, sifarişli məhkəmə qərarları çıxaran, həbsdə olan siyasi dustaqlara əziyyətlər bəxş edən o qədər dövlət məmuru var ki, adam bir azca qərəzli olsa, deyər ki, hökumət elə bu qədər adamdan ibarətdir. Yəni, açığı, az qala hökumət məmurlarının sayının yarısı qədər mənəvi və fiziki işgəncə verənlər var.

Dünyanı işğal edən bir selfi

Faktlar o qədər çoxdur ki, İlham Əliyevin BMT-nin iclasında iştirak etmək üçün getdiyi Amerika səfəri də həmin faktların təsirini yumşalda bilməyib. Doğrudur, İlham Əliyev BMT-nin iclasında çıxış edəndə bu məsələlər haqqında danışmadı. Onun tematikası başqa idi. O, əsasən bu barədə danışdı ki, Azərbaycan idman ölkəsidir, musiqi ölkəsidir, İslam həmrəyliyi ölkəsidir, tolerant cəmiyyətdir, ermənilər Azərbaycan torpaqlaını işğal ediblər və sairə. Onun Azərbaycan haqqında danışdıqları dəyirman çax-çaxı kimi bir şey idi. Çünki, heç yeri deyildi. Çünki Birləşmiş Millətlər Təşkilatının konfransına qatılan nə qədər avtoritar, yarım diktator və diktator rejimlər varsa, hamısı bilir ki, bu cür ölkələrdə idman oyunları pul yaxalamaq üçün keçirilir, musiqi yarışlarının dövlətə aidiyyəti yoxdur və ya olmamalıdır, tolerantlıq ictimai keyfiyyətdirsə, burada da hakimiyyətlik bir şey yoxdur. Hamı bilirdi ki, Azərbaycanda keçirilən Avropa Oyunlarında ən azı 3 qat “otkat” olub, yəni 8 milyardlıq büdcə iləkeçirilən bu oyunlara çəkilən real xərcləən azı, 3 dəfə azdır, qalanı yeyilib-dağıdılıb, bir hissəsi də İlham Əliyevin Amerikaya səfərinin yol pulu kimi istifadə edilib. Azərbaycan prezidentinin Ermənistanın təcavüzü, ərazilərimizin işğalı faktı ilə bağlı söylədiklərini isə orada baş verən bir xırdaca olay zibilə çıxartdı. Yəni, selfi məsələsi. Bu selfi məsələsinin təfərrüatına varmaq istəmirəm. Dünya mətbuatı, dünyanın ən iri sosial şəbəkə qurşaqları bu selfi olayının videoçarxını hərləyirlər və yüz milyonlarla insan bu materialla tanış olub. BMT-nin heç bir iclası, heç bir konfransı, heç bir qurultayı heç zaman bu qədər diqqət mərkəzinə düşməmişdi. Burada bir rekord təzələndi. Amma mən daha çox başqa məsələ haqqında danışmaq istəyirəm. Yəni, sanksiyalar, Kris Smit və işgəncəli Azərbaycan məmurları…

Azərbaycan parlamentinədə neçə deputat var?

Kristofer Smitin təqdim etdiyi qanun layihəsi insan haqlarını pozan Azərbaycan məmurlarının böyük bir qrupuna ən azı viza qadağası qoyacaq, üstəlik, onların Avropa və Amerikadakı bank-maliyyə əməliyyatlarına toxunacaq. Bu qanun layihəsi həmin o seyrək nümunələrdən biridir ki, Amerika Konqresindəki respublikaçıların vədemokratların nümayəndələri tərəfindən hazırlanıb və demək, hər iki partiyanın deputatları onun qəbul edilməsini dəstəkləyəcək. Mən indi çoxlu adlar çəkib təəssüratlarınızı mürəkkəbləşdirmək istəmirəm. Əsas məsələ Senatdakı, Konqresdəki adlar və familiyalar deyil. Azərbaycan əhalisinin böyük əksəriyyti, heç, Azərbaycan parlamentinin deputatlarının çoxunu tanımır. Bizim ictimai yaddaşımızda, uzağı 15- 20 deputatın adı qalar, ya da qalmaz. Məsələn, deyək ki, Qənirə Paşayeva, Səməd Seyidov, ZiyafəƏsgərov, uzağı biri də Oqtay Əsədov. Arabir saltay- saltay danışıqları olmasa, heç, Hadı Rəcəbli də ictimai yaddaşa keçə bilməz. Amma birtəhər, o da bu siyahıya düşür. Bir də, həmişə onun yanında hərlənən Musa adlı bir deputat ki, şair işlədiyi zamanlarda Musa Urud adlanırdı, indi soyadını mən də xatırlamıram. Vəssəlam. Mən bilən, Azərbaycan parlamentində bunlardan başqa heç kim yoxdur. Əlbəttə, «yoxdur» demək, o demək deyil ki, qalanlarının mandatı yoxdur. Var, amma ictimai şüur onları operativ yaddaşa yerləşdirə bilmir. Lənət şeytana, bir dəRüfət adlı bir deputat vardı, sələmçilik olayı ilə bir-iki dəfə medianın diqqətinin çəkib.

Dövlət məmuraları üçün «Qəhəl söhbəti»

O ki, qaldı Amerikaya, hələlik, elə hesab edək ki, orada da bircə nəfər deputat var, onun da adı Kristofer Smitdir və həmin Kristofer Smit insan haqlarını pozan, vətəndaşlara çeşidli işgəncə və əziyyətlər verən Azərbaycan məmurlarının böyük bir siyahısını hazırlayıb onları “qəhələ” salmağı təklif edir. «Qəhələ salmaq», o deməkdir ki, həmin deputatlar mədəni dünyaya çıxa bilməzlər, Qərb ölkələrinə və Amerikaya getmək istəsələr onlara viza verilməyəcək. Müasir dildə ifadə eləsək, «qəhələ salmaq» bu anlamda dərk olunmalıdır.

Sekuta təsdiq edib ki, Azərbaycan əlifbasında 32 hərf və itirilmiş bir apostrof var

Amma İlham Əliyevin Amerikaya səfəri ərəfəsində bir təsəvvür yaranmışdı ki, məlun Amerika bu dəfə də Azərbaycan ictimaiyyətinə atdı. Nəyə görəsi də bundan ibarətdir ki, İlham Əliyev bu dəfə də Amerikaya səfərə gedəndə lobbi təşkilatları ilə görüşüb sanksiya təhlükəsini zərərsizləşdirmək istəmişdi. Vəziyyət çox ciddi idi və ilk familiya da ortalıqda idi. Sanksiyalar siyahısı «M» hərfindən başlayırdı və general Mirqafar Seyidovun da adı orada həkk edilmişdi. Yəni, Mirqafar Seyidov- 1. İlham Əliyev Amerikada lobbi təşkilatları ilə görüşündə onları inandırmağa çalışmışdı ki, müasir Azərbaycan əlifbasında bütün sözlər «M» hərfi ilə başlayır və bizim əlifbamızda başqa hərflər yox kimidir. Bu, profilaktika məsələsi idi. Yəni, əgər amerikanları inandırmaq mümkün olsaydı ki, Azərbaycan əlifbasında 1 əsas və 31 dənə də yardımçı hərflər var ki, onlar əhəmiyyətli deyil, sanksiyaların siyahısında yalnız Mirqafar Seyidovun adı olacaqdı. Doğrudur, amerikanları savadsız adlandırılar, amma axı, onların Bakıda səfirlikləri var və səfir Robert Sekutadan yazıb soruşublar ki, doğrudanmı Azərbaycan əlifbasında səslərin düzülüşü bu cürdür? Yəni, 1 əsas və 31 dənə də elə– belə, bekara, işlək olmayan hərflər var? Səfirlik cavab verib ki, məlumat doğru deyil, Azərbaycan əlifbasında tam hüquqlu 32 hərf və aradan qaldırılmış, işlədilməyən apostrof var. Beləliklə, Kristofer Smit və onun rəhbərlik etdiyi qrup başlayıb əlifbanın digər hərfləri üzrə sanksiya altına düşəcək məmurların siyahısını hazırlamağa. Dekabr ayına qədər siyahı üzərində iş gedəcək və tamamlanacaq.

Qorxmaz Əsgərovun məxfi məktubu!

İlham Əliyevin Amerikaya səfərinin ilk günlərində, «bismillah» deyərək görüşdüyü yəhudi lobbi təşkilatları öz öhdələrinə düşən işi gördülər. Bu təşkilatların sırası və təsir dairəsi böyükdür. Cənab prezidentin görüşdüyü Amerikan lobbi təşkilatlarının siyahısını ölkə mediasına ilk dəfə Amerikada yaşayan azərbaycanlı alim Qorxmaz Əsgərov duyurdu. Qorxmaz bəy Amerikada yaşadığı üçün bu təşkilatların hansı gücəmalik olduqlarını bizim hər birimizdən yaxşı bilir, əlbəttə. Qorxmaz bəƏsgərov beləyazmışdı :

“Azərbaycan diktator İlham Əliyev bir daha Amerikadakı yəhudi diasporu və lobbi qrupları ilə qucaqlaşdı və sövdələşdi.  Sentyabırn 17- də prezident İlham Əliyev Nyu- Yorka gəldi, səhəri gün isə Amerika Yəhudi Təşkilatının, Ümumdünya Yəhudi Konqresinin, Avrasiya Yəhudiliyinin dəstəklədiyi Bney- Brit İnterneşnl və Milli Koalisiya təşkilatlarının, Şimali Amerikanın Yəhudi Federasiyasının nümayəndələri, eləcə də Amerikadakı bütün iri yəhudi təşkilatlarının prezidentləri ilə görüşlər keçirdi. Amerikadakı Padesta lobbi qrupu İlham Əliyevin Amerikaya səfərindən bir gün öncəpress- reliz yayaraq Azərbaycan müdafiə nazirinin İsrailə səfəri, İsrail- Azərbaycan hərbi əməkdaşlığının perspektivlərini müzakirə etdiyini bildirmişdi”.

Qorxmaz bəy təxminən belə bir məlumatı paylaşmışdı və əlavə etmişdi ki, Amerikadakı yəhudi diasporu və lobbisi Amerikan qanunvericilərinin diqqətinəçatdırmaq istəyiblər ki, Azərbaycanda hakimiyyət yaxşı oğlanların əlindədir, onlar İsraildən silah alırlar və başqa sahələrdə əməkdaşlıq edirlər.

1,5 milyonluq səfərin şəkli

Bu məlumatı isə Qorxmaz bəy paylaşmamışdı, mənə Amerikadakı Azərbaycan səfirliyinə yaxın olan bir mənbə bildirmişdi ki, İlham Əliyev bu dəfəki Amerika səfəri, lobbi və yəhudi diaspor təşkilatları ilə görüşlərinin təşkil edilməsinə toplam 1 milyon 500 min dollar vəsait xərcləyib. Bu, əlbəttə, önəmli məlumat deyil. Bunlar milyardları dağıdırlar, 1 milyon yarım nə puldur ki, onun hesabatı sorulsun. Əsas olan nəticədir. Nəticəyə baxanda isə mənim ağlıma tərsinə şeylər də gəlir. Yəni, bu qədər pul xərcləyib o qədər mötəbər görüşlər keçirəsən, amma sonunda da bəlli ola ki, Kristofer Smitin sanksiya layihəsi və sanksiya siyahısı hələ də aktualdır. BMT-nin toplantısındakı çıxışın zibilinin necə çıxdığını hamı bildi, bütün dünyada hələ dəhərlənir. Bununla işim yoxdur, çünki bir ailə söhbətidir. BMT-nin toplantısına ailəvi bilet alıb gedəndə yəqin ki, özləri bütün tədbirləri və protokol davranışlarını müəyyənləşdiriblər və məncə, həmin söhbətə qayıtmağın heç yeri yoxdur, üstəlik, yaxşı düşməz. Amma bəs, Kris Smit?

Yəhudilər südü nə qədər xoşlayırlar?

Mənə elə gəlir ki, Amerikadakı yəhudi lobbisi bizim hökumətimizi sağmal inək kimi sağmağın çəmini tapıb. Bunlar bizim prezidentimizi hərifləyiblər və bayaq qeyd etdiyim 1 əsas, 31 də yardımçıq hərf söhbətləri elə buna eyham idi. Əgər sanksiya söhbətləri gündəmdən düşməyəcəkdisə, o zaman bu qədər bahalı görüşlər nəyə gərək idi? Əgər amerikanlar Azərbaycan məmurlarına, hətta prezidentin ailə üzvlərinə qarşı da viza və sair sanksiyalar tətbiq edəcəkdilərsə, o zaman İsraillə 5 milyardlıq silah müqaviləsi, hər mövsümdə də bir dəfə Amerikan yəhudi təşkilatlarına şirinlik məsrəfləri niyə xərclənməliydi ki? Mənim ağlıma belə gəlir ki, həmin yəhudi təşkilatlarının hamısının Kristofer Smitin sanksiya qanunundan xəbəri vardı. Bilirdilər ki, İlham Əliyev Amerikadan geri dönən kimi bu siyahı söhbəti ortalığa atılacaq vəsanksiyalar haqqında qanun layihəsi də Konqresə təqdim ediləcək. Amma buna baxmayaraq, İlham Əliyevin kürəyinə vurub tərifləməkdən də qalmayıblar. Hətta onun Trampla toyxananın qarşısında şскачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL