Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

İlham Əliyevin çoxillik, çoxsaylı yalanlarından seçmələr

Tarix:5-10-2017, 17:52 Baxış Sayı:206

İlham Əliyevin çoxillik, çoxsaylı yalanlarından seçmələr

Xaliq Bahadır

Vasili Klüçevski: “Tarix nəsə öyrətmir, ancaq keçmişdən dərs almayanları cəzalandırır”

  • Azərbaycan balaca ölkədir, hamı hər şeyi bildiyindən burada nəyisə gizlətmək çətindir.Mənə ölkədəki monopoliya faktları ilə bağlı məlumatlar gəlir. Biz monopoliyalara son qoyacağıq (2004);
  • Güclü ictimai nəzarət və azad cəmiyyət formalaşmasa, iqtisadi uğurların da gələcəyi olmayacaq. Biz belə uğurlar üçün çalışırıq (2006);
  • 2008-ci ildən Azərbaycan demokratiyaya qapılarını açacaq (2007);
  • Biz pullarımızı o qədər çoxaldacağıq ki, heç müharibəyə də ehtiyac qalmayacaq (2008);
  • Biz bütün tarixi torpaqlarımızı geri qaytaracağıq. Biz bundan ötrü güclü olmalıyıq və biz buna çalışırıq (2013);
  • Siyasi baxışlarına görə şərlənib həbs olunanlara görə mən məsuliyyət daşımıram (2016);
  • Azərbaycan dövləti müstəqil dövlətdir, biz müstəqil siyasət yeridirik (2016). Yeri gəlmişkən, 2016-cı ilin Aprel döyüşlərini Moskvanın tərsinə çevirməyi sözügedən “müstəqilliyin” parlaq görsənişidir;
  • Azərbaycanda demokratik islahatların inkişafına sadiqik (Avropa birliyindəki şıxışından. 2017);
  • Ölkələr valyuta ehtiyatlarını itirirlər, biz isə artırırıq (2017). Yeri gəlmişkən, Norveçin Neft fondunda 1 trilyon avrodan artıq pul var, Azərbaycanın Neft fondu Qızıl saxlancı ilə birlikdə bütünlüklə yağmalanıb;
  • Pambıqçılıq çox gəlirli sahədir. Buna görə mən pambıqçılığın inkişaf etdirilməsinə göstəriş vermişəm. Bu il hər hektardan 35-40 sentner pambıq götürəcəyik (2016). Yeri gəlmişkən, keçən il ortaya çıxan 35-40 sentner yerinə…17 sentner oldu;
  • Azərbaycan hamı üçün bərabər imkanlar yaradılan ölkədir (2017) Yeri gəlmişkən, HAMIYA BƏRABƏR İMKANLAR yaradıldığından… Əliyevlər ailəsində böyüklü-balacalı, qadınlı-kişili hamı milyarderdir;
  • Gələn il sürətli iqtisadi inkişaf ili olacaq (2017);
  • Bütün işlərimizin, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşı yaxşı yaşamalıdır və yaxşı yaşamaq üçün imkan olmalıdır. Ona görə sosial məsələlərin həlli, xüsusilə, təhsil, səhiyyə ilə bağlı məsələlər həmişə bizim üçün prioritet olub (ən tipik çoxillik çıxışlarından biri). Bu çıxışın üzərində ayrıca dayanmaq gərəkir:
  • BMT-nin yaydığı bilgi: Azərbaycan ana-uşaq ölümünə görə Syerra Leone (Afrikanın ən geridə qalmış ölkələrindən biri) ölkəsi ilə yanaşı durur;
  • Rəsmi statistikaya görə, 1 yaşadək ölən uşaqların sayı qabaqkı illərdəkindən 23 faiz artıb. Oğlan uşaqları arasında ölənlərin sayı daha çoxdur – 25 faiz;
  • Sağlamlıq (səhiyi) sistemi bütünlüklə pulludur, bu isə sosial dövlət faktının yoxluğu görsənişlərindəndir;
  • Son 4 ildə 17 min (on yeddi min!) tələbə təhsil pulunu ödəyə bilmədiyindən təhsildən uzaqlaşıb. Orta aylıqların 150-200 manat oloduğu ölkədə illik təhsil pulu 3000-6000 arasındadır. Avropa oyunlarına 10 milyard, İslam oyunlarına 317 milyon pul ayıran İ.Əliyev təhsildə soyğunçuluq siyasəti yürüdür. Finlandiya, Norveç başda olmaqla Avropanın bir çox ölkələrində təhsil bütünlüklə pulsuz  olduğu üçün  (başqa bir sıra sferalarla yanaşı) onlar SOSİAL DÖVLƏT sayılır;
  • Məleykə Abbaszadə: “Sınaq imtahanlarını keçirməyə maddi imkanımız yoxdur. Yeri gəlmişkən, Əliyevlərin “sosial dövlətində” indi sınaq imtahanları da pulludur;
  • Azərbaycanda komunal xərcləri Avropa standartlarına uyğunlaşdıran İ.Əliyev Azərbaycan xalqını Qafqazın ən yoxsul (eləcə də ən hüquqsuz) xalqına çevirib. Orta aylıq əmək puluna baxın: Gürcüstan – 413; “Ermənistan”- 397; Azərbaycan- 299. Sovet dönəmi boyunca dotasiyada yaşamış Estoniyada orta aylıq əmək pulu 1313 dollardır. Dövlət qulluqçularını çıxsaq, Azərbaycanda orta aylıq əmək pulu 150 dollar da olmaz;
  • Avropa standartlarına görə, aylıq gəlirin 10-12 faizinin ərzaqa xərclənməsi normal göstərici sasyılır. Azərbaycanda bu göstərici 73 faizdir. Bu isə aşırı yoxsulluq göstəricisidir;
  • Işsizlik-yoxsulluq-evsizlik üzündən ölkədə minlərlə gənc ailə qura bilmir;
  • Işsizlik-yoxsulluq-dolanışıq dözülməzliyindən hər ay ölkədə 1200-dən artıq ailə dağılır;
  • 7 ayda 1171 qız normal yaşayış üçün başqa ölkəyə ərə gedir;
  • Dolanışıq dözülməzliyindən ölkədə özünüöldürmə faktları durmadan artır. Rejimin ANTİMİLLİ, ANTİDEMOKRATİK siyasətləıri üzündən ölkədə geniş, çoxyönlü soyqırım baş verməkdədir!

ABŞ dövlət departamentinin açıqlamasından: “Azərbaycanda hakimiyəti dinc yolla dəyişmək hüququ Xalqın əlindən alınıb”.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL